Ermənistanda xaos...
15.04.2021 [08:40]
Məlum olduğu kimi, siyasi böhran içində olan Ermənistanda xaos davam edir. Belə ki, cari ilin 20 iyun tarixində növbədənkənar parlament seçkiləri keçiriləcəyinin elan olunması cəmiyyətdəki siyasi çaxnaşmanı daha da artırıb. Yerli mətbuat yazır ki, Paşinyanıın seçki keçirmək qərarına qətiyyətlə qarşı çıxan “Vətənin xilası naminə hərəkat” regionlarda aksiyalar planlaşdırsa da, bəzi partiyaların seçkiyə getmək barədə qərarı bu prosesi qeyri-müəyyən vaxta qədər dayandırıb. Paytaxt Yerevanda isə narazı vətəndaşların iştirakı ilə hökumətə qarşı etiraz aksiyaları keçirilməkdədir.
Qeyd olunduğu kimi, 17 siyasi qüvvənin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın indiki mövqeyi müxalifətin birgə fəaliyyətində də ciddi problem olduğunu göstərir. Erməni mediası yazır ki, hərəkatda təmsil olunan qüvvələr vahid blokda seçkidə iştirak etmirsə, birlikdə tədbir keçirilməsinin təsirsiz olması qənaəti hökm sürür. Paşinyanın digər rəqiblərinə gəlincə, eks-prezident Robert Koçaryanın “Daşnaksutyun” partiyası və Vahe Hakopyanın rəhbərlik etdiyi “Yüksələn Ermənistan” partiyası ilə bir blokda, sabiq təhlükəsizlik şefi Artur Vanetsyanın isə böyük ehtimalla müstəqil olaraq seçkilərdə iştirak edəcəyi artıq dəqiqləşib.
Yeri gəlmişkən, Ermənistanda fəaliyyət göstərən 5 partiya prezident Armen Sarkisyanı seçki məcəlləsinə “reytinq” sisteminin ləğvi və seçkilərin proporsional sistem üzrə keçirilməsini nəzərdə tutan dəyişikliklər haqqında qanun layihəsini imzalamağa çağırıb. “Armenia Today” yazır ki, bəyanatı “Ədalətli Ermənistan”, “Suveren Ermənistan”, “Respublika”, “Respublika naminə” və “Vahid fəhlə” partiyaları imzalayıb.
Qeyd edək ki, Paşinyanın baş qərargah rəisi ilə qarşıdurmasından sonra ordu rəhbərliyində baş verən dəyişikliklərlə bağlı narazılıq da davam edir. “Sputnik-Ermənistan” yazır ki, “Maariflənən Ermənistan” fraksiyasından olan deputat Gevork Qorqisyan parlamentdə verdiyi açıqlamada deyib ki, Paşinyanın yeni təyin etdiyi indiki baş qərargah rəisi Artak Davtyana qarşı cinayət işi başlanmalıdır: “A.Davtyan dövlətin resurslarını səmərəsiz istifadəyə görə mühakimə olunmalıdır. O, baş qərargah rəisi vəzifəsində olanda müharibə zamanı istifadə edə bilmədiyimiz silahlar alınıb. Hərbi hissələrin sayı azaldılıb. Bu məsələlərlə bağlı suallar cinayət işi çərçivəsində cavablandırılmalıdır”.
Xatırladaq ki, Paşinyanın yenidən həmin posta layiq gördüyü A.Davtyan 2018-ci ilin mayından 2020-ci ilin iyun ayınadək Ermənistanın baş qərargah rəisi vəzifəsində çalışıb.
Bu arada, Paşinyanın hərbi müşavirini vəzifədən azad etməsinin əsas səbəbi bəlli olub. “News.am” yazır ki, Paşinyan Arşak Karapetyanı baş qərargah rəisinin müavini təyin etmək istəyib. Prezident isə baş nazirin namizədinin təyinatından imtina edib. Buna baxmayaraq, aprelin 13-də hökumət rəsmi bəyanat yayaraq artıq A.Karapetyanın baş qərargah rəisinin müavini vəzifəsini icra etdiyini bildirib.
Beləliklə, məğlub Ermənistanda seçkiqabağı təlatümlərlə yanaşı, baş nazir-prezident qarşıdurması da davam edir. Hakimiyyyət uğrunda mübarizə aparan qüvvələrin sayının çox olmasından və müxalifətdəki pərakəndəlikdən dolayı yerli ekspertlər də ölkənin gələcəyi ilə bağlı nikbin proqnoz verə bilmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40

