II Yelizaveta oğlunu hərbi rütbələrindən məhrum edib
14.01.2022 [23:52]
Nicat Dilqəmli
Böyük Britaniya şahzadəsinin yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqda ittiham edilən oğlu Endryu bütün hərbi və krallıq rütbələrindən məhrum edilib. O, özünü məhkəmədə fiziki şəxs olaraq müdafiə edəcək. Şahzadəyə qarşı ittihamı amerikan-avstraliyalı fəal Virciniya Cuffre irəli sürüb. O, əminliklə bildirir ki, şahzadənin oğlu bütün dünyadakı nüfuzlu insanlara yeniyetmələr ilə seksual xidmətlər göstərən biznesmen Ceffri Epşteynin xidmətindən istifadə edib. Şahzadə özü Epşteynlə dostluq münasibətlərini danmır, lakin öz günahsızlığının üzərində əminliklə dayanır.
Bukingem sarayının mətbuat xidmətindən bildirilib ki, II Yelizaveta 61 yaşlı şahzadəni fəxri hərbi rütbələrdən məhrum edib.
“York hersoqu (Endryunun fəxri adlarından biri olub) hansısa publik öhdəlikləri yerinə yetirməyəcək, məhkəmə işində o, özünü fiziki şəxs kimi müdafiə edəcək” - deyə məlumatda bildirilir.
“Daily Mail” mənbəsinin məlumatına görə, şahzadəyə, həmçinin “Əlahəzrətləri” termininin istifadəsi də qadağan edilib.
Daha əvvəl isə britaniya HHQ donanmasının 150 veteranı kraliçaya müraciət göndərib, müraciətdə York hersoqunun Britaniya silahlı qüvvələrinin bütün rütbə və titullarından məhrum etməyi xahiş ediblər. Məktubun müəllifləri qeyd ediblər ki, şahzadə ilə Epşteyn arasında “yersiz dostluq” təxminən 11 ildir ki, məlumdur və onun yerində olan hər hansı digər yüksək rütbəli hərbçi olsa idi, artıq çoxdan postunu itirmişdi.
“Şahzadə Endryunun orduda qalması və hərbi rütbələrinin hələ də olması bizi kədərləndirir və qəzəbləndirir. Virciniya Cuffre-şahzadə işinin nəticəsindən asılı olmayaraq, onun Britaniya ordusunda tutduğu mövqe dözülməzdir. Sizdən Endryunu dərhal bütün hərbi rütbələrdən məhrum etməyinizi, lazım gəldikdə uzaqlaşdırılmasını xahiş edirik. Biz başa düşürük ki, o, sizin oğlunuzdur, lakin biz sizə dövlət başçısı və hərbi hava qüvvələrinin komandanı kimi bu işə baxmağınız üçün yazırıq. Son 11 ildə bu addımları hər bir vaxt atmaq olardı. Xahiş edirik, daha bunu gecikdirməyin”, - deyə veteranlar çağırış ediblər.
York hersoqu ilə bağlı Cuffre işi ətrafında vəziyyət son vaxtlar gərginləşib, bir neçə gün əvvəl Amerika məhkəməsi şahzadəyə qarşı mülki iddiaya baxmağa razılıq verib.
Onun vəkilləri məhkəməni işin müflis olduğuna inandırmağa çalışsalar da, hakim Lyuis Kaplan hersoqla bağlı şübhələri əsaslı hesab edib.
Endryu şahzadənin üçüncü övladı və ikinci oğludur.
O, Krallığın Hərbi Dəniz Kollecini bitirib, burada helikopter pilotu təhsilini alıb. 1982-ci ildə Argentina və Böyük Britaniya arasında Cənubi Atlantikada Britaniyanın iki dəniz ərazisinə görə baş vermiş Folklend müharibəsində iştirak etmişdir. Eyni zamanda, döyüş uçuşlarında iştirak edib. Hərbi karyerasını 2001-ci ildə hərbi-dəniz qərargahının zabiti kimi sonlandırıb. 2005-ci ildə kapitan, 2010-cu ildə kontr-admiral, 2015-ci ildə vitse-admiral rütbələrini alıb.
