Heydər Əliyev
yeni azerbaycan logo

Təbrizim

28.10.2022 [10:48]

Rəsul Rza

Laylası məhzun,
Nəğməsi məhzun.
Həsrəti ömründən uzun.
Karvandan üzülmüş ağ dəvəsi.
Gözlərində böyük ümidin uzaq töhfəsi
Neçə evinin küçə divarı kor.
Dodaqları quru, bulaqları gur.
Arzularında qançır, qamçı.
Kədəri axın-axın, sevinci damcı-damcı.
Bəzən günləri qanlı yuxu kimi, bəzən həsrətli yuxuları gerçək olmuş.
Neçə dəfə sevincək olmuş.
Balaları sərgərdan.
Gəlinləri nigaran.
Qurtuluş yolları: məhbəs, dar ağacı, gülləbaran.
Dan yeri qan boyalı.
Ümidindən, arzusundan dönməyən,
Ocağında – ürəyində odu sönməyən.
Səhəri uzun əsrlərin yolunda yubanan,
Qardaşına həsrət, bacısına həsrət, bayatıları - qədim məhəbbət.
Qoynu gah aydın havalı, gah çənli, dumanlı.
Qəlbi gümanlı.
Taleyi böhranlı.
Özü bababir, nənəbiradət-ənənə bir - doğma qardaşım.
Pasportda o yanlı.

Arzulayanda əlim çatmayan.
Ağrısı, göynəyi qəlbimdə gecə-gündüz yatmayan.
Dağları dağlarıma bənzər, bağları, bağlarıma.
Ana sözü kimi əziz olan adı - dodaqlarıma.
Köhnəm, təzəm, uzağım, yaxınım.
Ən gözəl şerim,
Yanıqlı mahnım.
Mənsizim!
Təbrizim!

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30