Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarixi uğur, yeni mərhələ…

Tarixi uğur, yeni mərhələ…

20.04.2024 [17:13]

Ötən ilin dekabrından başlanan yol məntiqi nəticəyə çatmaqdadır

2020-ci il Vətən müharibəsindən ötən 4 il ərzində Cənubi Qafqaz regionunun həyatında mühüm yeniliklər və dəyişikliklər açıq nəzərə çarpmaqdadır. Azərbaycanın rəhbərliyi ilə bölgədə yaradılan yeni siyasi-iqtisadi mənzərə böyük bir coğrafyaya canlanma bəxş edib. Təsadüfi deyil ki, geniş anlamda kataklizmlərlə dolu olan Avroasiyanın mərkəzində sabitlik adası formalaşdırmış Azərbaycan apardığı diplomatik səy, iqtisadi planlaşdırma ilə hər kəsi heyran qoymaqdadır. Qısa zamanda dünyanın diqqətini Mərkəzi Asiya – Cənubi Qafqaz – Kiçik Asiya ticari xəttinin potensialına fokuslaya bilən Azərbaycan bütün iqtisadi-siyasi hədəflərini ortaya qoyur və bu hədəflərə çatmanın əyani nümunəsini göstərir. 2023-cü ilin sentyabrında özünün suverenliyini tam bərpa edən ölkəmiz Cənubi Qafqazın yeni – sabit və böyük miqyasda separatizmdən xilas olmuş mənzərəsini formalaşdıra bildi. 

Bu mənada artıq 6 aydır ki, Cənubi Qafqaz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövr ərzində ortada olan və həllini gözləyən ən əsas məsələ kimi Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi və sərhədlərin müəyyənləşdirilməsi məsələləri önə çəkilir. Bu isə birmıənalı şəkildə iki dövlət arasında həll ediləsi məsələlərdir. 

 

Üçüncü tərəf olmadan…

 

Ötən ilin payızından etibarən iki dövlətin müvafiq delimitasiya komissiyaları arısnda baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxardı - bu fakt göstərdi ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistanın öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadırlar. Xüsusilə, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat bu mənada xüsusi əhəmiyyət daşıyır. Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu vurğulanır, Azərbaycanın və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəkləri ifadə edilirdi. Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini ifadə etməklə ikitərəfli kontekstdə razılıqların mümkünlüyünü oratya qoymuşdu. 

Bəli, Azəfrbaycan hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev hələ 2021-ci ilin oktyabrında işğaldan azad edilmiş Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir: "Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər".

 

Yeni razılaşma…

 

Ümumiyyətlə, sülh prosesi ilə bağlı arxada qoyulan müddəti bəzi məqamlarına görə, "itirilmiş zaman" kimi də xarakterizə etmək olardı. Burada ilkin səbəb kimi Ermənistanın qarşılıqlı dialoqdan, danışıqlardan, müzakirələrdən yayınması, məqsədli şəkildə vaxt uzatması göstərilirdi. Aprelin 19-da delimitasitya komissiyaları arasında baş tutmuş 8-ci görüş isə yeni tarixi hadisəyə çevrildi. Bəlli olduğu kimi, görüşdə tərəflər bir sra məsələlərdə, o cümlədən, delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Bu isə mühüm birnailiyyətdir və sülh üçün atılan əsaslı addımdır. 

Bəli, 2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması növbəti uğur hekayəsi kimi tarixə yazıldı. Bu bir daha onu göstərdi ki, tərəflər arasında Brüssel, Paris, Vaşinqton olmadan "sakit" və vasitəçisiz birbaşa diplomatik təmaslar müsbət nəticə verdi. Əksinə, Qərbin müdaxiləsmi prosesə kömək etməkdən çox mane olur.

 

Yeni dövrdə növbəti nailiyyətlər…

 

Beləliklə, qalib Azərbaycan yeni tarixini yazmaqda davam edir. 200 illik bir zaman kəsiyində ilk dəfədir ki, itirilmiş torpaqlar geri qayıdır, hətta bir güllə belə atılmadan kəndlərimiz geri alınır. Bu, Qalib Xalqın Qalib Lideri olan Prezident İlham Əliyevin tarixi uğurudur. 2020-ci Vətən müharibəsindən başlanan yol uğurla davam və inkişaf etdirilir. Hər zaman sülhün tərəfdarı olan Azərbaycan işğala məruz qaldığı 30 il ərzində də özünün humanist davranışından geri çəkilməmşdi – biz, erməniləri işğal faktını aradan qaldırmağa, sülhü və ədaləti bərpa etməyə çağırırdıq. Təəssüflər olsun ki, bəzi məqamlarda onlar bu çağırışlara etinasız yanaşdılar – bunun nəticəsidir ki, Azərbaycan 2020-ci ildə 44 gün ərzində özünün ərazi bütövlüyünü təmin etdi. Sonrakı mərhələdə isə antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa olundu. 44 günlükVətən müharoibəsindən sonrakı dövrdə olduğu kimi, bu dəfə də bir güllə atılmadan erməni işğalında olan torpaqlar geri qaytarılır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. 2023-cü ilin aprelində Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə başlanan sərhədlərimizin müəyyənləşdirilməsi, leqallaşdırılması prosesi 2024-cü ilin aprelində qeyri-anklav kəndlərin qaytarılması ilə davam edir. Bu, Azərbaycanın yeni dövrdə yeni nailiyyətlərinin təməlidir. 

 

 

Qərbin neoimperialist planları iflasa uğradı

 

Əslində ortada olan faktlar paralellər aparmağa imkan verir. Məsələn, Brüssel görüşləri zamannı prosesdə iştitak üçün can atan Fransa və ya ABŞ heç də iddia etdikləri kimi Ermənistanın maraqlarını "qorumağa" niyyətlənməmişdilər. Onların arzusu özlərini "himayədar" qismində prosesə qoşmaq, iki dövlət arasındakı razılaşmalarda öz maraqlarını təmin etmək idi. Halbuki iki ölkə arasında sülhün detalları ilə bağlı aktiv müzakirələr aparılırdı və bu, hər iki dövlət tərəfindən təsdiqlənmişdi. Bundan xəbər tutan Qərb Ermənistan vasitəsilə prosesə müdaxilə etməyə başladı.  

Amma bu gün baş verənlər onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəsiz diplomatiya uğur vəd edir. ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər. Qarabağ məsələsinin bitməsi ilə regiona və xüsusilə Azərbaycana təsir vasitələrindən məhrum olan ABŞ ciddi cəhdlə yeni "Minsk Qrupu" formatları tətbiq etməyə və regionu yenidən öz boyunduruğüna salmağa çalışır. Bu səbəbdəndir ki, ABŞ min bir yolla Azxərbaycana qarşı təzyiqlər təşkil edir, Fransa isə məqsədli şəkildə Ermənistanı militarizasiyaya sürükləyir, silahlandırırdı. Məhz bu yolla özlərinin gizli və riyakar planlarını həyata keçirməyə çalışan neoimperialist qüvvələr Cənubi Qafqazı yeni eskalasiyaya daşımağa niyyətlənmişdilər. Son proseslər isə onu göstərir ki, Ermənistan sivil qaydada davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin edilə bilər. 

Əldə olunan nəticələr – məhz 7 dekabr və 19 aprel birgə bəyanatları bir daha göstərir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətinin tərkib hissəsidir.

 

 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31