İran dini dəyərlərdən siyasi vasitə kimi istifadə edir
30.12.2011 [13:40]
Bu, bir faktdır ki, beynəlxalq münasibətlər sisteminin bir sıra aktorları, xüsusilə də, bəzi mili dövlətlər müasir dövrdə formal institusional məfhumlardan xüsusi təsir və təzyiq vasitəsi kimi istifadə edirlər. Bu sırada bəzi milli dövlətlər tərəfindən din amilindən istifadə edilməsi xüsusi yer tutur. İnsanlara şüuraltı təsir etmək, siyasi şüurları manipulyasiya etməklə fərdi və ictimai rəyi formalaşdırmaq kimi addımlar din amilindən ideoloji müstəvidə istifadə olunmasına nümunədir. Bu baxımdan, İranın din pərdəsi arxasında həyata keçirdiyi ideoloji siyasət xüsusilə vurğulanmalıdır.
Sirr deyil ki, bu gün İran din faktorundan konkret siyasi-ideoloji maraqların təmin və müdafiə olunması məqsədilə istifadə edir. Bu baxımdan, Tehran bir sıra ölkələrin daxili işlərinə qarışır, xüsusi ideoloji metod və mexanizmlərdən istifadə etməklə dini, etnik və milli zəmində konfrantasiya meyilləri yaratmağa çalışır. O da məlumdur ki, İranın daxili işlərinə qarışdığı ölkələrdən biri də Azərbaycandır. Tehran İslam dəyərləri pərdəsi arxasında müxtəlif məsələlərdən istifadə etməklə, ölkəmizdə qarşıdurma meyillərinin əsasını qoymağa və bundan yararlanmağa çalışmaqdadır. Müxtəlif televiziya kanalları vasitəsilə ölkəmizə qarşı qara piar kampaniyasının aparılması, bəzi ekstremist qüvvələrin dəstəklənməsi və rəsmi səviyyədə bir sıra bəyanatların səsləndirilməsi kimi göstəricilər deyilənləri sübut edən arqument qismində çıxış edir. Amma cəmiyyətimizin bütövlüyü və kamilliyi İranın dağıdıcı fəaliyyətinin qarşısını alır. Məhz bunun fonunda Tehran konkret siyasi-ideoloji maraqlar çərçivəsində cəmiyyətimizə qarşı ən müxtəlif təxribat və təbliğat metodlarından istifadə etsə də, son məqsədinə nail ola bilmir.
Vurğulanması zəruri olan məsələlərdən biri də budur ki, İran müxtəlif ölkələrə münasibətdə dini problemləri, etiqad, vicdan azadlığı məsələlərini, dolayısıyla, insan və vətəndaş hüquq və azadlıqlarını qabartsa da, bu ölkənin öz cəmiyyətində ciddi dağıdıcı meyillər müşayiət olunur. Bu gün molla rejiminin həyata keçirdiyi siyasəti nəticəsində bəhs olunan ölkədə vətəndaşlara qarşı ciddi repressiv metodlara istinad edilir, insan və vətəndaş hüquq və azadlıqları kobud surətdə pozulur. Formal surətdə dini dəyərlər, etiqad və vicdan azadlığı məsələləri xüsusi olaraq təsbit olunsa da, gerçəklikdə dini dəyərlərdən siyasi maraqlar və məqsədlər naminə istifadə edilir. Hətta dini dəyərlərdən vətəndaşlara qarşı xüsusi təzyiq mexanizmi kimi yararlanılır. Məhz bu reallıq bəhs olunan ölkənin ali rütbəli şəxsləri tərəfindən də etiraf olunur. Son olaraq Qum dini dairəsinin ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşü zamanı deyib ki, İran cəmiyyətində əxlaq və dini etiqadın səviyyəsi əvvəlki illərlə müqayisədə dəhşətli dərəcədə aşağı düşüb və tənəzzülə uğrayıb. Onun sözlərinə görə, hakimiyyəti tənqid edənlərə qarşı təzyiq, təhdid, böhtan, təhqir kampaniyasının təşkil edilməsi cəmiyyətdə əxlaqa yer qoymayıb: “ölkədə insana hörmətlə yanaşma, onun hüquqlarının təmin edilməsi artıq unudulub. İnsanlar yalnız qüdrət sahibləri olduqları və ya hakimiyyətə yaxın olduqları halda sayılırlar”.
Eyni zamanda, İran hakimiyyəti İslami dəyərləri öz qaranlıq məqsədlərinin həyata keçirilməsi üçün bir vasitəyə çevirib. Ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha bununla bağlı deyib ki, hakimiyyətdəkilər öz çirkin əməllərini əsaslandırmaq üçün müqəddəs Quranda kiminsə kimisə söydüyünü iddia edir, bununla da dindən maya tutur, dinin təlim-tərbiyə ilə bağlı qanunlarını istədikləri kimi təhrif edirlər: “Onlar öz bəd niyyətlərini həyata keçirmək üçün Allahın kitabını vasitəyə çeviriblər”.
Digər tərəfdən, İran dini dəyərlərdən, İslam təəssübkeşliyindən danışsa da, Tehranın fəaliyyətində bunun tam əksi müşahidə olunur. Məsələn, müsəlmanlara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş Ermənistanla xüsusi əməkdaşlıq münasibətlərinin qurulması və erməni cəlladlarının fəaliyyətinə rəğbətlə yanaşılması İranın mövqeyi və siyasətinin mahiyyətini aşkar edir. Sirr deyil ki, İran özünün konkret regional maraqları fonunda Ermənistanla əməkdaşlıq xüsusi önəm verir və bu kontekstdə işğalçı ölkə ilə xüsusi tərəfdaşlıq münasibətlərini davam etdirir. İran özünü islami dəyərlərin mühafizəçisi, qarşılıqlı etimada və hörmətə əsaslanan bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi dünyaya tanıtsa da, daxili və xarici siyasət strategiyasında bəhs olunan dəyərlərdən uzaq mövqe sərgiləyir. Müsəlmanlara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş Ermənistana xüsusi yardım göstərilməsi, işğalçı ölkə ilə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi rəsmi Tehranın xarici siyasət strategiyasının mahiyyətini aşkar edir. İranın bu cür mövqeyi, yəni işğalçı ölkənin hərtərəfli surətdə dəstəklənməsi isə regional təhlükəsizlik balansı üçün də ciddi təhdid mənbəyi kimi çıxış edir. çünki Ermənistan işğalçı ölkədir və İrəvanın dəstəklənməsi dolayısıyla işğal faktına dəstək anlamına gəlir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32

