Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

22.11.2021 [10:17]

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 99,44%-nin hesablanması əsasında məlumat verib.

MSK-nın rəsmi saytında dərc olunan məlumata görə, seçicilərin 66,67%-i (1 532 412 nəfər) Radevə səs verib. Ən yüksək dövlət vəzifəsinə ikinci namizəd olan Sofiya Universitetinin rektoru Anastas Gerdjikov 31,85% səs (732 035) toplayıb. Seçicilərin 1,48%-i (33 979 nəfər) namizədlərin hər ikisinin əleyhinə səs verib.

Qeyd edək ki, dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ciddi pozuntular olmadan yekunlaşıb. 

Rudevin seçkilərdə qalib olması “exit-poll”un nəticələrində də əskini tapıb.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31