Paşinyan hakimiyyətdən uzaqlaşdırıla bilər
23.05.2020 [13:43]
Erməni ekspertlərin fikrincə, yüz minlərlə vətəndaşın narazılığını görən baş nazir koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, avtoritar idarəetmə sisteminə keçidlə məşğul olur
Son dövrlərdə işğalçı Ermənistanda daxili gərginlik pik həddə çatıb. Belə ki, ölkədə fövqəladə vəziyyət rejiminin mövcud olmasına baxmayaraq, hər gün Yerevanın mərkəzində və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Əvvəllər bu aksiyalar sosial xarakterli idisə, artıq siyasi mahiyyət daşımağa başlayıb. Çıxılmaz vəziyyətə düşən baş nazir Nikol Paşinyan isə fövqəladə vəziyyət müddətinin vaxtını uzatmaqla, etiraz dalğasının qarşısını almağa çalışır. Aksiyaların güc tətbiqi ilə dağıdılması, iştirakçıların həbs edilməsi daxildəki siyasi gərginliyi daha da artırıb. Digər tərəfdən, hakim “Mənim addımım” blokunun üzvlərinin baş nazirdən narazı olması N.Paşinyanın vəzifədən uzaqlaşdırılması ehtimalını gündəmə gətirib.
Hakim partiya artıq Paşinyana etimad göstərmir
Erməni mətbuatının iddiasına görə, nüfuzunu itirən N. Paşinyanın yerinə namizəd də artıq bəllidir. “İrates” qəzeti yazır ki, parlamentdəki sonuncu “əlbəyaxa döyüş”dən sonra “Mənim addımım” blokundan olan deputatlar da artıq N.Paşinyana etimad göstərmirlər. Qəzet yazır ki, məyus olanlar olduqca çoxdur və baş nazir N.Paşinyanın ölkədə yaranmış mövcud vəziyyətin öhdəsindən gələ biləcəyinə də şübhə edirlər: “Parlamentin kuluarlarında gəzən söz-söhbətlərə görə, blokdan olan deputatların bir çoxu Nikolun yerində baş nazirin müavini Tiqran Avinyanı görürlər”.
Bu xəbərlərin fonunda Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “Mənim addımım” blokuna N.Paşinyanın vəzifədən kənarlaşdırılmasını və yeni baş nazirin seçilməsini tövsiyə edib. “Sputnik-Ermənistan”ın yazdığına görə, hazırda İtaliyada yaşayan və axtarışda olan M.Minasyan qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hökumət koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın nəticələrini aradan qaldırmaq iqtidarında deyil. Keçmiş səfir hesab edir ki, Paşinyan yalnız məhv etməyi və dağıtmağı bacarır.
Məsələ ilə bağlı “panorama.am” saytına müsahibəsində politoloq Hrant Melik-Şahnazaryan isə bildirib ki, N.Paşinyan Ermənistanın siyasi inkişafında destruktiv faktordur və uzun müddətdir, daxili siyasi gərginliyi qızışdırmaqla məşğul olur. Onun sözlərinə görə, N.Paşinyanın siyasi metodlarının olmaması səbəbindən ölkənin üzləşdiyi problemləri həll etmək mümkün deyil.
Fövqəladə vəziyyət rejimi etiraz dalğasını yatırmağa hesablanıb
Yuxarıda da vurğulandığı kimi, hökumətdaxili problemlərlə yanaşı, əhalinin narazılığı getdikcə artır. Belə ki, Yerevanda hökumətin siyasətinə qarşı növbəti etiraz aksiyaları keçirilib.“News.am” saytı yazır ki, sahibkarlar, restoran işçiləri, musiqiçilər və aparıcıların hökumət binası qarşısında etiraz aksiyasının qarşısı qəddarlıqla alınıb və iştirakçılar həbs olunub. Həmin gün “Adekvad” təşkilatının üzvləri və Respublikaçı Partiyanın gənclər qanadının nümayəndələrinin aksiyası da güc tətbiqi ilə dağıdılıb, fəalların bir çoxu həbs edilib.
Eitrazçıların həbsinə münasibət bildirən Respublikaçı Partiyanın mətbuat katibi, keçmiş deputat Eduard Şarmazanov deyib ki, koronavirusla mübarizə baxımından Paşinyan artıq vəziyyətə hakim deyil və fövqəladə vəziyyət rejiminin davam etdirilməsinin yeganə məqsədi etirazların qarşısını almaqdır. E,Şarmazanovun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxdığını anlayan N.Paşinyan hakimiyyətinə qarşı narazılıq dalğasını yatırmağa çalışır.
Sözügedən partiyanın sədr müavini A.Aşotyanın sözlərinə görə, sonuncu çıxışlarından da görünür ki, Paşinyan panika içərisindədir: “Buna səbəb yüz minlərlə vətəndaşın ondan narazı olmasıdır. Bu adam xalqın problemlərini həll etmək üçün hakimiyyətə gəlməyib. İki il əvvəl bu həqiqət bəzilərinə, o cümlədən bizə aydın idi, bu gün yüz minlərlə insana bəllidir”,-deyən A.Aşotyan bildirib ki, bu gün baş nazir koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, avtoritar idarəetmə sisteminə keçidlə məşğul olur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

