“Misak-i Milli”: tarixin dərsləri və müasir geosiyasi reallıqlar fonunda
01.11.2016 [09:31]
Mosul əməliyyatının başlaması ilə Yaxın Şərqdə geosiyasi hərəkətlilik daha da artıb. Şəhərin İŞİD-dən azad edilməsindən sonra siyasi, demoqrafik və hərbi aspektlərdə mümkün dəyişikliklər dünyanın böyük dövlətlərini maraqlandırır. Hələlik vəziyyətə ABŞ nəzarət edir. Onun başçılıq etdiyi koalisiya hərbi əməliyyatlar aparır. Region dövlətlərindən müstəqil olaraq heç biri bu prosesdə yoxdur. Hətta rəsmi Bağdad Türkiyənin Mosulun azad olunmasında iştirakını istəmədiyini bəyan edib. Bunun fonunda Ankara tarixi sənəd olan “Misak-i Milli”ni xatırladıb. Türkiyə rəhbərliyi mütləq Mosul əməliyyatında iştirak edəcəyini bildirib, çünki bu, onun tarixi məsuliyyəti ilə bağlıdır. Sübut olaraq keçən əsrin 20-ci illərində qəbul edilən “Misak-i Milli”ni göstərib. Bu məsələnin gündəmə gəlməsi ilə Türkiyədə müzakirələr başlayıb. Aydın olur ki, əslində, “Misak-i Milli” qlobal geosiyasi proseslərlə sıx bağlıdır. Həmin aspektdə regionda yaranmış vəziyyətə nəzər salmaq faydalı olardı.
“Milli and”: 6 bənddən ibarət sənədin tarixi və geosiyasi əhəmiyyəti
Ekspertlər İŞİD-ə qarşı mübarizənin meydana geosiyasi xarakterli məsələləri də atdığını vurğulayırlar. Bu kontekstdə Türkiyə ilə bağlı informasiyalara daha çox rast gəlinir. Rəsmi Bağdad Mosulun azad olunması əməliyyatında Ankaranı görmək istəmədiyini bəyan etdikdən sonra bu məsələ daha da aktuallaşdı, çünki İraqda faktiki olaraq 63 ölkənin hərbi təmsilçiləri var. Onların sırasında regionun böyük dövlətlərindən olan Türkiyənin yer almaması çox qəribə olardı. Maraqlıdır ki, Tehran da üstüörtülü Bağdadın mövqeyini müdafiə etdi. Bütün bunların fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın tarixə ekskurs edərək Mosul məsələsinin də yer aldığı və “Misak-i Milli” (Milli and) adlanan sənədə istinad etməsi yeni müzakirələrə təkan verdi.
“Misak-i Milli” nədir? Bu sənəd Mustafa Kamal Atatürk və silahdaşlarının təşəbbüsü ilə Ankara hökumətinin Ərzurum (iyul-avqust, 1919) və Sivas (sentyabr, 1919) yığıncaqlarında hazırlanıb. 1920-ci il yanvarın 28-də isə İstanbulda təsdiq olunub (bax: Ulusal Ant (Misak-ı Milli) / Türk Tarih Kurumu, “ttk.gov.tr”). O, 6 bənddən ibarətdir. “Misak-i Milli”də həmin dövrdə hökumətin əməl edəcəyi əsas bəndlər yer alıb. Birinci bənddə başqaları ilə yanaşı, Mosul məsələsi də qoyulub. Sənədə əsasən, Mosul və Kərkük türk dövlətinin sərhədləri daxilində qalmalı idi. Digər bəndlərdə Qərbi Trakya, Hatay və Batumla bağlı da türklərin mövqeyi ifadə olunub. Ancaq Türkiyə tarixçilərinin fikrinə görə, sənədin Ankara variantı ilə İstanbul variantı arasında kiçik fərqlər vardır. Belə ki, Ankarada qəbul edilən variantdan bəzi məqamlar İstanbulda çıxarılıb. Lakin bütün hallarda bu sənəd həmin dövrdə Türkiyənin “yol xəritəsi” rolunu oynadı.
Onu da demək lazımdır ki, faktiki olaraq “Misak-i Milli”nin reallaşması Türkiyə Cümhuriyyəti dövləti dönəminə aid oldu. Çünki Osmanlının süqutu haqqında rəsmi sənəd qəbul edildikdən sonra “Misak-i Milli”də müəyyən edilən sərhədlər daxilində yeni Cümhuriyyətin qurulması prosesi başladı. Reallıqda sənəddən fərqli sərhədlər alındı. Qərbi Trakya, Batum və Mosul Türkiyə sərhədləri daxilində qalmadı.
