Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda iqtisadi tənəzzülün sürətlənəcəyi proqnozlaşdırılır

Ermənistanda iqtisadi tənəzzülün sürətlənəcəyi proqnozlaşdırılır

19.03.2015 [10:09]

“Tert.am” saytı yazır ki, 2014-cü il dünya miqyasında müxtəlif hadisələrlə yadda qalsa da, Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi-hüquqi problemlər daha da şiddətlənib: “Artıq 2015-ci il də bu mənada istisna təşkil etmir. Ölkədə tənəzzülün başlıca göstəricisi iqtisadi böhran və sosial-siyasi gərginlikdir. Ekspertlərin, hətta hökumətin müvafiq strukturlarının proqnozları olduqca bədbindir. İndidən iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankı isə bədbin proqnozlar verməkdən başqa bir çarə tapa bilmir”.
Sayt Mərkəzi Banka istinadən qeyd edir ki, 2015-ci ildə ölkədə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı gözlənilir. Beynəlxalq valyuta ehtiyatı isə 1 il müddətində 40 faiz azalıb. Yoxsulluq, demoqrafik böhran - miqrasiya daha da artacaq, hökumətin son çarələri də tükənəcək. Artıq miqrasiyanın 20 faizə qədər artacağına dair proqnozlar verilir.

Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30