Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

21.04.2026 [12:43]

İran limanlarına tətbiq edilən blokada səbəbindən Tehran hər gün təxminən 500 milyon dollar zərər görür.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib: “Razılıq əldə olunana qədər qaldırmayacağımız blokada İranı ciddi şəkildə zəiflədir. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddət üçün belə davamlı deyil”.

ABŞ Prezidenti əlavə edib ki, bəzi media orqanları “Amerika əleyhinə saxta xəbərlər” yayır və İranın üstünlük qazanmasını istəyir.

Tramp, həmçinin medianın yaydığı məlumatların əksinə olaraq, ABŞ-nin hərbi sahədə ciddi irəliləyişlər əldə etdiyini bildirib: “Mən müharibədə böyük fərqlə qalib gəlirəm, işlər çox yaxşı gedir, ordumuz inanılmaz nəticələr göstərir”.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31