Nikol Paşinyan hakimiyyətini qorumaq üçün kriminal avtoritetlərlə sövdələşməyə gedir
06.10.2018 [10:35]
Hökumətin hazırladığı amnistiya layihəsi də terrorçu qurumlara və kriminal aləmə mənsub şəxslərin azadlığa buraxılması üçündür
Son günlər işğalçı Ermənistanda parlament-hökumət qarşıdurması nəticəsində yaranan qeyri-müəyyənlik davam edir. Oktyabrın 5-də baş nazir Nikol Paşinyan istefaya göndərilən nazirlərin bəzilərinin yerlərinə təyinat aparmaqla məşğul olsa da, hazırda əsas cəhd amnistiya haqqında qanun layihəsinin təsdiq olunmasına yönəldilib. Səriştəsiz baş nazirin canfəşanlıqla layihənin həyata keçirilməsinə çalışması bəzi təhlükəli və qaranlıq məqamları ortaya çıxarıb.
N.Paşinyanın mövcud böhranı aradan qaldırmaq üçün keçmiş nazirlərin yerinə apardığı təyinatlar da işğalçı ölkədə müzakirələrə səbəb olub. Belə ki, keçmiş respublikaçı və 1 may tarixində keçirilən səsvermədə N.Paşinyanın namizədliyinə səs verən deputat Feliks Çolaqyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilib. Xatırladaq ki, F.Çolaqyan Təhlükəsizlik Xidmətinin sədr müavini, Şirak vilayətinin qubernatoru olub. Bitərəf Qaregin Baqramyan energetika infrastrukturu və təbii sərvətlər naziri, “Vətəndaş sazişi” Partiyasının üzvü Hakop Arşakyan isə nəqliyyat, rabitə informasiya texnologiyaları naziri təyin edilib. Boş qalan digər postlara nazirlərin təyinatı aparılmasa da, Niderlanddan geri çağırılan səfir Qaregin Melkonyanın iqtisadi inkişaf və investisiyalar naziri təyin ediləcəyi güman edilir. İrəvanın polis rəisi Artak Poqosyan da vəzifəsindən azad edilib, onun yerinə Qarik Qukasyan təyin olunub.
Hökumətin təsdiqinə tələsdiyi amnistiya layihəsinə gəlincə, Ermənistan mətbuatı yazır ki, hal-hazırda Ermənistanın penitensiar xidmətin tabeliyindəki müəssisələrində heç bir sıxlıq qeydə alınmamasına baxmayaraq, hökumətin fövqəladə şəkildə xüsusi iclasda amnistiya haqqında qanun layihəsini müzakirə etməsi maraq doğurur. Ermənistanın ədliyyə naziri Artak Zeynalyan hökumətin bu addımının parlament deputatlarının əksəriyyəti tərəfindən qəbul edilməli olduğunu israrla desə də, onsuz da parlamenti mühasirəyə aldığına görə N.Paşinyandan narazı olan deputatların layihənin əleyhinə çıxmaq üçün kifayət qədər əsasları var. Nazirin sənədin may ayından hazır olması barədə sözləri və bu sənədin yalnız bu gün hakimiyyət böhranı zamanı hökumətin təsdiqinə təqdim edilməsi bir çox suallar yaradıb.
Məsələ ilə bağlı “İravunk” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, Ermənistandakı kriminal aləmlə danışıqlara gedən N. Paşinyana avtoritetlərdən şərtli dəstək gəldiyi üçün amnistiya layihəsi tələm-tələsik ortaya çıxıb. Qəzet yazır ki, N.Paşinyan növbədənkənar seçkilər haqqında qərar qəbul edərkən parlamentdəki və parlamentdənkənar siyasi qüvvələrin rəyini nəzərə almağı lüzum görməsə də, kriminal avtoritetlərin dəstəyini almağı daha vacib hesab edib. Sözügedən danışıqlarda hökuməti Ermənistanın baş nazirinin birinci müavini Ararat Mirzoyan təmsil edib: “Bizim məlumatlara əsasən, A.Mirzoyana ölkədəki vəziyyətlə bağlı kriminal avtoritetlərlə danışıqlar aparmağa səlahiyyət verilib. Eyni məlumatlara əsasən, kriminal aləmin nümayəndələri N.Paşinyana dəstək verəcəklərini bəyan ediblər, amma amnistiyanın vacibliyi ilə bağlı öz şərtlərini ortaya qoyublar”.
Amnistiya layihəsinin qəbul edilməsi ilə Dağlıq Qarabağın işğalında iştirak edən “Sasun dəliləri” terror təşkilatının iki polisi öldürdüklərinə görə həbsdə olan və bu günlərdə aclıq elan edən üzvlərinin də azadlığa buraxılması hədəflənir. Ümumiyyətlə, hazırda N.Paşinyana açıq dəstək verən həmin terror təşkilatı siyasi partiyaya çevrildiyini elan etsə də, onların qanunsuz silahlı dəstələr və kriminal aləmlə ciddi əlaqələrə malik olması barədə iddialar var.
Bütün bunlar onu göstərir ki, işğalçı-kriminal rejimin hakimiyyətdən getməsinə nail olan erməni xalqının bu dəfə də bəxti gətirməyib. Keçmiş hakimiyyət kriminal oliqarxiya və digər cinayətkar qüvvələrlə inteqrasiyada çalışırdısa, guya kriminal oliqarxiyaya qarşı mübarizə aparan N.Paşinyan da kriminal avtoritetlərdən, terrorçu təşkilatlardan dəstək almaq istəyir. Bu hal isə Ermənistanda demokratiya yox, yeni bir cinayətkar rejimin formalaşmasına rəvac verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25

