Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Missiyanın başlandığı gün...

Missiyanın başlandığı gün...

13.07.2024 [09:50]

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olub

Uzaq 1969-cu ilin 14 iyulunda Azərbaycanın gələcəyi baxımından müstəsna önəm daşıyan bir hadisə baş verdi. Belə ki, həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbəti plenumunda sonralar Vətən naminə çoxşaxəli fədakar fəaliyyəti, müdrikliyi və cəsarəti sayəsində xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri oldu. Bu, sadəcə yeni bir kadr təyinatı, rəhbər dəyişikliyi deyildi. 

Azərbaycan üçün dönüş məqamı

Zaman-zaman ölkələrin, xalqların tarixində elə hadisələr baş verir ki, onların önəmi vaxt ötdükcə daha aydın dərk olunur. Bu baxımdan Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızın rəhbəri seçilməsi də istisnalıq təşkil etmir. Bu gün Azərbaycan müstəqilliyini inamla möhkəmləndirir, ildən-ilə yeni-yeni nailiyyətlərə imza atır. Müstəqil Azərbaycan Müzəffər Lideri İlham Əliyevin rəhbərliyi ilə son 200 illik tarixinin ən böyük zəfərlərini qazanıb. Biz tarixdə ilk dəfə torpaq itkilərinə məruz qalmamışıq, əksinə, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Bu gün bayrağımız ölkənin bütün ərazisində əzəmətlə dalğalanır və dünya azərbaycanlılarına sonsuz qürur hissi bəxş edir...

İnkişafa, zəfərlərə, müasirləşməyə aparan yol isə respublikamızda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Müqayisələr apardıqda Azərbaycanın haradan haraya yüksəldiyini aydın şəkildə görmək mümkündür.  Heydər Əliyevin Özü bəhs olunan plenumdan əvvəlki Azərbaycan barəsində dəfələrlə təəssüf hissi ilə danışıb. “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual  yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur  dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə  metodlar tətbiq edilməli idi”, - deyə Heydər Əliyev bildirirdi.

Belə son dərəcə ciddi vəzifələrin öhdəsindən kim gələcəkdi? Seçimin Heydər Əliyevlə edilməsi ən doğru qərar idi. Tale Heydər Əliyevin üzərinə Vətən və xalq  naminə mühüm bir missiya qoymuşdu. Və O, keçmiş sovet dövrünün ideoloji məhdudiyyətlərinin yaratdığı çətinliklərə rəğmən, respublikanı dəyişmək, yeni bir Azərbaycan qurmaq yolunda inamlı addımlar atmağı bacardı. Burada Heydər Əliyevin şəxsi keyfiyyətləri, əvvəlki illərdə təsdiqlənmiş unikal idarəçilik bacarığı, liderliyi və əlbəttə ki, Vətəninə, xalqına sonsuz sevgisi, milli kimliyinə sadiqliyi mühüm rol oynadı.

Heydər Əliyevin nail olduğu beş mühüm qərar

Keçmiş sovet rejiminin sərt xüsusiyyətləri var idi. Xüsusilə də milli respublikalarda baş verənlər mərkəzdə çox həssaslıqla izlənilirdi. Belə bir şəraitdə Heydər Əliyev Özünə xas olan bacarıqla və uzaqgörənliklə mərkəzi hakimiyyətin respublikamıza rəğbətini artırmağa və bununla da müxtəlif layihələrin reallaşdırılması üçün ittifaq büdcəsindən daha böyük həcmlərdə vəsaitlərin əldə edilməsinə çalışırdı. O həmişə buna nail olurdu. 

Beləliklə, Heydər Əliyevin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ittifaq hökuməti tərəfindən Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul edildi. Nəticədə, 1970-1982-ci illər Azərbaycanın tarixinə bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Respublika sənaye inkişafına istiqamətləndi, eyni zamanda, aqrar sektorda əmək tutumlu və gəlirli sahələr inkişaf etdirildi. Qısa dövr ərzində 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutdu. Həmin illərdə respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bəhs olunan dövrdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Eyni zamanda, respublika nəhəng tikinti meydanını xatırladırdı. 

Respublikanın uzaq gələcəyini hədəfləyən siyasət

1970-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də respublikanın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin 170-dək qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi və bu məqsədlə hər il resspublikadan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin təkidli səyi ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və respublikanın bölgələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəlləri ucaldıldı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə inşa edildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ilk dəfə olaraq Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adları verildi. Bütün bu kimi addımlarla uzaqgörən siyasətçi olan Heydər Əliyev xalqın özünüdərk və milli qürur hissini yüksəltməyə çalışırdı.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31