Paşinyan hakimiyyəti iflasa uğrayır
03.11.2020 [09:31]
Ermənistanda iqtisadi tənəzzül, sosial fəlakətin son həddə çatması, siyasi qarşıdurma və hərc-mərcliyin hökm sürməsi ölkədə revanşist meyillərin daha da güclənməsinə gətirib çıxarıb
Məlum olduğu kimi, 1 aydan çoxdur davam edən döyüşlərdə Azərbaycan Ordusunun qarşısında məğlub duruma düşən Ermənistanın işğalçı ordusu həm canlı qüvvə, həm də silah-sursat və texnika sarıdan böyük itkilərə məruz qalıb. Təxmini hesablamalara görə, Ermənistanın bu sahədə itkiləri 3 milyard ABŞ dolları həcmindədir. Üstəlik, onsuz da pandemiya səbəbindən acınacaqlı durumda olan Ermənistan iqtisadiyyatı hərbi vəziyyət elan ediləndən sonra daha da bərbad duruma düşüb. Belə ki, göstərilən səbəblərə görə işğalçı ölkədə istehsal sahəsi tamamilə dayanıb. Bu da ölkə vətəndaşlarının təkcə cəbhədəki məğlubiyyətdən deyil, həm də ağır sosial-iqtisadi duruma görə hakimiyyətdən narazı olmasına gətirib çıxarır.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə yer alan məlumatlara görə, ölkə əhalisi mövcud hakimiyyətin yürütdüyü siyasətin ağır fəsadlarından cana doyub. Çünki ölkədə görünməmiş dərəcədə hərc-mərclik və özbaşınalıq hökm sürür, eyni zamanda, sosial-iqtisadi durum gündən-günə ağırlaşır. Belə ki, hazırda Ermənistanda ərzaq da daxil olmaqla gündəlik istehlak məhsullarının qiymətində ciddi bahalaşma qeydə alınır. Erməni mediasının yazdığına görə, son bir ayda mağazalarda yağ, qənd, un və digər gündəlik tələbat mallarının qiyməti kəskin artıb. Eyni zamanda, ölkənin milli valyutası son günlər kəskin ucuzlaşıb. Ermənilər sosial şəbəkələrdə açıq şəkildə yazırlar ki, orduya yardım etməyə məcbur edilən sahibkarlar qiyməti bahalaşdırmaqla pullarını geri alırlar. Hətta baş nazir N.Paşinyana qarşı müharibədən pul qazanmaq ittihamları da irəli sürülür. Ona görə ki, topdansatış məntəqələri hakimiyyətdə təmsil olunanlara yaxınlığı ilə seçilən sahibkarların əlindədir.
Bütün qeyd edilənlər sübut edir ki, Ermənistanda cəbhədəki məğlubiyyət fonunda hakimiyyətə qarşı narazılıq artır. Sosial şəbəkələrdə erməni istifadəçilər bahalaşmanın qarşısını almağa çağırış etsələr də, indiyə qədər heç bir tədbir görülməyib. Buna görə də, sosial-iqtisadi vəziyyət səbəbindən də hakimiyyətə qarşı etirazlar başlayır. Çünki mövcud olan indiki durum onsuz da ciddi sıxıntılar içində olan sıravi vətəndaşların vəziyyətini daha da ağırlaşdırır.
Yeri gəlmişkən, qeyd edək ki, Dünya Bankı da Ermənistanda iqtisadi tənəzzülün dərinləşəcəyini proqnozlaşdırır. “News.am” saytı yazır ki, Dünya Bankının mütəxəssislərinin fikrincə, Ermənistanda iqtisadi tənəzzül 2020-ci ildə 6,3%-ə çatacaq, 2021-ci ildə isə 4,6% olacaq. “Aysor.am” saytının yazdığına görə, Ermənistanın maliyyə naziri Atom Cancuqazyan parlamentdə “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı beynəlxalq maliyyə qurumlarının proqnozlarını təsdiq edib.
Ermənistanda hərc-mərcliyin hökm sürməsi və mövcud olan vəziyyət siyasi qarşıdurmaları da qaçılmaz edir. Vaxtilə hakimiyyətdə olan qüvvələr yaranmış vəziyyətə görə əsas günahkar kimi baş nazir Paşinyanı göstərirlər. İndiki vəziyyətdə Ermənistanda artıq hakimiyyət daxilində olan qüvvələr, eyni zamanda, klanlar arasında qarşıdurmalar da sezilir. Son günlər ziddiyyətlər daha da kəskin xarakter alıb və baş nazirin istefasını tələb edənlərin sayının artması isə işğalçı Ermənistanın daxilində siyasi vəziyyətin həddən artıq gərgin olduğunu deməyə əsas verir.
Belə ki, bu günlərdə N.Paşinyanı istefaya çağıran Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın çağırışına ölkədə yaşayan və xaricdə fəaliyyət göstərən erməni ictimai-siyasi xadimləri də qoşulub. Bəzi siyasi dairələr N.Paşinyanın Ermənistanı iflasa aparan siyasəti qarşısında susmaq istəmirlər. Lakin parlamentdəki müxalifət fraksiyalarının bu iflasın qarşısını almaq cəhdləri də hakimiyyəti əldən vermək istəməyən baş nazir tərəfindən əngəllənir. “Çiçəklənən Ermənistan” və “Mariflənən Ermənistan” fraksiyalarının Ermənistan təhlükəsizlik şurasının xüsusi iclasını keçirmək təklifinin N.Paşinyan tərəfindən rədd edilməsi parlamentdəki müxalifətlə hakimiyyət arasında münasibətləri daha da gərginləşdirib.
Beləliklə, qeyd edilənləri əsas götürən yerli və xarici müşahidəçilərin qənaətinə görə, Ermənistanda iqtisadi tənəzzül, sosial fəlakətin son həddə çatması, siyasi qarşıdurma və hərc-mərcliyin hökm sürməsi ölkədə revanşist meyillərin daha da güclənməsinə gətirib çıxarıb. Bu durum isə Paşinyan hakimiyyətinin iflasa uğramasını şərtləndirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

