Paralelliyə yer yoxdur!
07.06.2024 [10:11]
İrəvan qondarma iddaalarını gizlətmək üçün yeni yalana əl atır
II Qarabağ müharibəsindəki məğlubiyyətin ardından Ermənistanda gedən siyasi, sosial-iqtisadi proseslər bəzi məsələləri tam aydınlığa qovuşdurdu. Regional inkişafdan geri qalan, bütün sferalarda böhran içində boğulan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir. Başqa sözlə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü 5 təməl şərti qəbul etməli və beləliklə də, regionda təhlükəsizlik təmin olunmalıdır. Bu amil ötənilki antiterror tədbirləri fonunda daha aydın şəkildə ortaya qoyuldu.
Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruridir!
Rəsmi İrəvan isə ötən müddət ərzində sülh istiqamətində inkişaf edən prosesi özünün qeyri-konstruktiv mövqeyi ilə pozmağa çalışsa da, son aylarda bəzi məsələlərlə bağlı razılıqların əldə olunması pozitivliyə işarə sayılır. Hətta əldə olunan bir sıra razılaşmalar, vasitəçisiz təmaslar, delimitasiya və demarkasiya prosesinin müəyyən bir mərhələsinin icrası sülhün mümkünlüyünə ümid yaradır. Təbii ki, bununla bağlı ən əsas şərtlərdən biri Ermənistanın siyasi iradə nümayiş etdirməsidir. Yəni vurğulanan 5 şərtdə göstərildiyi kimi, sülhün davamlı və əbədi xarakter daşıması təmin edilməlidir. Bunun üçün isə ilk növbədə Ermənistan Azərbaycana və Türkiyəyə qarşı əsassız, qondarma iddialarını geri götürməli, özünün yalançı təbliğatına son verməlidir. Yəni indiki mərhələdə əsas məsələlərdən biri Ermənistanın hətta qanunvericilik səviyyəsində nümayiş etdirdiyi bu əsassız mövqedən əl çəkməsidir. Bunun üçün isə Ermənistanın əsas qanunvericiliyi - Konstitusiyası dəyişilməlidir. Xatırladaq ki, ötən ay xalqa müraciətində baş nazir Paşinyan sülhün əldə olunması üçün bir sıra addımların zəruriliyindən bəhs açmışdı. Hökumət başçısı konstitusiya dəyişikliyi məsələsini əvvəlki dövrlərdə də gündəmə gətirib. Sadəcə olaraq, bəzi revanşist qüvvələrin mənasız və məntiqsiz dirənişi bu məsələnin reallaşmasına maneçilik törədir.
Əsassız iddialar...
Sülhə böyük ümidlərin yarandığı, məsələnin beynəlxalq diqqət mərkəzində olduğu bugünlərdə rəsmi İrəvan yeni absurd açıqlamalarla gündəmə gəlib. Xarici işlər naziri Ararat Mirzoyan iyunun 4-də Ermənistan parlamentində çıxış edərkən deyib ki, Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz. “Bizim və ya onların konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinin tərkib hissəsi deyil, 2018-ci ildən Ermənistan hakimiyyəti konstitusiyaya dəyişikliklərin edilməsi barədə danışır”, - Mirzoyan deyib.
Göründüyü kimi, Mirzoyanın bu fikrinin heç bir əsası yoxdur - çünki Azərbaycan Konstitusiyasında Ermənistanın əsas sənədlər toplusundan fərqli olaraq hansısa ölkənin suverenliyinə qəsd nəzərdə tutulmayıb. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. 2005-ci il noyabrın 27-də dəyişiklik olunub. 2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib.
Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kvkilometrlik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Eyni zamanda, bu sənəddə Ermənistanın 1918-ci ildə qurulan Ermənistan dövləti ilə əlaqəsinə də toxunulmur.
Azərbaycan Kosntitusiyasında isə nəinki bu kimi məqamlar, ümumiyyətlə hansısa bir kənar iddia əks olunmayıb. Mirzoyanın iddiaları isə yanlışdır - 1918-ci ildə qurulmuş AXC-nin varisi olan müasir Azərbaycan Respublikası beynəlxalq hüquqa, insan hüqlarına, demokratik prinsiplərə sədaqəti özünün əsas prioriteti sayır.
İrəvan nə istəyir?
Qeyd edək ki, rəsmi Bakının məsələyə münasibəti də birmənalıdır. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında bildirib ki, Ermənistanın Konstitusiyasında, Müstəqillik Aktında, parlamenti tərəfindən qəbul olunan qanunvericilik aktlarında, Konstitusiya Məhkəməsinin qərarlarında və bir sıra digər qanunvericiliyində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan cəmiyyətində artıq bu barədə diskussiyaların aparılması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti bu faktların mövcudluğunun ilk növbədə bu ölkənin özü üçün təhlükəli və zərərli tendensiyalar olmasını qəbul edir. Nazir qeyd edib ki, Ermənistan xarici işlər nazirinin müəyyən mənada Azərbaycan ilə Ermənistan arasında bu məsələdə bir paralellik, qarşılıqlılıq yaratmaq cəhdi, ilk növbədə, həqiqətdən uzaqdır və qəbuledilməzdir. Azərbaycanın Əsas Qanununda və istənilən digər qanunvericilik aktlarında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə burada paralellik aparmağa cəhdlər edilməsi qəbulolunmazdır. “Biz bu kimi iddiaları hər zaman əsaslı şəkildə, faktlar əsasında rədd etmişik və belə tendensiyaların inkişaf etməsinə imkan verməmişik. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz və burada paralelliyə yer yoxdur”, - deyə Ceyhun Bayramov bildirib.
Göründüyü kimi, Ermənistanın xarici siyasəti idarəsinin rəhbərinin yalan iddiaları ilk andaca ifşa edildi. Rəsmi İrəvanın bu kimi qeyri-adekvat açıqlamaları isə indiki məqamda sülh üçün ortaya qoyulan səylərlə səsləşmir. Daha da konkretləşdirsək, sərhədlərin müəyyənləşdirilməsi prosesində delimitasiya və demarkasiyanın ilk mərhələsinin icrasından qaynaqlanan ümidləri bu kimi yalan və iftiralarla puç etmək Ermənistana xeyir verməyəcək.
Azərbaycan sülh gündəliyinə sadiqdir
Bununla belə, sülh üçün formalaşan müsbət ortam istisna edilmir. Mirzoyanın əsassız fikirləri ilə yanaşı, artıq rəsmi İrəvanın müsbətyönümlü yanaşmasının da şahidi oluruq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov onu da vurğulayıb ki, bir neçə gün əvvəl Ermənistandan növbəti sənəd almışıq və həmin sənəddə müsbət mesajlar gördük. Nazir bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə müvafiq addımlar atılır.
Bəli, Azərbaycan qalib ölkə olsa da sülhü dəstəkləyir. Sülhün əsaslanacağı şərtlər isə məhz Azərbaycanın iradəsinə uyğun olmalıdır. Bu kimi davranışlar bir daha təsdiq edir ki, Azərbaycan sülh gündəliyini sadiqdir - ölkəmizin sülh prosesi ilə bağlı mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər, eyni zamanda ötən ilin dekabrında və bu ilin aprelində əldə olunan razılıqlar iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

