Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gözlənilən baş verdi: “Facebook” adını dəyişdi

Gözlənilən baş verdi: “Facebook” adını dəyişdi

29.10.2021 [10:53]

“Facebook”un rəhbəri Mark Zükerberq “Facebook Inc” şirkətinin  adının “Meta” olacağını açıqlayıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətin adı dəyişsə də, “Facebook”, “WhatsApp” və “Instagram” sosial şəbəkələri öz adlarını saxlayacaq.

M.Zükerberq bildirib ki, “Meta” öz tətbiq və texnologiyalarını, o cümlədən “Facebook”, “WhatsApp”,ə “Instagram” və “Oculus”un virtual reallıq bölməsini “metaverse” (“metakainat”) adlanan bir sistemdə birləşdirəcək. “Metakainat”ın məqsədinin virtual aləmdə istifadəçiləri yeni üsullarla bir araya gətirmək olduğu bildirilir.

Xatırladaq ki, ad dəyişikliyi qanunvericilər və tənzimləyicilərin platformadan tez-tez sui-istifadə etdiyinə görə “Facebook”un tənqidi fonunda baş verib.

 

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31