Konqresə seçkilər: gələcək siyasi çəkişmələrin başlanğıcı?
14.01.2015 [09:38]
ABŞ Konqresinə noyabr ayında keçirilmiş aralıq seçkilərdə respublikaçıların qalib gəlməsi müəyyən sualların yaranmasına səbəb olub. Bir tərəfdən ölkənin iki böyük partiyası arasında mübarizə kəskinləşib, digər tərəfdən isə 2016-cı ildə olacaq prezident seçkisində kimin qalib gələcəyi məsələsi ətrafında müzakirələr artır. Hələlik ekspertlər, əsasən, Amerikanın siyasi mühitindəki ziddiyyətləri qeyd edirlər. Burada maraqlı məqam analitiklərin Vaşinqtonda siyasilərin getdikcə daha çox miqyasda öz maraqlarına görə hərəkət etdiklərini vurğulamasından ibarətdir. Rəqiblər ölkənin qarşılaşdığı maliyyə-iqtisadi problemləri həll etmək əvəzinə bir-birini ittiham etməyə üstünlük verirlər. Bütün bunlar göstərir ki, ali qanunverici orqana budəfəki seçki bütövlükdə ölkənin siyasi səhnəsinə fərqli çalarlar gətirə bilər.
Respublikaçıların qələbəsi: yeni ziddiyyətlərə doğru
2014-cü ilin noyabrında ABŞ Konqresinə keçirilən seçkilərdə respublikaçıların qələbə çalması təsadüf hesab edilmir. Əvvəlcədən məlum idi ki, demokratların mövqeyi elə də möhkəm deyil. İctimai rəyi öyrənən sorğular göstərirdi ki, onlara etibar azalır. Buna baxmayaraq, hər iki partiya yarışa ciddi hazırlaşmışdı. Nəticələr Amerikanın siyasi mühitində dəyişikliklərin baş verdiyini təsdiqlədi. Senatda artıq tam üstünlük respublikaçılardadır.
Bununla da ABŞ-da respublikaçılar qanunverici, demokratlar isə icra hakimiyyətinə nəzarəti ələ keçirmiş oldular. Ölkədə klassik idarəetmə formatı daxilində bu cür bölgünün hansı nəticələr verə biləcəyi aydın deyil. Digər tərəfdən, siyasi qüvvələr arasında ziddiyyətlərin daha da dərinləşməsi gözləniləndir. Bununla bağlı bir sıra fikirlər artıq səsləndirilib.
Maraqlıdır ki, demokratlar üçün respublikaçıların Senatda az sayda təmsil olunması da əlverişli deyildi. Çünki bu halda bütün uğursuzluqlar B.Obama komandasının adına yazılırdı. Respublikaçılar həmin vəziyyətdən səmərəli istifadə edə bildilər. İndi onlar Konqresdə say üstünlüyünə malikdirlər. Lakin bu halda da demokratlar üçün çətinliklər yaranır.
Məsələ ondan ibarətdir ki, Kapitoli divarları arasında qərar qəbul edilərkən və yaxud Ağ Evdən təkliflər gəldikdə onların qəbuluna nail olmaq üçün lazım olan səs çoxluğunu toplamaq məsələsi mürəkkəbləşir. Respublikaçılar istədikləri kimi hərəkət edə bilərlər. Onların buna kifayət qədər əsasları da vardır. Hər şeydən əvvəl, bu kontekstdə B.Obamanın həyata keçirdiyi daxili və xarici siyasətdən elektoratın narazılığını vurğulamaq olar.
Seçkidən dərhal sonra keçirilən sosioloji sorğu göstərib ki, bu prosesdə iştirak edənlərin 31 faizi B.Obama komandasının əleyhinə səs verməyə gəlib, yalnız 16 faiz demokrat prezidentə dəstək ifadə edib (bax: Peyton M. Craighill, Scott Clement. The exit polls are coming! Here’s how to read them / “The Washington Post”, 4 noyabr 2014). Göründüyü kimi, dövlət başçısının reytinqi aşağı düşür. Amerika vətəndaşları B.Obamanın verdiyi vədlərə əməl etmədiyini deyirlər. Lakin bu, respublikaçıların nüfuzunun birmənalı olaraq yüksəlməsi anlamına da gəlmir. Bizcə, müasir ABŞ siyasi mühiti üçün bu, xüsusi məna kəsb edir.
Problem bundadır ki, rəyi soruşulanların 77 faizi 2014-cü il seçkisini son illərin “ən çirkli” və “neqativ” hadisələrindən hesab ediblər (bax: Little Enthusiasm, Familiar Divisions After the GOP’s Big Midterm Victory / Pew Research Center, 12 noyabr 2014). Səbəb kimi isə respublikaçıların təbliğatlarını hər hansı proqramları həyata keçirməkdən çox, siyasi rəqibin tənqidi üzərində qurduqları göstərilir. Amerika vətəndaşları bunu normal hal hesab etmirlər.
Şübhəsiz ki, onlar B.Obamanın yeritdiyi siyasətdən razı deyillər. Ancaq respublikaçılar yaranmış vəziyyətdən çıxış yollarını göstərmək əvəzinə yanlış siyasəti tənqid atəşinə tuturlar. Belə görünür ki, amerikalı siyasətçilərin mövqeyində mənfiyə doğru dönüş baş verib. Onlar faktiki olaraq iki qütbə bölünüblər. Cəmiyyətdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını düşünmək əvəzinə başqalarının səhvlərinin göstərilməsinə üstünlük verilir. Bu vəziyyət bütövlükdə ölkənin siyasi mühitində qeyri-konstruktiv və davakar bir mövqenin formalaşmasına aparıb çıxara bilər.
