Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin qlobal enerji istehlakında payı 80 faizə çatıb
23.02.2026 [17:47]
Artan qlobal enerji tələbatı və mürəkkəb çağırışlar fonunda Beynəlxalq Enerji Agentliyinin (İEA) obyektiv məlumat və təhlilləri daha çox əhəmiyyət qazanır. Braziliya, Kolumbiya, Hindistan və Vyetnam kimi əsas ölkələrlə əlaqələrin gücləndirilməsi nəticəsində İEA ailəsinin qlobal enerji istehlakındakı payı 10 il əvvəlki 40 faizi ötərək 80 faizə çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri IEA-nın icraçı direktoru Fatih Birol Parisdə keçirilən Beynəlxalq Enerji Agentliyinin Nazirlər Toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qlobal enerji liderləri Parisdə bir araya gələrək qurumun dünya üzrə əsas enerji çağırışları və imkanlarının həllində mərkəzi rolunu təsdiqləyiblər.
İki gün davam edən toplantıda rekord sayda – 54 ölkədən yüksəksəviyyəli hökumət nümayəndələri iştirak edib. Onlardan 40-a yaxını nazir olub. Həmçinin ümumi bazar kapitallaşması 14 trilyon dollar olan 55 şirkətin rəhbərləri və bir sıra beynəlxalq təşkilatların liderləri toplantıya qatılıblar.
Nazirlər IEA çərçivəsində Braziliya, Kolumbiya, Hindistan və Vyetnamla institusional əlaqələrin dərinləşdirilməsi barədə yekdilliklə qərar qəbul ediblər. Eyni zamanda, agentliyin Kritik Mineralların Təhlükəsizliyi Proqramı vasitəsilə bu sahədə əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.
Toplantı çərçivəsində Kolumbiya agentliyin 33-cü üzvü olmağa dəvət edilib. Braziliyanın müraciətinə əsasən onun tamhüquqlu üzvlük prosesinə başlaması barədə qərar qəbul olunub. Hindistanla üzvlük danışıqlarında irəliləyiş qeyd edilib, Vyetnam isə assosiasiya ölkəsi kimi IEA ailəsinə qoşulub.
Nazirlər Toplantısı çərçivəsində həmçinin “Elektrik Dövründə enerji təhlükəsizliyinin qorunması” və Ukraynanın gələcək enerji təhlükəsizliyinə investisiyalar mövzusunda yüksəksəviyyəli müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07

