Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər bir ölkə üçün çağırış...

Hər bir ölkə üçün çağırış...

06.06.2024 [10:30]

Azərbaycanın təqdim etdiyi “yaşıl” gündəlik mühüm yol xəritəsidir

Son 100 ildə sənayenin sürətli inkişafı özlüyündə bir sıra mühüm problemləri də yaratdı - müasir dövrümüzün ən mühüm problemlərindən sayılan iqlim dəyişikliyi artıq bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrildi. Bəşəriyyət üçün ən böyük təhdidlərdən biri olan iqlim dəyişikliyi amili həm də antropogen mənşəli emissiyanın səbəb olduğu qazların hərəkətə gətirdiyi qlobal istiləşməni əhatə edir. İqlim dəyişikliyi XX əsrdə daha real mənfi tendensiyaları özündə əks etdirməyi bacardı - bu baxımdan, qlobal iqlim dəyişikliyi probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi XXI əsrin ən mühüm çağırışlarından biri kimi aktuallıq daşıyır. 

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarını dəstəkləyir 

Bu problemin əsaslı həllinə yönəldilən ən mühüm qlobal təşəbbüs BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Konvensiya dünyanın 180-dən çox ölkəsi tərəfindən imzalanmış iqlim dəyişikliyi problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilədir. Sözügedən sənəd 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer Sammiti”ndə təntənəli şəkildə qəbul edilib və 21 mart 1994-cü ildə qüvvəyə minib. Buna yönəlik Çərçivə Konvensiyasının Tərəflər Konfransı sessiyası isə illik BMT konfransıdır. Konfrans qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə irəliləyişləri qiymətləndirmək üçün konvensiyaya qatılan ölkələrin rəsmi görüşlərinə ev sahibliyi edir. 1990-cı illərin ortalarından etibarən bu konfranslarda həm də Kioto Protokolu çərçivəsində danışıqlar həyata keçirilir. Bu protokol isə inkişaf etmiş ölkələr üçün ziyanlı qazların emissiyalarını azaltmaq üçün hüquqi öhdəlikləri müəyyən edir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası 1995-ci ildə Berlində keçirilib.

Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Heç bir ciddi tədbir görülməzsə... 

Bəli, bütün dünya üçün ən böyük təhdidlərdən bir kimi meydana çıxan iqlim dəyişikliyinin qaçılmaz nəticələrindən Azərbaycan da əziyyət çəkməkdədir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir: “Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfıra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil”.

Bəli, iqlim dəyişikliklərinə qarşı mübarizə fərdi xarakter daşıdığı halda heç bir effekt verə bilməz. Məsələn, Azərbaycanın illərdir ki, önə çəkdiyi, təşviqini apardığı “Yaşıl dünya” şüarı ümumi inkişaf prosesimizin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir. Başqa sözlə, ənənəvi enerji ixracatçısı olan Azərbaycan yaşıl hədəflərini paralel şəkildə inkişaf tedirrəək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Bu amil isə bütün dünya üçün həm örnək olmalı, həm də əsas prioritetlərdən birinə çevrilməlidir. 

Kiçik ada dövlətlərinin dəstəklənməsi üçün xüsusi fond yaradılır 

Bu ilin payızında Bakıda keçiriləcək COP29 bu problemin həllində mühüm funksionallıq daşıya bilər. Bütün dövrlərdə qlobal təşəbbüslərin önündə yer alan, qlobal təhdidlərə qarşı mübarizədə cəsarət və novatorluq nümayiş etdirən, konservativ və inklüziv yanaşmaları ilə həll yolları müəyyənləşdirən Azərbaycan bu dəfə də mühüm yeniliklərlə çıxış edir.  Göründüyü kimi, COP 29-un Bakıda keçirilməsinə yekdilliklə “hə” deyən dünya birliyinin respublikamıza bu böyük etimad göstərməsi təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin illərdir ki, ortaya qoyduğu müsbət reallıqlarla bağlıdır. Prezident İlham Əliyev sözügedən sərgilərin açılış mərasimində  vurğulayb ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik: “Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq”.

Səylərimizi səfərbər etməliyik

Azərbaycan hər zaman kiçik dövlətlərin, xüsusilə siyasi cəhətdən kölgədə qalan dövlətlərin dayağı olmağı bacarıb. Xatırladaq ki, hələ qlobal pandemiya zamanı Qoşulmama Hərəkatının sədri qismində bu təhdidə qarşı qlobal mübarizənin təşkilində mühüm rol oynayan Azərbaycan həm də “vaksin bölgüsü”nün ədalət prinsipləri əsasında aparılmasını təmin etmişdi. Həmin dövrdə də kiçik dövlətlərin, imkanı olmayan ölkələrin dəstəklənməsi və onların da ədalətli şəkildə vaksinlə təmin edilməsi üçün səy göstərən Azərbaycan bu gün də özünün humanist mövqeyini ortaya qoyur - qarşılıqlı anlaşmanın və həmrəyliyin yaradılması, iqlim dəyişikliyi problemindən xilas olmaq üçün təşəbbüslərin daha da qətiləşdirilməsi üçün zəmin formalaşdırır. Dövlət başçımız öz çıxışında bildirib ki, Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir: “Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Daima qlobal təşəbbüslərlə aktuallaşan Azərbaycan qarşıdakı dövrdə özünün yaşıl prioritetləri uğrunda səylərini daha da möhkəmləndirəcək. Bu isə dünyanın ən böyük təhdiddən qurtulması üçün siyasi iradənin gücləndirilməsinə, qlobal diqqətin və gücün bu problemin aradan qalodırılmasına yönəldilməsində mühüm rol oynayacaq. 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31