Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlk Müstəqillik Günümüz...

İlk Müstəqillik Günümüz...

28.05.2024 [09:30]

Ərazi bütövlüyümüzü bərpa  etdikdən sonra Azərbaycan xalqı ilk dəfə 28 May bayramını fövqəladə qürurla qeyd edir

Ulu Öndərimizə ehtiram, Ali Baş Komandana minnətdarlıq hissi ilə...

Heydər Əliyev: Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik

01 oktyabr, 2003

İlham Əliyev: Tapşırıq yerinə yetirildi!

19 sentyabr, 2023

Bu il Azərbaycan xalqı 28 May bayramını fövqəladə qürur hissi ilə qeyd edir. 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü tamamilə bərpa etdikdən sonra ilk Müstəqillik Gününün sevincini bölüşürük. Bu, olduqca fəxarətli və şərəfli bir tarixi gündür. 

Azərbaycan dövlət müstəqilliyinə qovuşmaq üçün çox çətin yoldan və sınaqlardan keçib. Müasir Azərbaycan dövlətinin müstəqilliyi əsas etibarilə 3 fundamental sütuna söykənir: 1993, 2003, 2023-cü illər. Azərbaycanın tarixi taleyini dəyişən bu 3 təqvim siyasi tariximizin qızıl salnaməsidir. 

Başlanğıc 1993-cü il, Ümummilli Liderin hakimiyyətə gəlişi ilə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın dövlətçiliyi xilas edildi və Heydər Əliyev müstəqil dövlətin möhkəm təməllərini qurdu. Onun qətiyyəti və yorulmaz səyləri nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb olundu, nizami ordu quruldu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. 

Azərbaycan tarixinə Siyasi Vəsiyyətnamə kimi daxil olaraq əbədilik qazanmış 2003-cü il 1 oktyabr Müraciətində Heydər Əliyev xalqımıza üz tutaraq deyirdi: “Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur, xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik. İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.

Ulu Öndər deyirdi ki, “Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik”.

Heydər Əliyev xüsusilə də nikbin bir arxayınlıqla bildirirdi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. O, qəti bir inam və uzaqgörənliklə deyirdi ki, “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Müstəqilliyin 2-ci tarixi sütunu 2003-cü ildir. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi müstəqil Azərbaycanın siyasi arxitekturasında yeni möhkəm təməlin qoyulması ilə şərtləndi və dövlətin suverenliyinin təminatı ana siyasi hədəf kimi prioritetləşdi. Ermənistanın işğalında olan torpaqların azad edilməsi, Ata Vəsiyyəti kimi ağır bir mirası üzərinə götürmüş Siyasi lider Güclü iqtisadiyat- Güclü dövlət - Güclü ordu doktrinasını konsepsiyasını çox mahirliklə hazırlamağa başladı. 

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində həmin konsepsiyanın əsas məqamlarına diqqət çəkərək vurğulayırdı: “Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Cənab İlham Əliyev bütün gücünü və gününü, hər dəqiqəsini, saniyəsini bir nömrəli bu ümdə vəzifəyə və müqəddəs amala səfərbər etdi, enerji resurslarından əldə edilən gəlirləri ölkənin layiqli iqtisadi-sosial inkişafı ilə yanaşı, birinci prioritet vəzifəyə - ölkənin hərbi qüdrətinin yüksəlişinə yönəltdi. Eyni zamanda, iqtisadi güc faktorundan və mükəmməl enerji diplomatiyasından məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi, regionun 70 faizlik iqtisadi potensialına və qlobal əhəmiyyətli trans-nəqliyyat magistrallarına sahib olmaqla beynəlxalq birlikdə sadiq və etibarlı tərəfdaşların, müttəfiqlərin sırasını genişləndirdi. Bu müttəfiqlik isə bütün strateji məqamlarda sonadək ölkəmizin müdafiəsinə xidmət etdi, bu etibar və etimad 44 günlük Vətən müharibəsində sınaqdan uğurla çıxdı, həmin dost ölkələrin Azərbaycana siyasi dəstəyi sonadək bütövləşdi. Əsası 2003-cü ildə qoyulmuş yeni diplomatik taktika da məhz uzaqgörən siyasətin nəticəsi idi. 

Beləliklə, müəyyən edilən unikal iqtisadi modelə əsaslanmaqla yürüdülən müdrik siyasət iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirdi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən və heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan dövlət kimi gücləndi və öz iradəsinə uyğun qərarlar qəbul olundu. 2003-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,6 dəfə böyüyərək 123 milyard manata çatdı. Ölkəmizin artan iqtisadi və maliyyə potensialı ilk növbədə, Ordunun gücünün və döyüş qabiliyyətinin artırılmasına, müqəddəs hədəfə yönəldildi. 2003-cü ildə 150 milyon manat olan hərbi xərclərin büdcədəki payı davamlı olaraq hər il artırıldı və 2020-ci ildə 4 milyard manata çatdırıldı. Bu illər ərzində hərbi-müdafiə xərcləri 27 dəfədən çox yüksəldi və Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına, hərbi arsenal və digər bütün imkanlarına görə, regionun ən güclü ordusu olmaqla yanaşı, beynəlxalq hərbi hesabatlarda ən yaxşı mövqeyə malik ordular sırasında yer aldı.

Məhz bu güclü iqtisadi-maliyyə arxitekturası və Ali Baş Komandanın sarsılmaz iradəsi sayəsində formalaşan rəşadətli Ordumuz səbirsizliklə “Əmr et” tapşırğını gözləyirdi. Verilən Əmr hədsiz dərəcədə çox peşəkarcasına və ustalıqla yerinə yetirildi, 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Ordumuz Ali Baş Komandanın müqəddəs missiyanı layiqincə və ləyaqətlə tamamladı. 

“Tapşırıq yerinə yetirildi. Məruzə etdi, Ali Baş Komandan İlham Əliyev”. Müzəffər Komandan Heydər Əliyevin müstəqil dövlət idealını tam bütövləşdirdi, xalqımızın milli qürur, heysiyyat və ləyaqətini özünə qaytardı. O, 2023-cü il mayın 10-da, Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın Ən Ali Tribunasından, Zəfərimizin rəmzi və Tacı olan Şuşadan Xalqa müraciətində qeyd edirdi ki, biz ərazilərimizi azad etməklə Heydər Əliyevin arzularını çin etdik.  

2023-cü ilin sentyabr ayının 19-u Azərbaycanın müstəqillik və suverenlik mücadiləsinin son akkordu oldu. Bu tarix ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin və Konstitusiya quruluşunun bərpasını yekunlaşdırmaqla Müstəqil Azərbaycanın siyasi taleyini, müstəqil siyasi obrazını da tamamladı. 

Beləliklə, Azərbaycan dövlətinin müstəqillini müəyyən və təyin edən 3 fundamental tarixi mərhələyə söykənən 28 May əsil Müstəqillik bayramı kimi yerini almış oldu. Azərbaycan xalqı bu qürurverici bayram Günündə dövlətimizin memarı Ulu Öndəri ehtiramla yad edir, Ali Baş Komandana dərin minnətdarlığını bildirir. 

Elbrus Cəfərli

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31