Serj Sarkisyan barəsində cinayət işinin ilkin istintaqı yekunlaşıb
11.01.2020 [10:36]
“Panorama.am” saytının “FactInfo”ya istinadən verdiyi məlumata görə, Ermənistan Xüsusi İstintaq Xidməti Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı cinayət işinin ibtidai istintaqını başa çatdırıb. Həmin cinayət işində təkcə S.Sarkisyan deyil, həm də keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da daxil olmaqla, daha bir neçə şəxs ittiham olunur. İlkin istintaq orqanı tərəflərə iş materialları ilə tanış olmaq üçün vaxt verib.
Qeyd edək ki, sabiq prezident S.Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi (mənimsəmə və ya mənimsəmədə iştiraketmə) ilə ittiham irəli sürülüb. Ona münasibətdə ölkəni tərk etməmək barədə yazılı öhdəlik şəklində qabaqlayıcı tədbir seçilib.
İstintaq işində qeyd olunur ki, 9 aprel 2008-ci ildən 9 aprel 2018-ci il tarixinədək Ermənistan prezidenti vəzifəsini icra edən Serj Sarkisyan səlahiyyətlərindən sui-istifadə edərək, 2013-cü il yanvarın 25-dən həmin ilin 7 fevralına qədər bir qrup vəzifəli şəxslə əlbir olaraq 489.160.310 dram məbləğində dövlət vəsaitini mənimsəyib. Daha dəqiq desək, S.Sarkisyan kənd təsərrüfatı üzrə subsidiya proqramı çərçivəsində dizel yanacağının paylanmasının dostu Barseq Beqlaryana məxsus “Flash” şirkətinə həvalə edilməsinə göstəriş verməkdə şübhəli bilinir. Xüsusi İstintaq Xidmətinin ittihamında qeyd edildiyi kimi, dizel yanacağını daha ucuz təklif edən “Maksur” şirkətinin əvəzində təchizatın “Flash” şirkətinə həvalə olunması nəticəsində dövlətə yarım milyard dram məbləğində ziyan dəyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28

