AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
08.02.2020 [10:45]
Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədova “Şöhrət” ordenlərini, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş akademiklər Akif Əlizadə, Ramiz Məmmədov, Telman Əliyev, Nazim Məmmədov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, müxbir üzvlər Qurban Yetirmişli, Misir Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov, Bəxtiyar Məmmədova yubiley medallarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan akademik Ramiz Mehdiyev iclasın AMEA-nın Yer Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.
Sonra AMEA-nın birinci vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədri, akademik İbrahim Quliyev bölmənin hesabat məruzəsini təqdim edib. Akademik hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, hesabat ilində bölmənin müəssisələrində 14 problemi əhatə edən 48 mövzu üzrə tədqiqatlar aparılıb və 70 iş tamamlanıb, 13 mühüm nəticə əldə olunub. Elmi müəssisələr tərəfindən 2 işin tətbiq olunduğunu deyən alim ötən il 26 təsərrüfat müqaviləsi üzrə görülən işlərin yekunlaşdığını nəzərə çatdırıb.
Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 144-ü xaricdə olmaqla 291 məqalə və 45-i xaricdə olmaqla 104 tezis işıq üzü görüb. Bunlardan 45 məqalə impakt faktorlu jurnallara aiddir. Vurğulanıb ki, ötən il bölmənin alimləri tərəfindən hazırlanmış 10 monoqrafiya, 3 kitab və 19 dərs vəsaiti nəşr edilib, eləcə də 25 qrant və biri xaricdə olmaqla iki patent alınıb.
Kadr hazırlığından danışan akademik İ.Quliyev bildirib ki, 2019-cu ildə bölmə üzrə magistraturaya 16 nəfər, doktoranturaya isə 12 nəfər qəbul olunub, hazırda bölmənin institutlarında 20 fəlsəfə doktorantı təhsil alır.
Beynəlxalq əlaqələrdən danışan birinci vitse-prezident bildirib ki, hesabat ilində ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin elm və təhsil müəssisələri ilə əməkdaşlıq davam etdirilib, birgə tədqiqatlar aparılıb. Akademik İ.Quliyev ötən il bölmədə dörd beynəlxalq tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini də əlavə edib.
Elmi tədqiqatlarda informasiya kommunikasiya texnologiyalarından istifadə haqqında danışan akademik bildirib ki, bölmənin NASA, UNAVCO, EMSC, ZOPAC, EMSC məlumat bazaları, Massaçusets Texnologiya İnstitutu, REA Yer Fizikası İnstitutu, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqavilə Təşkilatı (CTBTO) və s. elmi müəssisələrlə elektron elmi əlaqələri davam etdirilir.
Natiq məruzəsində elmi müəssisələrdə keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyəti, ekspedisiyalar və digər məsələlərə də toxunub.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri və bölməyə daxil olan institutların rəhbərləri iştirak ediblər.
Sonra Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınması qərara alınıb. Bölməyə dağılma mexanikasının qeyri-klassik problemləri, Binəqədi dördüncü dövr flora və fauna tapıntı yerinin öyrənilməsi, intellektual coğrafi məlumat sistemi, böyük dərinlik nefti, geodinamika və seysmologiya prioritet elmi istiqamətləri üzrə işlərin həyata keçirilməsi tapşırılıb.
Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