Artıq seçicilərin bir qismi bunu hiss edirlər. Ola bilsin ki, elə bu səbəbdən də onlar xarici siyasətdə əhəmiyyətli hadisə kimi Ukrayna və Rusiya ilə münasibətləri qeyd etməyiblər. Rəyi soruşulanlar ən aktual məsələ kimi birinci sıraya iqtisadiyyatı qoyublar. Milli təhlükəsizlik isə sonuncu yeri tutub! (bax: Rebecca Riffkin. Americans Say Government, Economy Most Important Problems / Gallup, 12 noyabr 2014).
Növbəti prezident: Obamanın nüfuzu düşür?
Bu, açıqca B.Obamanın siyasi kursunun iflasının əlamətidir. Çünki onun komandası son illər başqa ölkələrin daxili işlərinə qarışır, onları əsassız tənqid edir və daim kənardan təhlükə olduğunu qabartmağa çalışır. Rusiya məsələsi də bu qəbildəndir. ABŞ-da bunları artıq duyurlarsa, bu, özlüyündə maraqlı haldır. Mümkündür ki, B.Obamanın prezidentliyi üçün ciddi çətinliklər yaransın.
Bunlara baxmayaraq, respublikaçılar da özlərini rahat hiss edə bilmirlər, çünki həm öz aralarında prezidentlik mübarizəsinə hazırlaşır, həm də demokratların təbliğati hücumlarının qarşısını almağa məcburdurlar. Mütəxəssislər ən azı 4 respublikaçının 2016-cı il prezident seçkisində iştirak edə biləcəyini vurğulayırlar. Onlar L.Qrem, T.Kruz, R.Pol və M.Rubiodur (bax: Nataliə Travkina. Kapitoliyskiy xolm - qlavnıy teatr voennıx deystviy Obamı / Rossiyskiy sovet po mejdunarodnım delam, 17 dekabr 2014).
Bir partiyadan prezidentliyə bu qədər iddiaçının olduğu halda partiyada qüvvələri necə birləşdirməli məsələsi müəmmalı işə çevrilir. Onların “yol xəritəsi”ndə 5 sahədə islahatları həyata keçirmək planı var. Lakin buna nail olmaq üçün güc bir yerə toplanmalı, rəqibin əks-hücumlarının qarşısı alınmalıdır. Ekspertlər respublikaçılar arasında mövcud olan fikir ayrılıqlarını nəzərə alaraq bunun çox çətin reallaşacağını düşünürlər. B.Obama komandasının miqrantlarla bağlı atdığı addımlar bunu bir daha təsdiq edir.
Məsələ burasındadır ki, respublikaçılar ABŞ-da yaşayan 5 milyon qanunsuz mühacirin ölkədən çıxarılması ilə bağlı Senatın qəbul etdiyi sənədin tərəfdarıdırlar. Ağ Ev rəhbəri isə noyabr ayının 20-də xalqa müraciətində bu qanunun təcrid olunmasına başlandığını deyib. Analitiklər hesab edirlər ki, demokratlarla respublikaçılar arasında “miqrant müharibəsi” başlayıb. Hazırda həmin istiqamətdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Nümayəndələr palatasının sədri C.Beynerin ABŞ dövlət başçısını “kral”, “imperator” kimi davranmaqda günahlandırması isə aranı daha da qarışdırıb. Buradan belə qənaətə gəlmək olar ki, respublikaçılar B.Obamanı dövlət başçısı kimi qəbul etmirlər.
Bunların fonunda rəsmi Vaşinqtonun son zamanlar müəyyən kadr dəyişikliklərini həyata keçirməsi xüsusi maraq doğurur. Təhlilçilərin fikrinə görə, B.Obama bunu etməyə məcburdur, çünki respublikaçıların getdikcə artan təzyiqlərini yeni kadrlar təyin etməklə azaltmaq olar. Müdafiə nazirinin vəzifəsindən azad edilməsi buna nümunə ola bilər. Ç.Heygel xarici siyasətdə sərt mövqenin əleyhinə idi. B.Obama isə Əfqanıstan və İŞİD məsələsində hərbi gücə üstünlük verən kurs yeritməyə başlayıb.
Bütün yuxarıda vurğulanan məqamlar müasir Amerika siyasi səhnəsində ziddiyyətli və gələcəkdə siyasi kataklizmlərə səbəb ola bilən hadisələrin baş verdiyini göstərir. İndiki iqtidarın Amerika vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırıb, xarici təhlükələrin aradan qaldırılmasına istiqamətləndirməyə çalışmasının növbəti yanlışlıq olduğunu demək mümkündür. ABŞ bu cür addımlarla liderliyini möhkəmlətməyə deyil, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına rəvac verir. Görünür, rəsmi Vaşinqton hazırda Senatda yaranmış vəziyyətin yaxın perspektiv üçün mümkün nəticələrini tam dərk etməyib, yaxud da real çıxış yolunu tapa bilmir.
Başqa dövlətlərə qarşı müxtəlif ittihamlar irəli sürən ABŞ rəhbərliyinin özünün düşdüyü durum düşündürücüdür. Göründüyü kimi, Amerika rəsmi dairələrinin özü bir sıra antidemokratik addımlar atır. Prezident B.Obamanı “imperator” adlandıranlar məhz bunu nəzərdə tuturlar. 2016-cı il prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq, demək olar ki, ABŞ-ın daxili siyasi mühitində ziddiyyətlər dərinləşir. Bu proses inkişaf etdiyi halda siyasi çəkişmələr meydana gələ bilər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

