Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Polis Men ştatında qətliam törətməkdə şübhəli bilinən şəxsi həbs edib

Polis Men ştatında qətliam törətməkdə şübhəli bilinən şəxsi həbs edib

26.10.2023 [09:11]

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qətliam törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

AZƏRTAC xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. 

Məlumata görə, cinayətin təhqiqatına ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agentləri qoşulub. Təhqiqata Men ştatının polisi rəhbərlik edir.

Cinayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat tüfəngdən atəş açıb.

Şəhər xəstəxanasından jurnalistlərə bildiriblər ki, hələlik qurbanların dəqiq sayını məlum deyil. 

Qeyd edək ki, baş verən atışma nəticəsində azı 22 nəfərin öldüyü, 50-60 nəfərin yaralandığı bildirilir.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31