Zəfərə gedən yolda...
12.07.2024 [09:50]
Beş günlük müharibə
Tovuz döyüşlərindən dörd il ötür...
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə 23 saatlıq lokal xarakterli aniterror tədbirlərində tariximizdə əbədi qalacaq böyük zəfərlərə imza atmaqla ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ancaq bu böyük qələbələrədək Müzəffər Ordumuz bir neçə uğurlu döyüş əməliyyatlarından keçib. Bu sırada 2016-cı il şanlı Aprel döyüşlərini, 2018-ci il uğurlu Günnüt əməliyyatını xatırlaya bilərik.
Həmçinin tarixin bu günündə - 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşləri bu yolda çox mühüm bir mərhələni təşkil edir. Artıq Tovuz döyüşlərindən dörd il ötür. Bütövlükdə, Tovuz döyüşləri Azərbaycan cəmiyyətinin monolitliyini, nə ilə nəfəs aldığını, düşüncələrdə hansı amalları daşıdığını ortaya qoydu. Göstərdi ki, bizim üçün milli maraqlar, ərazi bütövlüyümüz keçilməz qırmızı xəttdir.
Hər günündə bir qəhrəmanlıq tarixi yazılan müharibə
Uğurlu Tovuz döyüşləri tarixə “Beş günlük müharibə” kimi düşüb. Müzəffər Ordumuz döyüşlərin davam etdiyi hər gündə bir qəhrəmanlıq tarixi yazdı. Həmin dövrü xatırladıqda mənfur düşmənin ardı-arası kəsilməyən təxribatlarının kədərli mənzərəsi kino lenti kimi göz önündə canlanır. Ermənilər revanş götürüb Aprel döyüşlərinin, Cünnüt əməliyyatının qisasını almaq və yeni ərazilər ələ keçirmək istəyirdilər. Tovuz təxribatı da məhz buna hesablanmışdı.
Döyüşlərin birinci günü: 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.
Döyüşlərin ikinci günü: İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüblər. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb. Ordumuzun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu darmadağın edilib.
Döyüşlərin üçüncü günü: Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Bu, Silahlı Qüvvələrimizin general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetmələrini dünyaya nümayiş etdirib. Həmin gün davam etdirilən cavab tədbirləri sayəsində Azərbaycan Ordusu şəhidlərimizin qisasını artıqlaması ilə alıb.
Döyüşlərin dördüncü günü: Növbəti gün Ordumuz uğurlu əməliyyatlarını davam etdirib. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.
Döyüşlərin beşinci günü: İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.
Ermənilərin “yenilməz ordu” mifi tar-mar oldu
Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayan Ermənistan məhz havadarlarının hərtərəfli dəstəyi və ölkəmizdə müstəqilliyimizin ilk illərində mövcud olan anarxiya vəziyyətindən sui-istifadə etməklə torpaqlarımızın 20 faizini öz nəzarəti altına keçirməyə nail olmuşdu. Ancaq ermənilər “uğurlarına” istinad etməklə özləri barədə “döyüşkən xalq”, “yenilməz ordu” mifləri yaratmışdılar. Eyforiyaya qapılan hay zümrəsi hətta Bakıya qədər irəliləyəcəklərini bildirirdilər. Halbuki ermənilərin xislətində qəhrəmanlıqdan əsər-əlamət yoxdur. Ermənilər özlərini necə “döyüşkən xalq” adlandıra bilərlər ki, onlar açıq döyüşlərdə heç vaxt qələbə çalmayıblar, özlərinin mənfur əməllərini başqalarının arxasında gizlənərək törədiblər. “Döyüşkən xalq” əliyalın mülki insanlara, qocalara, qadınlara, uşağlara öldürücü silahlarla atəş açarmı? Əsla! Ancaq ermənilər işğal dövründə, Tovuz döyüşlərində və 44 günlük müharibədə bunu etməyi bacardılar. Aprel döyüşlərindən, Cünnüt əməliyyatından sonra Tovuz döyüşlərində düşmənin “yenilməz ordu” mifi növbəti dəfə tar-mar oldu.
Azərbaycan Ordusuna gəldikdə isə, əsgər və zabitlərimizə Vətən yanğısı, işğal altındakı torpaqları geri qaytarmaq təşnəsi hakim kəsilmişdi. Onlar hər an Ali Baş Komandanın “İrəli!” əmrinə hazır idilər. Azərbaycan Ordusu bir daha göstərdi ki, düşmənin istənilən təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

