Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İranda polis məntəqəsinə hücum nəticəsində 12 nəfər həlak olub

İranda polis məntəqəsinə hücum nəticəsində 12 nəfər həlak olub

15.12.2023 [12:07]

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 12 əməkdaşı öldürülüb.

AZƏRTAC Fars agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şəmsabadi açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində daha yeddi nəfər yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı təhqiqat başlayıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, onun “Ceyş əl-Ədl” radikal qruplaşması tərəfindən təşkil olunduğu ehtimal edilir.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30