Paşinyan və komandası çətin durumda
18.08.2018 [09:11]
Yaxud cinayətkar Koçaryan yenidən hakimiyyətə gəlmək istəyir
Ermənistanda terrorçu-işğalçı rejimin əsasını qoyan Robert Koçaryanın bu günlərdə yerli televiziyalardan birinə verdiyi müsahibə ajiotaj yaradıb. Belə ki, məlum müsahibədə onun fəal siyasətə qayıtdığını bəyan etməsi müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub. Yəni, sabiq prezidentin həbsdən sonra fəal siyasətə qayıtmaq barədə bəhanələri, o cümlədən Sarkisyanın devrilməsinə münasibəti heç də birmənalı qarşılanmır.
Bu müsahibənin zamanlamasına da diqqət çəkən bəzi yerli politoloqlar “Yerkir Media” telekanalında yayımlanan müsahibəsində eks-prezidentin yeni hökumətin Rusiya ilə münasibətlərindəki vəziyyətə daha çox toxunmasına istinadən onun qayıdışının sosial sifariş olmasa belə, rusiyameyilli qüvvələri birləşdirəcəyini istisna etmirlər. Çünki ermənilərin əksəriyyətində tarixən həmişə “kiməsə arxalanmadan yaşamağın mümkünsüzlüyü” barədə psixologiya hakimdir. R.Koçaryan da həmin psixologiyadan yola çıxaraq Rusiya ilə tələb dili ilə danışmağın, o cümlədən rəsmi Moskvanın yeni vəziyyətə uyğunlaşmasının lazım olduğu barədə açıqlamaların, Rusiya şirkətində yoxlama aparılmasının təhlükəli addımlar olduğunu vurğulamaqla həssas nöqtəyə toxunub.
Bu açıqlamalardan belə qənaətə gəlmək olar ki, birmənalı olaraq siyasətə qayıtdığını elan edən R.Koçaryan hələlik özünə daxildə və xaricdə müttəfiq axtarışına çıxıb. Onun sözlərinə görə, bu qayıdış fərqli formatlarda ola bilər. İndiki halda R.Koçaryanın cəlbediciliyi onun külli miqdarda kapitala malik olmasıdır. Erməni mediası da məhz malik olduğu pulların hesabına onun sosial cəhətdən yoxsul vəziyyətdə olan seçicilərə təsir edəcəyi barədə iddialara yer verir.
R.Koçaryanın təcrübəsi olmayan bir hökumətin qonşularla bacarmayacağı barədə arqumentləri və təhdidləri sadaladıqdan sonra Ermənistanın heç nəyinin olmadığı barədə etirafı maraqlı olsa da, ən təhlükəli məqam onun N.Paşinyanın komandasının ordudan anlayışının olmamasını vurğulamasıdır: “Bu hökumət ordudan uzaqdır, bu vəziyyətdə yalnız güclü bir ordu bizim dövlətçiliyimizin təminatıdır və Ermənistanın bu qədər çətinliklə əldə etdiyi tarazlığı pozan addımlar atır. Bu təhlükə məni siyasətə qayıtmağa təşviq edir”.
Bununla R.Koçaryan həm də ordunun yeni hökumətin nəzarətində olmadığına işarə edib. Danışıqlardan qaçmağa çalışan N.Paşinyanı “dovşan”a bənzədən R.Koçaryan Ermənistanın baş nazirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində məsləhət verməyə hazır olduğunu da bildirib. Yeni siyasətə qayıtmaq qərarını yeni hökumətin fəaliyyətindəki nöqsanlara əlaqələndirən eks-prezident qonşu dövlətləri xatırlatmaqla erməniləri qorxutmağa çalışıb.
Yeri gəlmişkən əks-cəbhəyə mənsub olanlar da R.Koçaryanın siyasətə qayıdışı barədə açıqlamasının təsadüfi olmadığını etiraf edirlər. Belə ki, L.Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan onun ortaya çıxmasının Paşinyan və komandası üçün təhlükəli olduğunu söyləyib. Bəzi analitiklər isə R.Koçaryanın həbsdən azad olunmasını ciddi səhv hesab edir və onun tezliklə həbsxanaya qaytarılmasının daha məqbul addım olacağını düşünürlər.
Bu fikirlərə baxmayaraq, bəzi media orqanlarında R.Koçaryanın çıxışının əslində yeni hökumətə sərfəli olduğu iddia edilir. Belə ki, bir çoxları onun açıqlamasında yeni heç nə olmadığını və 20 il əvvəlki çıxışlarından fərqlənmədiyini düşünürlər. Digərləri onu “oğru”, “talançı”, “siyasi meyit” adlandıraraq kriminal rejimin banisi olan şəxsin tənqid və təhdid dolu çıxışlarından sonra indiki hökumət tərəfdarlarının sıralarını genişləndirəcəyi qənaətindədirlər. Bu qəbildən olan mülahizələrə görə, N.Paşinyan və komandası gələcək seçkilərdə devrilmiş xunta rejiminin əsasını qoyan R.Koçaryanın ətrafında birləşən siyasi qüvvələrə qalib gələrək hələ də talan, işğal, korrupsiya yolu ilə əldə edilən kapitalın hesabına “nəfəs almağa” davam edən köhnə sistemi birdəfəlik ortadan qaldırmağı düşünürlər.
Siyasətə qayıtmaq üçün R.Koçaryanın sadaladığı bəhanələri və bununla bağlı ortaya çıxan digər iddiaları bir kənara qoyaraq, birmənalı şəkildə demək olar ki, o törətdiyi hərbi cinayətlərə görə alacağı cəzanın qorxusundan bu addımı atmaq qərarına gəlib. Yəni Koçaryan əlinə düşən bu fürsətdən istifadə edərək, Ermənistanda ömürlük hakimi-mütləq olmaq üçün nəyin bahasına olur-olsun yenidən hakimiyyətə gəlmək istəyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

