Həqiqət və məhəbbət əsiri
22.10.2022 [13:00]
Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümüdür
Səidə RƏHİMLİ
Əvət, bu sisli, dəyərsiz həyat için hər kəs,
Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs...
Hüseyn Cavid
1882-ci ilin 24 oktyabrında Naxçıvan şəhərində dünyaya göz açmış böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığı var. Onun ədəbiyyatımıza gətirdiyi yeniliklər, verdiyi töhfələr əvəzolunmazdır. Romantizm ədəbi cərəyanının nümayəndəsi olan Cavid Azərbaycan ədəbiyyatında romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavidin fəlsəfi və tarixi pyesləri, ailə-məişət mövzusunda yazdığı dram əsərləri ədəbiyyatımızda yeni bir mərhələ yaratmaqla bərabər milli teatr mədəniyyətimizin inkişafına da güclü təsir göstərib. İstanbulda olarkən yazdığı bir məktubda yer almış “Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri onun daxili aləmindən, hələ gənc ikən ucaldığı ruhani mərtəbədən xəbər verir. Sonralar Cavid bütün həyatı boyu bu prinsipə sadiq qaldı.
Əsərlərində dövrün ümumbəşəri problemlərinə diqqət çəkən Hüseyn Cavidin həyat və yaradıcılıq yolu heç də hamar olmayıb. Sovet hakimiyyətinin ilk illərində böyük söz ustası qardaşını və qızını itirib, həyat yoldaşı cərrahiyyə əməliyyatı zərurəti ilə üz-üzə qalıb. Şair ehtiyac ucbatından kitablarını və paltarlarını satmalı olub. Ədəbi tənqid Hüseyn Cavid yaradıcılığının bu mərhələsini “məfkurəvi tərəddüd və böhran” dövrü adlandırıb.
Böyük şair repressiya maşınının tüğyan etdiyi 1938-ci ildə “əksinqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla söhbətlər aparmaq”, “millətçi düşüncələrlə köklənmiş cavan şairləri ətrafına toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi qondarma ittihamlarla günahlandırılaraq həbs olunur. 1939-cu ilin 9 iyununda o, 8 il islah əmək düşərgəsində cəza çəkməyə məhkum edilir. Burada ağır həyat şəraitinə dözməyən yaşlı şair 1941-ci ilin 5 dekabr tarixində İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişir. Ölümündən sonra - 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alır.
Ümummilli liderimiz Heydər Əliyev Hüseyn Cavidin xatirəsinə, onun yaradıcılığına, övladına hər zaman böyük hörmət-ehtiram bəsləyib. Ulu öndərin təşəbbüsü ilə 1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyinə hazırlıq ərəfəsində onun nəşi Sibirdən Azərbaycana gətirildi. Bununla da dahi sənətkarın ruhu əbədi rahatlıq tapdı. Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə Naxçıvanda Hüseyn Cavidin məzarı üzərində məqbərə tikildi. 1996-cı ilin 29 oktyabrında məqbərənin açılışında Ulu Öndər şəxsən iştirak etdi.
Heydər Əliyev böyük şair haqqında deyirdi: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır... Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.
Heydər Əliyevin Hüseyn Cavidə böyük hörməti, sevgisi irsən onun siyasi davamçısı İlham Əliyevə də keçib. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikası ilə yenidən çap olunub, şairin anadan olmasının 125, 130, 135 illiyi dövlət səviyyəsində keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.
Bu payız dahi sənətkarın anadan olmasından 140 il ötür. Hər il olduğu kimi bu il də Hüseyn Cavidin yaradıcılığı ilə bağlı tədbirlər həyata keçirilir. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə belə bir sanballı tədbir təşkil olunub. Tədbirdə Hüseyn Cavid yaradıcılığının əhəmiyyətindən danışılıb, şairin əsərləri yad edilib, onun həyatının çətinliklərindən bəhs olunub. Mərkəzi Kitabxananın hazırladığı Hüseyn Cavidin əsərlərindən ibarət kitab sərgisi və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin Cavidin teatr yaradıcılığını əks etdirən fotosərgisi açılıb.
Hüseyn Cavid imzası ədəbiyyat tariximizə silinməz hərflərlə yazılıb. O imzanı xalqımızın yaddaşından heç kim, heç nə poza bilməz.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

