Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa hökumətində dəyişikliklər gözlənilir

Fransa hökumətində dəyişikliklər gözlənilir

25.01.2026 [09:31]

Fransanın Baş naziri Sebastyan Lökornü ölkə büdcəsi təsdiqləndikdən sonra hökumətin tərkibində dəyişikliklər aparmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

Məlumata görə, Baş nazir büdcə məsələsi həll edildikdən sonra, əgər hər şey plan üzrə gedərsə, prezidentə hökumətin yenidən formalaşdırılması ilə bağlı təklif irəli sürməyi düşünür.

Nəşrin qeyd etdiyi kimi, Fransanın dövlət büdcəsinin fevralın ortalarına qədər yekun şəkildə təsdiqlənməsi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Fransa parlamenti Baş nazir Sebastyan Lökornünün hökumətinə qarşı irəli sürülmüş ikinci etimadsızlıq təşəbbüsünü rədd edib. Bu, kabineti istefaya göndərmək məqsədilə edilən altıncı cəhd olub.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Müsahibə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28