İşğalçı Ermənistanda siyasi qarşıdurma və hərc-mərclik hökm sürür
04.11.2020 [09:35]
Paşinyan hakimiyyəti isə çıxılmaz vəziyyətdədir
Məlum olduğu kimi, Azərbaycan Ordusu qarşısında təcavüzkar Ermənistanın silahlı qüvvələrinin məğlubiyyətə uğraması onsuz da sosial-iqtisadi böhran keçirən işğalçı ölkədə daxili vəziyyətin fəlakət həddinə çatmasına gətirib çıxarıb. Baş nazir Nikol Paşinyan isə ardıcıl məğlubiyyətlərinin səbəbini cəmiyyətə izah edə bilmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi yaranmış gərgin vəziyyətdən çıxmaq üçün gah kadr dəyişikliyinə baş vurur, gah da mövcud duruma görə əhalini və keçmiş rejimi günahlandırır.
Belə ki, Ermənistan mətbuatının yazdığına görə, son 1 ayda, Təhlükəsizlik Xidmətinin (TX) rəhbəri də daxil olmaqla, mühüm postlarda çalışan çox sayda məmur vəzifəsindən uzaqlaşdırılıb. Bu faktlar onu göstərir ki, Ermənistanın güc strukturları vəziyyətə nəzarət edə bilmir. “Armenia today” yazır ki, işğalçı Ermənistanda hərc-mərclik o qədər baş alıb gedir ki, artıq əhali arasında itkin düşən əsgərlərin yaxınlarından vasitəçilik adı ilə külli miqdarda pul qoparan fırıldaqçılar da peyda olub.
Onu da qeyd edək ki, mediada və sosial şəbəkələrdə yer alan faktlara görə, işğalçı orduda canlı qüvvə çatışmadığı üçün cavanlar və yaşlı kişilər evlərindən silah gücünə birbaşa döyüşə aparılır. Sosial şəbəkələrdə yer alan faktlardan məlum olur ki, bir evdən həm atanı, həm də oğulu zorla hərbi xidmətə aparırlar. Bu da ölkədə hakimiyyətə qarşı kütləvi itaətsizliyin baş qaldırmasına səbəb olur.
Yeri gəlmişkən, qeyd edək ki, N.Paşinyan vəzifədən uzaqlaşdırdığı şəxsləri də cəzalandırmaq üçün işğal edilmiş ərazilərdə hərbi xidmətə göndərir. Baş nazirin bu səbəbdən ədliyyə nazirinin müavini Vahe Danielyanı cəhbəyə göndərdiyi iddia edilir. “Hraparak” qəzeti yazır ki, oktyabrın 8-də vəzifəsindən uzaqlaşdırılan TX-nin sabiq direktoru Argişti Kərəmyanı da bu günlərdə hərbi formada Dağlıq Qarabağda görüblər. “İrs” partiyasının sədri Narine Dilbaryan qəzetə verdiyi açıqlamada bu faktı təsdiqləyib və bildirib ki, A.Kərəmyanı keçmiş müdafiə naziri Seyran Ohanyan ilə görüb.
Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, mövcud hökumət müxalifətin təklif etdiyi dövlət müdafiə komitəsi yaratmaqdan, yəni baş verənlər üçün məsuliyyəti bölüşməkdən imtina etməsinə baxmayaraq, Paşinyan öz hərəkətləri ilə siyasi qarşıdurmanı daha da dərinləşdirir. “İrates” qəzeti yazır ki, indiki hökumətin təbliğatını aparan saytlar tamamilə fərqli bir taktika seçib: “Hakim dairələr indiki vəziyyətə görə əvvəlki hakimiyyətin günahkar olduğu və baş verənlərin onların yanlış siyasətlərinin nəticəsi olduğu barədə rəy hazırlayaraq dövriyyəyə buraxıblar”.
Göründüyü kimi, işğalçı Ermənistanın daxilində siyasi qarşıdurma, hərc-mərclik və xaos hökm sürür. Paşinyan hakimiyyəti isə çıxılmaz vəziyyətdədir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05

