Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şimali Makedoniyanın Baş naziri istefa verib

Şimali Makedoniyanın Baş naziri istefa verib

26.01.2024 [14:05]

Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, istefa ərizəsini ölkə parlamentinə təqdim edib. Dimitar Kovaçevski qanunun tələbini yerinə yetirdiyini deyib.

Qanunvericiliyinə əsasən, hazırki hökumət ümumi seçkilərə 100 gün qalmış istefa verməlidir. Seçkilər mayın 8-nə təyin olunub. Ölkəni seçkilərə hazırlamaq üçün texnokratik hökumət qurulacaq. Yanvarın 28-də müvəqqəti hökumətin parlamentdə səsverməsi gözlənilir.

Qeyd edək ki, Şimali Makedoniya parlamentinin sədri Tələt Cəfəri də tutduğu vəzifədən istefa verib.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30