Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb

Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb

02.11.2022 [14:59]

Somalinin paytaxtı Moqadişo şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 121-ə yüksəlib.

Bu barədə ölkənin səhiyyə naziri Əli Hacı Adan “Dalsan” radiosuna müsahibəsi zamanı deyib.

Nazir həmçinin qeyd edib ki, partlayışlar nəticəsində 333 nəfər yaralanıb.

Xatırladaq ki, “Aş-Şabab” terror qruplaşmasının üzvləri olan kamikadzelər oktyabrın 29-u səhər saatlarında Somalinin paytaxtı Moqadişonun mərkəzində, Təhsil Nazirliyinin binası önündə 2 ədəd içi partlayıcı maddə ilə dolu olan maşın partladıb.

“Hadisədə xəsarət alanlardan 142 nəfəri hazırda xəstəxanalardadır. Onların arasında 4 nəfərin vəziyyəti kritikdir və yaxın saatlarda müalicə almaq üçün Türkiyəyə aparılacaqlar”, – nazir əlavə edib.

Həmçinin əlavə edilib ki, bu hadisə 2017-ci ildən indiyə qədər baş vermiş ən böyük terror hadisəsidir. Belə ki, 2017-ci ildə “Safari” otelin yaxınlığında baş vermiş 2 partlayış nəticəsində 587 nəfər həyatını itirmişdi.

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31