Sözün işığında yaşayan insan
28.10.2025 [08:25]
Mirzə İbrahimov dilimiz uğrunda ömür verən yazıçı idi...
Azərbaycan ədəbiyyatının tarixində elə şəxsiyyətlər var ki, onların adı çəkiləndə sadəcə bir yazıçı, dramaturq, ictimai xadim yada düşmür. Onların adı bir dövrün nəfəsi, xalqın düşüncəsi, millətin iradəsi ilə eyniləşir. Bu adlardan biri, bəlkə də birincisi Mirzə İbrahimovdur.
Mirzə İbrahimov təkcə yazıçı deyildi. O, xalqın dilində danışan, dərdini duyan, xalqın taleyinə yön verən bir fikir nəhəngi idi. Onun əsərlərində, çıxışlarında, mübarizəsində bir məfkurə vardı - azərbaycançılıq ideyası, dil və milli kimlik uğrunda mübarizə. Yazıçı və ədəbiyyatşünas alim olmasına baxmayaraq, əsl dilşünas səriştəsi ilə ana dili haqqında bir sıra məqalələr yazıb, Azərbaycan dilinin inkişafı və tətbiqi uğrunda var qüvvəsi ilə çalışıb.
Bu gün Mirzə İbrahimovun anadan olmasından 114 il ötür. Yazıçı uşaqlıq illərindən yoxsulluğun ağrısını görmüşdü. Amma elə o illərdə də xalqına, torpağına sevgi onun qəlbində bir çıraq kimi yanmağa başlamışdı. Bu çıraq da ömrünün sonuna qədər sönmədi...
Sözün və vətəndaşlığın harmoniyası
Mirzə İbrahimovun qələmindən çıxan hər bir əsər sadəcə bədii mətn deyil, xalqın taleyini daşıyan bir güzgüdür. O, yazılarında xalqı, əzmkarlığı, həmçinin sevgi ilə dolu həyatı tərənnüm edirdi. “Gələcək gün”, “Pərvanə”, “Böyük dayaq”, “Həyat”, “Kəndçi qızı” və digər əsələrini xüsusilə qeyd edə bilərik. Amma onun böyüklüyü yalnız ədəbi yaradıcılığında deyildi. Mirzə İbrahimov xalqına ürəkdən bağlı bir ziyalı idi. 1956-cı ildə Azərbaycan dilinə dövlət dili statusu verilməsi məsələsində onun qətiyyətli mövqeyi tariximizin qızıl səhifəsidir. O, dilimizi sadəcə bir ünsiyyət vasitəsi kimi deyil, xalqın varlığı, kimliyi, ruhu kimi müdafiə edib.
Müdrikliyin və sadəliyin simvolu
Onu tanıyanlar deyirdilər ki, Mirzə İbrahimovun baxışlarında bir ata mehribanlığı, bir alim dərinliyi, bir yazıçı həssaslığı var idi. Onun yanında olmaq, onunla söhbət etmək sanki insanın ruhunu təmizləyirdi. Mirzə İbrahimov şöhrət arxasınca qaçmadı, vəzifə üçün deyil, vətən üçün yaşadı. Onun üçün ən böyük mükafat xalqın sevgisi idi və o sevgini qazandı. Çünki o, xalqın içindən gəlmişdi, xalqın dərdini də, sevincini də yaxşı bilirdi.
Əbədi işıq...
Mirzə İbrahimovun ömrü 1993-cü ildə tamamlandı, amma onun ruhu, sözü, idealları bu gün də bizimlədir. Yazdığı əsərlər bu gün gənclərə Vətənə sevgi, insana inam, milli şüur aşılayır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