Buna baxmayaraq, Mosul məsələsinin taleyi həmin mərhələdə müəyyən edilmədi. Ancaq Osmanlı San-Remo sülh konfransının qərarına uyğun olaraq İngiltərə və Fransanın mandatı altında olan bir neçə hissəyə bölündü. O cümlədən 1921-ci ilin avqust ayında Hicaz şahzadəsi Feysəl başda olmaqla İraq krallığı yaradıldı. İraqın sərhədləri isə 1847-ci il II Ərzurum müqaviləsi və 1913-cü il Konstantinopol protokolu əsasında müəyyən edildi. Burada tarixi faktlardan çox işğalçı dövlətlərin maraqlarına xidmət edən meyarlara üstünlük verilirdi ki, bu da özlüyündə kifayət qədər ziddiyyətli məqamlar daşıyırdı.
Yalnız bir neçə il sonra, Şeyx Səid üsyanlarının başlaması ilə vəziyyət Türkiyənin əleyhinə dəyişdi və Ankara Mosuldan imtina etməli oldu. Maraqlıdır ki, tarixçilərin bir qismi Mosul məsələsində Şeyx Səid üsyanının ciddi rol oynadığını düşünürlər. Hər bir halda, keçən əsrin 20-ci illərinin sonunda Mosul rəsmi olaraq İraqa aid edildi. Lakin 1926-cı il Ankara müqaviləsi Türkiyəyə Mosul üzərində bəzi hüquqlar verdi. Belə ki, Türkiyə şəhərin demoqrafik mənzərəsinin pozulmasına müdaxilə edə bilərdi.
Deməli, bu gün Rəcəb Tayyib Ərdoğanın o dövrdəki prosesləri yada salması təsadüfi deyil, konkret faktlara dayanır. Yəni Ankara bəyan edir ki, Mosul və Kərkük onun üçün tarixi əhəmiyyətli məkanlardır. Burada söhbət qətiyyən kiminsə ərazi bütövlüyünə zərər vurmaqdan getmir. Əksinə, İraqın bölünməzliyi Türkiyə üçün prioritet məsələdir. Çünki belə olmasa, terror və separatçılıq regiona daha çox zərər verə bilər. Başqa tərəfdən, beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyünün pozulmasını prioritet prinsip olaraq təsbit edib. Türkiyənin xarici siyasətində başqa dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi ciddi surətdə yer alır. O cümlədən Ankara dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız dövlətlərin ərazi bütövlüyünü təmin etməklə tənzimlənməsinin mümkünlüyünü bəyan edib.
Eynilə İraqın ərazi bütövlüyünün təmin edilməsinə Türkiyənin töhfəsi az deyil. Bəs onda problem nədən ibarətdir? Hansı səbəblərdən rəsmi Bağdad Türkiyənin Mosulun azad olunmasında iştirakını arzulamır? Öz ərazisində bir neçə ölkənin hərbi gücünün olduğu halda, yalnız qonşu Türkiyəni işğalçı adlandırmağa çalışır? “Misak-i Milli” məsələsi də məhz bu kontekstdə maraq doğurur.
Mosul məsələsi: Sayks-Piko layihəsi və müasir reallıqlar aspektində
Məsələ ondadır ki, İraqda böyük dövlətlərin nüfuz uğrunda savaşı bütün intensivliyi ilə davam edir. Orada kənar qüvvələr müsəlmanlar arasında məzhəb ixtilafları yaratmaqdan çəkinmirlər. Konkret olaraq sünniləri və türkmənləri sıxışdırıb, başqalarını onların ənənəvi olaraq dominant olduqları yerlərə yerləşdirməyə çalışırlar. Bununla iki məqsəd güdülür. Birinci məqsəd türklərin əlindən tarixi arqumenti çıxarmaqdır. Yəni Mosul və Kərkükdə türk kimliyi zəifləsə, ona olan tarixi iddianın əsası da olmaz.
O cümlədən “Misak-i Milli”nin Yaxın Şərqlə bağlı hissəsi əhəmiyyətini itirmiş olur. Məlumdur ki, keçən əsrin əvvəllərində Yaxın Şərq Fransa və Böyük Britaniya tərəfindən nüfuz dairəsinə bölünməyə başlanıb. Nəhayət, 1916-cı il Sayks-Piko (biri ingilis, digəri isə fransız diplomatıdır - Newtimes.az) müqaviləsində nüfuz dairələri təsbit edilib. Deməli, rəsmi Bağdadın Türkiyə ilə bağlı dedikləri, əslində, Qərbin müəyyən dairələrinin yeritdiyi siyasətin ifadəsidir. Ancaq indi Sayks-Piko müqaviləsi ilə razılaşmayanların sayı artır (bax: məs., Djim Mğöir. Çem soqlaşenie Sayksa-Piko obernulosğ dlə Blijneqo Vostoka / “Bi-bi-si”, 16 may 2016).
