ABŞ-da irqi ayrı-seçkilik daha təhlükəli hal alır
02.09.2015 [10:08]
Virciniya ştatında iki jurnalistin öldürülməsi ilə nəticələnən hadisə Birləşmiş Ştatlarda qaradərili vətəndaşlara qarşı diskriminasiya siyasətinin ağır nəticələrə səbəb olduğunu göstərir
Bir neçə gün öncə Virciniya ştatında iki jurnalistin öldürülməsilə yenidən bütün diqqət ABŞ-a yönəlib. Bu hadisə Birləşmiş Ştatlarda jurnalistlərin artan qətl hadisələrinin dinamikasını göstərməklə yanaşı, jurnalist həyatının ABŞ ərazisində ciddi təhlükədə olmasını bir daha təsdiq etdi. Bundan başqa, sözügedən hadisə ABŞ-ın irqi ayrı-seçkiliyin geniş vüsət aldığı ölkə olmasını da sübuta yetirdi. Bəs problemin səbəbi nədir? Buna imkan verən şərait hansı şərtlərlə formalaşır?
ABŞ-da irqi ayrı-seçkilik genişlənməkdə davam edir
Qeyd etdiyimiz kimi, avqustun 26-da ABŞ-ın Virciniya ştatında Smit Mauntn Leyk gölünün sahilində yerləşən Moneta şəhərindəki “Bricuoter Plaza” ticarət mərkəzində yerli “WDBJ7” telekanalının iki işçisi qətlə yetirilib. Telekanalın səhər xəbərlər proqramı zamanı müxbir Elison Parkeri və operator Adam Uordu birbaşa efirdə güllələyiblər. Atışma zamanı E.Parker Smit Mauntn Leyk regional ticarət palatasının direktoru xanım Vika Qardnerdən müsahibə alırmış. Cinayətkarın şəxsiyyəti hadisədən az sonra müəyyən edilib. Məlum olub ki, cinayəti törədən şəxs - jurnalistlər Elison Parkerin və Adam Uordun keçmiş həmkarı, Brays Uilliams adı ilə də məşhur olan Vester Li Flaniqandır. Yeri gəlmişkən, Qərb mediası ilk günlər diqqəti baş vermiş hadisədən yayındıraraq, qətli məişət zəminində cinayət kimi xarakterizə etməyə cəhd göstərib. Lakin az sonra hadisənin motivləri ortaya çıxıb. Bəlli olub ki, bu məsələnin kökündə irqi ayrı-seçkilik dayanır. Daha dəqiq desək, Flaniqan da qətlə yetirdiyi E.Parkeri irqçilikdə təqsirləndirib. Məhz Parkerin ucbatından Flaniqan müxbir vəzifəsindən çıxarılıb.
Hadisədən sonra Flaniqan qısa müddət polis tərəfindən təqib edilib, nəhayət, özünü güllə ilə vurub. Hospitala çatdırılan Flaniqan aldığı güllə yarasından ölüb. Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin dediyinə görə, qatil Vester Flaniqanın (jurnalist təxəllüsü Brays Uilliams) “intihar etməzdən” əvvəl internetdə yaydığı materiallardan, həmçinin, “ABC News” kanalına göndərdiyi 23 səhifəlik faks-məktubdan bəlli olur ki, o, keçmiş əməkdaşı olduğu “WDBJ7 TV” kanalında üzləşdiyi irqçilik motivli qısnamalardan ciddi stress keçirib. M.Ələsgərlinin sözlərinə görə, ağdərililərin rəhbər olduğu müəssisələrdə fərqli irqlərə qarşı sərgilənən münasibətə dözməyən Flaniqan işlədiyi müəssisəni tərk etmək, sonda terrora əl atmaq zorunda qalıb. Yazılan faks-məktubdan bəlli olur ki, Flaniqanın səbir kasasında son damla isə iyunun 17-də Çarlston kilsəsinə gələn qaradərililərin güllələnməsi olub. “Kilsədə atışma səbir kasamda son damla oldu, amma qəzəbim uzun müddət var idi”, - deyə Flaniqan yazıb.
Maraqlıdır ki, Amerikada fəaliyyət göstərən beynəlxalq statuslu QHT-lər, Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ), Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX), “Freedom House” və digərləri baş vermiş hadisəyə ya ümumiyyətlə yer ayırmayıblar, ya da məsələyə sıradan bir xəbər kimi toxunublar. Məsələn, CPJ (cpj.org) saytında Virciniya hadisəsi ilk xəbər beşliyində yoxdur. Bu barədə 2-ci, 3-cü dərəcəli xəbərlərin siyahısında simvolik yer ayrılıb. “Dünyanın istənilən nöqtəsində baş verən adi bir hadisəyə siyasi don geydirən, barəsində səhifələrlə hesabat hazırlayan Departament və onun peyk QHT-ləri, Virciniyadakı jurnalist faciəsini sıradan bir xəbər kimi təsvir edib üzərindən keçdilər”, - deyə M.Ələsgərli bildirib.
Təbii ki, mütəxəssislərin də qeyd etdiyi kimi, məlum hadisə ötən bir ildə Ferqüson şəhərində baş vermiş iğtişaşların davamı kimi qəbul edilə bilər. Yəni, ABŞ-da irqi ayrı-seçkilik yönündə problemlərin aradan qaldırılmaması belə faciələrin sayının artması ilə nəticələnir.
Xatırladaq ki, 2014-cü il avqustun 9-da ABŞ-ın Missuri ştatında baş vermiş cinayət irqi ayrı-seçkiliyin yenidən yüksək həddə çatdığına işarə edirdi. Məlum olduğu kimi, həmin vaxt polis zabiti Darren Wilson tərəfindən silahsız qaradərili gənc Michael Brown şübhəli şəxs kimi mühakiməsiz küçənin ortasında güllələnərək qətlə yetirildi. Hadisəni araşdıranlar isə polisin tam günahsız olduğunu elan etdilər və ona heç bir cəza verilmədi. Hətta Ferqüsondakı hadisələrin işıqlandırılmasında fəallıq göstərən jurnalistlər polis tərəfindən zorakılığa məruz qaldı, həbs olundu, inventarlarına ziyan vuruldu.
“Freedom House”, “Human Rights Watch” niyə susur?
Yeri gəlmişkən, Virciniya ştatında iki jurnalistin ölümü bir məqamı da ortaya çıxardı. Bu da özlərini dünyada “beynəlxalq hüquq müdafiə təşkilatları” adlandıran “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” və digərlərinin məlum hadisəyə susqun yanaşması, yaxud, hadisənin gerçək səbəbini görməzdən gəlmələri ilə bağlıdır. Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində baş verən ən xırda hadisələr bu tip təşkilatlar tərəfindən dərhal böyük hay-küylə qarşılanır. Amma aradan 1 həftədən artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatlar hələ də ABŞ-da irqçiliyin sübutu olan və jurnalistlərin qətli ilə nəticələnən hadisə ilə bağlı susmağı üstün tutublar. Bu isə bir daha o reallığı təsdiq edir ki, müəyyən maraq qruplarının əlində oyuncağa çevrilmiş bu təşkilatlar maliyyə mənbələrinin diktəsi ilə hərəkət edirlər. Yəni Azərbaycanda kiçik bir hadisə barədə, səhifələrlə hesabat hazırlayan bu təşkilatların ABŞ-da iki jurnalistin faciəli ölümünə saymazyana yanaşması onların obyektivlikdən uzaq olmaları faktını da isbatlayır.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33

