Gəncə hadisələrindən 31 il ötür...
04.06.2024 [09:45]
Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi
XX əsr Azərbaycanın tarixində mühüm bir yerə malikdir - hələ əsrin əvvəlində ilk dəfə müstəqilliyinə qovuşmuş ölkəmiz üçün yüzilliyin sonunda da yeni üfüqlər açılırdı. Məhz bu illərdə 70 il dünyanın siyasi qütblərindən biri sayılmış, müstəqil dövlətləri boğaraq zor gücü ilə özünə birləşdirib “qardaşlıq imperiyası” yaradan SSRİ tarixin ədalət məhkəməsində mühakimə olunur, layiqli “cəzasını” alırdı. Bu tarixi keşməkeşin axarında isə Azərbaycan Respublikası da SSRİ-nin dağılması ilə yenidən öz azadlığını əldə edirdi. Amma tarixin təkrarlanması özündə həm də mənfi presedentləri işarə edirdi -1991-ci ildə də müstəqillik əldə etmiş Azərbaycan qısa bir zamandan sonra xaosun, özbaşınalığın hökm sürdüyü bir ölkəyə çevrildi. 1992-ci ildə zor gücünə, xalqın deyil, silahın və xəyanətin “iradəsi” ilə hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, torpaqlarımızın işğalı və bununla paralel olaraq daxili separatçı qüvvələrin ölkəni regionlara bölməyə çalışması həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
Xaos, anarxiya və özbaşınalıq...
Yaxın keçmişimizə təsadüf edən o dövrə kiçik ekskurs etsək, qarşımızda belə bir mənzərə görmüş olarıq - bütövlükdə, ölkədə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verirdilər. Onlar fəaliyyətdə olan bütün strateji infrastrukturları dağıtmağı “müstəqilliyə doğru addım” hesab edirdilər. Özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Milli sərvətlər talan edilir, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə bir neçə şəxsin korporativ maraqlarını icra edən terrorçu qrupa çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını ortaya qoyurdu. Bu isə vəziyyəti daha da ağırlaşdırırdı, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. “Dağlıq Qarabağ” münaqişəsinin adını alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər hətta cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.
Kəlbəcər xəyanəti...
Vətəndaş qarşıdurmasına doğru
Baş verən başıpozuqluq isə butövlükdə, ölkənin həyatına öz mənfi təsirlərini göstərirdi. İstər daxili sferada, istərsə də müharibə müstəvisində Azərbaycanın vəziyyəti get-gedə pisləşirdi. Ölkədəki hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etmişdi, hərc-mərcliyi pik həddə çatdırmışdı. O dövrün iqtidarı Kəlbəcərin müdafiəsini təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başlamışdı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Kəlbəcərin işğalının əsası 1993-cü il mart ayının 26-da qoyulmuşdu - Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırdı. Rayon sakinlərinin bildirdiyinə görə, kömək edilməməsi, AXC-”Müsavat” cütlüyünün səriştəsiz rəhbərliyinin xəyanəti, satqınlığı Kəlbəcəri məhv etdi.
Beləliklə, 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü -bu işğal faktının əsasında isə bir amil daha çox nəzərə çarpırdı: XƏYANƏT. Məhz hakimiyyətdaxili qruplaşmalar arasında get-gedə qızışan kürsü davası Kəlbəcərin xəyanət nəticəsində düşmənə təslim edilməsinə yol açmışdı. Hətta insanların oradan çıxarılmasına belə etinasız yanaşan AXC-Müsavat hakimiyyətinin başı Bakıda qəsb etdikləri hakimiyyəti qorumağa qarışmışdı...
Qan üzərində hakimiyyət hərisliyi...
1993-cü ilin aprel-may aylarında artan gərginlik həm də ölkədə parçalanma təhlükəsinə yol açmışdı. Separatçı meyllər güclənmiş, AXC-Müsavat cütlüyünün özünə “səhra komandiri” təyin etdiyi şəxslər ard-arda ölkəni bölmək üçün planlar qururdu. Belə ağır vəziyyətdə - 1993-cü ilin iyununda xalqın etirazı kəskin şəkildə artmışdı. Hakimiyyətin heç bir sahə ilə bağlı konsepsiyasının olmaması isə iqtisadiyyatı da iflic etmişdi - dövlətin gələcəyi sual altına düşmüşdü. Belə bir zamanda Müdafiə Nazirliyi Gəncədə yerləşən 709 saylı hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar imzaladı. Hərbi hissə isə bu qərara tabe olmaqdan boyun qaçırdığını bəyan etdi. Azərbaycanın ilk tarixi paytaxtına qoşun yeridən, Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-Müsavat qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilik nümayiş etdirməyən hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya yol aldı. Artıq AXC-Müsavat hakimiyyəti ölkənin taleyindən çox öz gələcək aqibətlərindən qorxuya düşmüşdülər. Yaratdıqları xaos nəticəsində xalq onların hakimiyyətindən birdəfəlik üz döndərmişdi, Artıq cana doymuş xalq anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən başqa heç bir perspektiv vəd etmir.
Xalqın ümidi...
AXC-Müsavat qruplaşmasını xalq, dövlət deyil öz maraqları düşündürürdü. Xalq isə dövlətin addım-addım uçuruma yaxınlaşdığını görürdü. Belə bir məqamda bütün ümid dolu gözlər paytaxtdan uzağa - Naxçıvana dikilmişdi. Azərbaycan dövlətçiliyinin, millətin bu çətinliklərdən xilası yalnız Ulu öndər, dahi siyasi xadim, xalqının böyük oğlu Heydər Əliyevin Bakıya gəlişi ilə mümkün ola bilərdi. Ümummilli lider Heydər
Əliyev 1993-cü il iyunun 7-də Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət Heyətinin birgə iclasında çıxış etdi və Gəncə hadisələrinə qiymət verdi. Xalqın və dövlətin gələcəyinə heç bir zaman laqeyd qala bilməyən Ulu Öndər vəziyyətin ciddiliyini ortaya qoydu.
Ulu Öndər sonralar həmin günləri xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”...
Xilaskarlıq missiyası...
Xalq təkidlə Heydər Əliyevin Bakıya gəlişini tələb edirdi. 1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. Bakıya qayıtdıqdan sonra hakimiyyətdə olan qruplaşma tez-tələsik Heydər Əliyevin vəzifəyə seçilməsini istəyirdi. Bunun da altında iyrənc məkrləri gizlənən o zamankı iqtidarın arzusu ürəyində qaldı. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün ora yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin Gəncəyə gəlişi bütün hadisələrin sakitləşməsinə, xalqın bütünlüklə Böyük oğlunun ətrafında birləşməsinə şərait yaratdı. Xalq bir yumruq kimi Fenomenal şəxsiyyət olan Heydər Əliyevin ətrafında birləşdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyini, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı... “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”...
Bəli, bu tarixi vəzifəni ancaq Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, güclü Lider yerinə yetirə bilərdi. Heydər Əliyev Güclü Lider kimi Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi. Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev Güclü Lider olaraq Azərbaycanı daha güclü dövlətə çevirdi, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi. 2020-ci il Vətən müharibəsində, 2023-cü il antiterror tədbirlərində qazanılan qələbə 1993-cü ilin iyununda əsası qoyulan xilaskarlıq missiyasının uğurlu davamı idi...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26

