Ermənistanda total tənəzzül...
15.01.2021 [08:53]
Məlum olduğu kimi, 44 günlük müharibədə biabırçı şəkildə məğlub olan Ermənistanda siyasi qarşıdurma və xaos vəziyyəti davam edir. Belə ki, müharibənin ağır nəticələri ölkədə təkcə siyasi deyil, sosial, iqtisadi böhran, həmçinin gərgin mənəvi-psixoloji vəziyyət yaradıb. Eyni zamanda, Paşinyan hakimiyyətinin diz üstə çökən ölkəni mövcud böhrandan çıxarmağa müvəffəq olmayacağı dövlət başçısından tutmuş siyasi şərhçilərə qədər bütün səviyyələrdə etiraf edilir.
Belə ki, ölkə mətbuatının yazdığına görə, Londonda koronavirusdan müalicə alan Ermənistan prezidenti Armen Sarkisyan bu günlərdə qələmə aldığı məqalədə növbəti dəfə ölkədəki vəziyyətin acınacaqlı olduğunu etiraf edib. Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasının vacibliyini bildirən dövlət başçısı dərhal növbədənkənar seçkilərin keçirilməsini, konstitusiya islahatlarının aparılmasını tələb edib. Yeni respublikanın qurulması ideyası ilə çıxış edən A.Sarkisyan bununla da Ermənistanın rəzil durumda olduğunu etiraf etmiş olub.
Qeyd etmək lazımdır ki, əslində, ötən il verdiyi açıqlamalarla N.Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinə razı olduğunu bildirib, bu məsələ ilə bağlı məsləhətləşmələr keçirməyi təklif edib. Lakin Paşinyansız keçid hökuməti tələbi ilə çıxış edən “Vətənin xilası naminə hərəkat” bu təklifi rədd edib. Yeri gəlmişkən, qeyd edək ki, “Aysor.am”ın yaydığı məlumata görə, hakim “Mənim addımım” blokunun fraksiyasının rəhbəri Lilit Makunts növbədənkənar parlament seçkiləri məsələsinin hələ də gündəmdə olduğunu bildirib. Yanvarın 13-də parlamentdə jurnalistlərə verdiyi açıqlamada L.Makunts “Mənim addımım” blokunu tərk edən Sofiya Hovsepyanın Paşinyanın əvəz olunmasını təklif etdiyi və bu məsələnin fraksiya daxilində müzakirə olunduğu barədə iddialara isə cavab verməyib.
Bu arada, indiki vəziyyətdə Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməməsi də təhlil edilir. Məsələn, “News.am”ın yazdığına görə, politoloq Edqar Elbakyan bildirib ki, Ermənistanın siyasi həyatında parçalanma mövcuddur, bütün cəmiyyət tərəfindən qəbul ediləcək nüfuzlu bir lider yoxdur. Onun sözlərinə görə, bu vəziyyətin fonunda mövcud hökumətin fəaliyyətini davam etdirməsi cəmiyyətdəki apatiyadan qaynaqlanır: “Beləliklə, çaşqınlıq içində olan insanlar heç nəyə inanmırlar. Bu isə hakimiyyət üçün faydalıdır. Digər tərəfdən, təbliğat və texnologiya baxımından çox geridə qalan və 30 il əvvəlki metodlarla işləyən zəif bir müxalifət onlara qarşı çıxır”.
Göründüyü kimi, müharibədə ağır məğlubiyyətlə üzləşən Ermənistanda siyasi qarşıdurma və vətəndaş itaətsizliyi ilə müşayiət olunan xaos vəziyyəti davam etməkdədir.
Qaşqay
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20

