İqtisadi böhran Ermənistanda siyasi gərginliyi artırır
01.04.2009 [11:33]
Ermənistanda iqtisadi böhranın yaratdığı ağır fəsadlar ölkədəki siyasi gərginliyi daha da artırır. Bu, öz növbəsində işğalçı ölkədəki onsuz da kövrək olan sabitliyin pozulacağı ehtimalını yaradır. Xalq isə böhran vəziyyətinin məsuliyyətini Serj Sərkisyan iqtidarının səriştəsizliyinə və zəif siyasi gücünə bağlayır. Keçmiş prezident Levon Ter-Petrosyanın başçılığı altında birləşən müxalifət də mövcud iqtidarın yarıtmaz idarəçiliyinə etiraz olaraq, aramsız aksiyalara başlamaq niyyətindədir. Əslində, Sərkisyan hakimiyyətinə etiraz bu gün ortaya çıxmayıb. Bu etirazlar hələ ötən ilin əvvəllərində, daha dəqiq desək mart aylarında baş vermiş hadisələrin növbəti halqasını təşkil edir.
Xatırladaq ki, Ermənistanda ötən ilin fevral ayının 19-da keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan xalq kütlələri seçkidən sonra kütləvi aksiyalar keçirmişdi. Lakin İrəvandakı kriminal rejim bu aksiyalara dözüm göstərməmiş və hakimiyyət öz xalqına divan tutmuşdu. Cinayətkar hakimiyyətin tapşırıqlarını icra edən hərbi xuntanın erməni vətəndaşları üzərinə hücum çəkməsindən sonra 9 nəfər öldürülmüş, yüzlərlə mülki şəxs yaralanmışdı. Həmçinin, siyasətçilər və onların ətrafında birləşmiş insanlar həbs olunmuş, bütün insan hüquq və azadlıqları məhdudlaşdırılmışdı. O zamankı prezident Robert Köçəryan isə baş verənlərin qarşısını almaq məqsədilə fövqəladə vəziyyətin elan olunmasına dair fərman imzalamışdı. Sənədə əsasən, 20 gün ərzində Yerevanda mitinq, nümayiş və digər kütləvi aksiyalar, o cümlədən təşkilatların fəaliyyətini donduran aksiyalar, tətillər və ona bənzər kütləvi tədbirlər qadağan olunmuş, kütləvi informasiya vasitələrinə fövqəladə vəziyyət rejimi müddətində dövlət məsələləri və daxili siyasi hadisələr haqqında yalnız rəsmi məlumatlardan başqa informasiyalar yaymaq qadağan olunmuşdu. Bununla yanaşı, müvafiq dövlət orqanlarının icazəsi olmadan vərəqələrin və digər siyasi təbliğat vasitələrinin çapı yasaqlanmış, siyasi partiyalara və ictimai təşkilatlara fövqəladə vəziyyət rejiminin tətbiqinə səbəb olmuş proseslərin qarşısını almağa maneə törədə biləcək fəaliyyət növü ilə məşğul olmaq da qadağan olunmuşdu. Bundan sonra beynəlxalq təşkilatların İrəvandakı cinayətkar rejimə qarşı təzyiqləri artmağa başladı. Əvvəlcə, fövqəladə rejim ləğv olundu. Daha sonra, qeyri-qanuni yolla seçilmiş prezident Serj Sərkisyan kimliyindən asılı olmayaraq, baş verənlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılacağına söz verdi. Amma ötən müddət ərzində onun heç bir addım atmaması müxalifəti yenidən hərəkata gətirib.
Diqqətlə təhlil etsək, görərik ki, Ermənistanda bu gün baş verən hadisələrin ssenarisi, daha öncələrdən, hətta 19 fevral tarixində keçirilmiş prezident seçkilərindən də əvvəl yazılıb. Belə ki, erməni ictimaiyyətinin etiraz aksiyasına səbəb kimi, təkcə prezident seçkilərinin mərkəzi hakimiyyət tərəfindən saxtalaşdırılması məsələsini göstərmək doğru olmazdı. Ermənistanda hələ Robert Köçəryan iqtidarı dönəmində rejimlə erməni xalqının maraqları üst-üstə düşmürdü, hakimiyyətlə xalq arasında dərin böhranın toxumları səpilmişdi. çünki artıq sadə ermənilər Köçəryanın və onun davamçılarının erməni xalqının və ictimaiyyətinin maraqlarını kənara ataraq, xarici dövlətlərin tapşırıqlarını icra etdiyini anlamışdı. Digər tərəfdən isə Ermənistan ictimaiyyəti mövcud hakimiyyətin iqtisadi siyasətinin perspektivsiz olduğunu dərk etmişdi. Bu gün isə aradan bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Sərkisyanın vəziyyəti düzəltmək üçün heç bir addım atmaması, əksinə, ölkənin bir az da geriyə getməsi erməni ictimaiyyətini cana gətirib. Xalq indi hansı yolla olursa olsun Sərkisyan hökumətindən canını qurtarmağa çalışır. İmkanı olanlar, bir vasitə ilə ölkəni tərk edir, olmayanlar isə qalıb mübarizə aparmağa çalışır.
O da qeyd olunmalıdır ki, bu gün Ermənistanda baş verənlərə görə mövcud hakimiyyət qədər, onların dünya miqyasındakı himayədarları da məsuliyyət daşıyır. çünki uzun müddətdir ki, düşmən ölkədə demokratiyanın sadəcə spekulyativ bəyanatlarda mövcud olduğunu, əslində, bu dövlətin anti-demokratik üsullarla idarə olunduğu reallığı bütün dünyaya bəlli idi. Amma beynəxalq ictimaiyyətin Ermənistan hakimiyyətini cəzalandırmaq yerinə himayə etməsi bugünki şərtləri yetişdirib. çox uzağa getməyək. Götürək elə Avropa Şurasını. Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, insanların siyasi əqidəsinə görə bir ildən artıqdır ki, məhbusxanalarda cəza çəkməsi, siyasi aksiyalar zamanı tankın altında əzilmiş vətəndaşların qanının yerdə qalması və günahkarların cəzalandırılmamasına baxmayaraq, AŞ Ermənistana bir kəlmə də olsun, acı söz söyləyə, işğalçı dövlətin əleyhinə qərar qəbul edə bilmədi. Baxmayaraq ki, bu qərarın qəbulu hər kəsdən əvvəl AŞ-nin özünə lazım idi. Təşkilat atacağı bu addımla haqqında söylənilən ittihamlara bir az da olsa, son verə bilərdi. Yəni bu addımın atılması təşkilatın xristian birliyi olması, ikili standartlarla hərəkət etməsi yönündəki şərhləri azaldardı. Bu addım, həm də Ermənistan ictimaiyyətində quruma olan etimadı möhkəmləndirə bilərdi. Həmçinin, AŞ nəzərə almalı idi ki, cəza tətbiq edilməsi Ermənistandakı kriminal rejim üçün də bir “SOS” ola bilər. Hətta belə bir cəza ümumi dövlət maraqları kontekstində Ermənistana xeyir də verə bilərdi. Amma AS bunu etmədi və bir daha göstərdi ki, ona söylənildiyi kimi, demokratiya, insan haqları deyil, müəyyən maraqların təmin olunması lazımdır. AŞ bu qətiyyətsizliyi ilə, həm də Ermənistanı məhvə sürükləyir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53