İkincisi, regionun bəzi böyük dövlətləri Türkiyənin nüfuzunun artmasına süni əngəllər yaratmağa çalışırlar. Onlar həmin məqamda hətta düşmən saydıqları ABŞ və Avropanın böyük dövlətləri ilə belə eyni sırada dayanmaqdan vaz keçmirlər. Təbii ki, belə addımlar bütövlükdə müsəlman dövlətlərini zəiflətməyə və onların bir-birinə qarşı durmasına xidmət edir. Tarixin acı dərslərindən müsəlmanların düzgün nəticə çıxarmaması böyük təəssüf hissi doğurur. Özü də bu, hazırda Qərbdə islamofobiyanın gücləndiyi bir zamana təsadüf edir. Burada müsəlmanlara ikiqat zərbə dəyməkdədir. Onları həm Qərb cəmiyyətlərində sıxışdırırlar, həm də ənənəvi olaraq yaşadıqları coğrafiyadakı dövlətçiliklərini zəiflədirlər. Bunun üçün, həmişə olduğu kimi, müsəlman ölkələri arasında ziddiyyətlər yaradılır.
Bu baxımdan “Misak-i Milli” çox əhəmiyyətli sənəddir. O, təsbit edir ki, bir müsəlman ölkəsi regiondakı müsəlmanların siyasi taleyinə məsuliyyət daşıyır. Konkret desək, həmin sənədə görə, Türkiyə müsəlmanların mədəniyyətinin, milli kimliklərinin, yaşadıqları tarixi ərazilərin qorunmasına borcludur. Burada da qeyri-adi heç bir şey yoxdur. Çünki ABŞ on min kilometrlərlə uzaqdan gələrək İraqda milli maraqlarının təmin edilməsindən bəhs edirsə, hansı səbəblərdən bu ərazidə min illərdir mövcud olan Türkiyə və İran kimi dövlətlər və hətta Rusiya belə, kənarda durmalıdırlar? Anqlo-sakslar və germanlar əsrlərdir ki, Yaxın Şərqdə fəallıq göstərib, planlar qurub, siyasi-hərbi əməliyyatlar keçiriblər və bu, nədənsə, normal qəbul edilir. Lakin həmin regionun böyük dövlətlərinin öz maraqlarını qorumaq cəhdi anormal hadisə kimi hiddətlə qarşılanır. Onların sırasında Bağdad hökumətinin də olması məyusluq doğurur.
Faktlar sübut edir ki, İraq ordusunda məzhəb ayrı-seçkiliyi mövcuddur. Mosul istiqamətində də bu ordunun müəyyən bölmələri dövlət bayrağı ilə deyil, məzhəb rəmzləri olan bayraqlarla irəliləməyə cəhd göstərib. Bunlar təsadüfi deyil. Belə olsaydı, peşmərgə həmin hərəkətlərə qarşı çıxmazdı. Deməli, bu məsələ ciddi xarakter ala bilər.
Bütün bunlar Yaxın Şərqdə yeni çalarda məzhəb gərginliyi meydana gətirə bilər. Artıq Mosul uğrunda döyüşlər şiddətlənir. Və bu müsəlman coğrafiyasında nəyə görəsə Amerika aparıcı rol oynayır. “Misak-i Milli” belə bir vəziyyətin uzun müddət davam etməsinə və regionda yad qüvvələrin at oynatmasına qarşı olan yeganə rəsmi qaynaqdır. Başqa hansı region dövlətlərində buna uyğun sənəd vardır? Varsa, onlar nəyə görə yadların regionda aparıcı hərbi rol oynamasına qarşı səslərini qaldırmayıb, əksinə, amerikan, fransız, alman, ingilis və başqa hərbi instruktorların arxasında gizlənib, Mosulu azad etmək fikrinə düşüblər.
Lakin o da faktdır ki, Türkiyə mövqeyindən dönməyib. Ankara Mosul əməliyyatında iştirak edir və maraqlarını ortaya qoyur. Bununla hesablaşmalı olurlar. Bu məsələdə Moskvanın bitərəf mövqe tutması məmnunluq hissi yaradır. Buna baxmayaraq, əsas məqam ondan ibarətdir ki, müsəlman dövlətləri gücü bir yerə qoyub, işğalçıları ərazilərindən çıxarmalıdırlar. Onlar bunu etməyincə, müxtəlif bəlalara, faciələrə düçar olacaqlar. Hətta dövlətçiliklərini belə itirə bilərlər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25