Epşteyn ilə şübhəli dostluq
Yeniyetmə qızların iştirak etdiyi fahişəliyin təşkilinin arxasında ilk dəfə amerikalı iş adamı Epşteynin dayandığını polis 2005-ci ildə onlardan birinin anasının şikayətindən sonra öyrənib. İstintaq zamanı Epşteynin qızların yaşlarını bilə-bilə onların xidmətindən istifadə etdiyi məlum olub. Onun Nyu-Yorkdakı malikanəsində yetkinlik yaşına çatmayanların intim fotoları aşkar edilib. Maliyyəçinin əhatəsinə xeyli sayda nüfuzlu şəxslər daxil olub. Məsələn, ABŞ-ın eks-prezidentləri - Bill Klinton və Donald Tramp, Britaniyanın keçmiş baş naziri Toni Bler. Epşteynin istifadə etdiyi qızlardan bəziləri bildiriblər ki, o, öz dostları üçün məclislər təşkil edirmiş.
Bundan əvvəl Epşteyn istintaqla sövdələşmə edərək minimum həbs cəzası almışdı. Lakin hüquq-mühafizə xidmətinin əməkdaşları biznesmenin şübhəli fəaliyyətini araşdıraraq onu 2019-cu ilin iyulunda yenidən saxlayıb. Avqustda Epşteyn saxlanıldığı kamerada ölü tapılıb. Rəsmi məlumata görə, o, intihar edibmiş.
Şahzadə Endryunun sözlərinə görə, o, biznesmenlə 1999-cu ildə tanış olub. Endryu Epşteynin Nyu-Yorkdakı evində olduğunu, lakin heç vaxt kriminal bir şey görmədiyini bildirib. O, həbsxana həyatı yaşadıqdan sonra da Epşteynlə münasibətləri davam etdirib. Britaniya şahzadəsinin seks cinayətkarı ilə dostluğu haqqında öyrənən KİV bu hekayəni geniş şəkildə tirajladı, buna görə də o, Böyük Britaniyanın ticarət üzrə xüsusi elçisi statusundan imtina etməli və ABŞ-a səfərini dayandırmalı oldu.
Şahzadənin pedofiliyada ittiham edilməsi
Sonradan məlum oldu ki, şahzadənin Epşteynlə dostluğu kral ailəsi üçün sülalə nümayəndəsinin şübhəli şəxslə sadəcə tanışlığından daha artıq problem yarada bilər. Epşteynin təxmin edilən qurbanlarından biri olan Cuffre bildirib ki, 17 yaşı olanda onu bir neçə dəfə şahzadə ilə cinsi əlaqəyə girməyə məcbur ediblər. Sübut kimi qurban Endryunun onu qucaqladığı və gülümsədiyi birgə fotolarını təqdim edib. Cuffrenin sözlərinə görə, şahzadə onun yaşından xəbərdar imiş. Fəal mənəvi zərərin ödənilməsi tələbi ilə mülki iddia qaldırıb.
York hersoqu özü isə heç vaxt “bu xanımı” görmədiyini iddia edir və Cuffre ilə birgə çəkilmiş şəkli saxta adlandırır.
Şahzadə 2019-cu ilin noyabr ayında ittiham olunmağı barədə BBC telekanalına müsahibə verib. O bildirib ki, Epşteynin ona ticarət barəsində verdiyi “geniş imkanlara” görə onunla dostluğundan peşman deyil. “Onun (Epşteynin) açıq-aydın ağlasığmaz davrandığına görə peşmanammı? Bəli”, - şahzadə dedi. Müsahibəni götürən müxbir Emili Meytlis şahzadənin dediyinə “Ağlasığmaz şəkildə? O seksual cinayətkar olub” sualı ilə müraciət edib. York hersoqu buna cavab verdi: “Bəli, üzrlü sayın, mən onun seksual cinayətkar olduğu fikrini ifadə edərkən nəzakətli olmaq istədim”. ABŞ-da və Britaniyada müsahibənin Kral ailəsinin imicinə zərbə vuracağı üçün sərt tənqid edilib.
Bir neçə gün sonra şahzadə Britaniya sülaləsinin nümayəndəsi kimi icra etdiyi dövlət vəzifələrindən uzaqlaşdırıldı. Eyni zamanda kral ailəsi II Yelizavetanın oğluna qarşı bütün ittihamları rəsmən rədd edib.
“Şahzadənin müdafiəsi üçün bundan sonra da gülməli fikirlər düşünəcəklər. Mən bildirmək istəyirəm ki, bütün bunlar yalandır. Həqiqəti isə yalnız bizdən biri deyir və o adam mənəm”, - deyə Cuffre özü bu barədə şərh verib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

