NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz
27.01.2026 [13:31]
Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı səsləndirib.
“Avropanın ABŞ-sız özünü qoruya biləcəyini düşünənlər xəyallarla yaşamağa davam edə bilərlər”, – deyə o bildirib.
Baş katib vurğulayıb ki, ABŞ bundan sonra da Avropada güclü hərbi mövcudluğunu saxlayacaq. NATO çərçivəsində Arktika və Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı ayrıca istiqamətlər üzrə iş aparılır. Bununla yanaşı, Qrenlandiya məsələsi və Ukraynadakı müharibə ayrı-ayrılıqda müzakirə olunur. Alyans rəhbərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin NATO-dan ayrı Avropa müdafiə sistemində maraqlı ola bilər.
Rüttenin açıqlamaları ABŞ Prezidenti Donald Trampa göndərdiyi və amerikalı lideri təriflədiyi SMS mesajına görə ünvanına səslənən tənqidlər fonunda verilib. Ağ ev rəhbəri sözügedən mesajı “Truth Social” sosial şəbəkəsində yayımlayıb.
Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı NATO-nun Baş katibi bildirib: “Hazırda mən sizdə populyar deyiləm, çünki Trampı müdafiə edirəm. Amma düşünürəm ki, onun hakimiyyətdə olmasına sevinə bilərsiniz. O, Avropada bizi məsuliyyəti üzərimizə götürməyə və şəxsi müdafiəmizlə daha ciddi məşğul olmağa vadar etdi”.
Tramp isə Davosda çıxışı zamanı adaya nəzarəti ələ keçirmək üçün hərbi güc tətbiq etmək niyyətində olmadığını deyib, lakin ABŞ-ın Qrenlandiyaya ehtiyacı olduğunu da vurğulayıb: “Bu bizə strateji, milli və beynəlxalq təhlükəsizlik baxımından lazımdır. Bu, Şimali Amerikanın bir hissəsidir və bizim ərazimizdir”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12

