Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır

Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır

18.02.2026 [14:32]

Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır. Türkiyə serialları təxminən 170 ölkədə 1 milyarda yaxın insana çatdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəsinin bu sahə üzrə yeni strategiyasını açıqlayarkən bildirib.

O deyib ki, seriallar Türkiyənin tanıtım və turizm strategiyasının mərkəzində qərarlaşır, bu sektor 1 milyard dolları keçən ixrac gəliri ilə tarixi mərhələni geridə qoyub.

Nazir, eyni zamanda, serialların dünyada türk dilinin tanıdılması üçün ən güclü vasitə olduğunu ifadə edib.

Ersoy Türkiyənin serial sektoruna yeni dəstək modeli haqqında da məlumat verib. O, Türkiyənin ixrac edilən, tanıdılmasına töhfə verən və müəyyən olunmuş meyarlara cavab verən serialların hər bölümü üçün 100 min dollar ekvivalentinə qədər dəstək veriləcəyini açıqlayıb. Həmçinin dəstək hesablanarkən ölkədaxili yayım müddətinin əsas götürüləcəyini deyib.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28