Belçikada deputatlar ABŞ istehsalı olan F-35 təyyarələrinin alınmasına etiraz ediblər
23.01.2026 [12:19]
Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı qərar siyasi mübahisələrə səbəb olub. Hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35 təyyarəsi almaq planı bir qrup belçikalı deputatın ciddi etirazı ilə qarşılanıb. Onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsi təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat naziri vasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaq məqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağını açıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB) deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələb edən qətnamə layihəsi irəli sürüblər.
Qətnamə müəllifləri bu proqramın yüksək maliyyəsini, F-35 təyyarələri ilə bağlı texniki problemləri və ən əsası Belçikanın ABŞ-dan artan asılılığını tənqid edirlər. “Biz bu bahalı, təhlükəli və faydasız layihəyə qarşıyıq”, deyə deputatlar bildiriblər. Onların hesablamalarına görə, təxminən 1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidai məktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir bir xəstəxana inşa etmək mümkün olardı. Deputatların əsas narahatlığı ölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir. Onların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzi xüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyi baxımından risklər yarada bilər. Bu narahatlıqlar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda daha da artıb.
Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16 təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısının alınmasına qərar verib. Bunun ardınca 11 yeni təyyarənin sifarişi gündəmə gəlib. Buna baxmayaraq, mövcud prosedurların mürəkkəbliyi və eyni tipli donanmanın saxlanmasının təlim və texniki xidmət baxımından daha məqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geri çəkiləcəyi ehtimalı azdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29

