Ermənistanda vətəndaş müharibəsi baş verə bilər
29.04.2021 [08:36]
Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi öz həllini tapsa belə, məğlub Ermənistanda siyasi böhran davam etməkdədir. Erməni mətbuatının yazdığına görə, parlamentdə təmsil olunan siyasi partiyalar seçkiyə hazırlaşsalar da, seçkiləri çıxış yolu hesab etməyən bəzi müxalif qüvvələr hadisələrin gedişinə nikbin yanaşmırlar. Onların qənaətinə görə, hakimiyyət və xarici qüvvələr seçkiləri ölkədəki daxili siyasi böhranı həll etmək üçün bir vasitə kimi görürlər. Bir çox ekspertlər isə seçkilər baş tutsa belə, Ermənistanın xaos girdabından xilas olmayacağı fikrindədirlər.
Belə ki, bütün inzibati resurslar əlində olduğu halda, seçkilərdə ciddi uğur qazanmayacağını yəqin edən hakim komanda belə artıq seçkisonrası koalisiya ehtimalını nəzərdən keçirir. Məsələn, “News.am” yazır ki, “Mənim addımım” fraksiyasının deputatı Ovik Ağazaryan seçkisonrası “Çiçəklənən Ermənistan”la koalisiyanı istisna etməyib. Onun sözlərinə görə, hakim siyasi qüvvələr növbədənkənar seçkilərdə səslərin 50 faizini alsalar belə, səs çoxluğu tələb edən qanunvericilik təşəbbüsləri üçün parlamentdəki qüvvələrlə koalisiya qurmağa ehtiyac yaranacaq.
Bəzi müxalif qüvvələr isə indidən koalisiyaya gedir və seçkilərdə birgə iştirak üçün hazırlıq görürlər. Onların arasında eks-prezident Robert Koçaryanla işbirliyinə gedən daşnaklar, xüsusilə seçilir. Qeyd edək ki, bu koalisiyaya “Yüksələn Ermənistan” partiyası da qoşulub. “Hraparak” qəzeti yazır ki, yeni seçki blokunun namizədlərinin siyahısı artıq hazırdır: “İlkin siyahı aşağıdakı formada olacaq: siyahıya R.Koçaryan rəhbərlik edəcək, ikinci yerdə “Daşnaksutyun” partiyasının ali qurumunun nümayəndəsi İşxan Saqatelyan, üçüncü yerdə keçmiş ədliyyə naziri Arpina Hovannisyan qərarlaşıb. Sonrakı yerləri S.Ohanyan və Y.Xaçaturov, “Yüksələn Ermənistan”ın sədri Vahe Hakopyan və digərləri bölüşür. Yeri gəlmişkən, onu da xatırladaq ki, N.Paşinyanın seçkiqabağı dövrdə baş nazirin vəzifəsini icra etməsi ətrafında qalmaqal davam edir. “Fakt İnfo” yazır ki, məsələyə münasibət bildirən Respublikaçı partiyanın üzvü, keçmiş deputat Marqarita Yesayan deyib ki, istefa verdikdən sonra baş nazir vəzifəsini davam etdirən Paşinyan əslində, qanunu pozur: “Ən acınacaqlısı isə, parlament müxalifətinin buna heç bir şəkildə qarşı çıxmamasıdır”.
Keçmiş deputatın sözlərinə görə, hadisələrin gedişi göstərir ki, seçkilər Paşinyan hakimiyyəti tərəfindən saxtalaşdırılacaq: “Ehtimal olunur ki, “Maariflənən Ermənistan” səslərinin bir neçə faiz daha artacağına dair vəd alıb. “Çiçəklənən Ermənistan”la da razılaşma var. Paşinyanla birlikdə bu sövdələşmənin iştirakçıları da cinayətkarlardır”.
Yesayan onu da əlavə edib ki, iyunun 20-də təyin edilmiş parlament seçkiləri baş tutsa, Ermənistan tarixindəki ən biabırçı seçkilər olacaq və seçkidən sonra xaos daha da dərinləşəcək: “İndiki siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilə biləcəyini istisna etmirəm”.
Göründüyü kimi, məğlub ölkədə seçkiqabağı vəziyyət gərgindir. Bu durumu dəyərləndirən ekspertlər növbədənkənar seçkilərin Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcəyini və seçkilərdən sonra siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilə biləcəyini istisna etmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

