Azərbaycan hərbi gücünü artırır
18.07.2024 [10:10]
Qabaqcıl beynəlxalq təcrübə öyrənilir, əlaqələr genişləndirilir
Ölkələrin müdafiə potensiallarını gücləndirmələri məsələsi aktuallığını daima qoruyur. Bu da ilk növbdə onunla bağlıdır ki, hazırda dünyada bir sıra hallarda beynəlxalq hüquqa məhəl qoyulmur, dövlətlərarası münasibətlərin tənzimlənməsində ikili standartlardan çıxış edilir. Bu halda ölkələr milli maraqlarını qorumaq naminə öz güclərinə, daxili imkanlarına istinad etmək məcburiyyətində qalırlar ki, burada da güclü ordu əsas amil qismində çıxış edir. Azərbaycan nümunəsində bir daha təsdiqləndi ki, suverenliyin, ərazi bütövlüyünün qarantı məhz güclü ordudur.
Müharibə başa çatsa da...
Son 20 ildə ordu quruculuğu Azərbaycanın gündəliyində dayanan mühüm məsələlərdən biri olub. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ordu quruculuğunun davamlı olaraq diqqət mərkəzində saxlanılması öz bəhrəsini verib. Yaradılan güclü Silahlı Qüvvələrimiz döyüşlərdə öz məharətini göstərib. Silahlı Qüvvələrimiz 2020-ci il 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Vətən müharibəsinin nəticələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.
Ordumuz 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat ərzində yüksək peşəkarlıqla separatçıların ağ bayraq qaldırmalarını təmin etdi. Bununla da ölkənin bütün ərazisində Azərbaycanın suverenliyi bərpa olundu.
Artıq müharibə sona yetib və ölkəmiz əsas hədəflərinə - ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olub. Bir çoxları düşünürdü ki, müharibə başa çatdıqdan sonra Azərbaycan ordu quruculuğuna diqqəti azaldacaq. Ancaq belə olmadı. Müharibə başa çatsa da, Silahlı Qüvvələrin gücləndirlməsi yenə də Azərbaycanın gündəliuyinin mərkəzində dayanan məsələlər sırasındadır. Prezident İlham Əliyev hər zaman bildirib ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Çünki qalib Azərbaycanın postmüharibə mərhələsində də ordu quruculuğunu diqqət mərkəzində saxlamasını şərtləndirən mühüm amillər var.
Maliyyə təminatının gücləndirilməsi
Postmüharibə dövründə Silahlı Qüvvələrin gücləndirilməsi müxtəlif pozisiyalar ürə həyata keçirlir. O cümlədən ölkənin iqtisadi-maliyyə imkanlarının getdikcə artması fonunda ordunun müasirləşdirilməsi, maddi-texniki təchizatının möhkəmləndirilməsi, kadr hazırlığı, əsgər və zabitlərin peşəkarlığının yüksəldilməsi, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması əsas hədəflər sırasında yer alır. Ordunun maliyyə təminatının gücləndirilməsi də vacib şərtlərdəndir. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 7 milyard manatdan çoxdur. Yəni son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Respublikamızda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edib. Bu vəsait 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çox olub. 2023-cü ilin təsdiqlənən büdcə layihəsində müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə 5 320 093 593,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulmuşdu. Ötən ilin yayında dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Əlavə vəsaitin də 1,1 milyard manatı məhz bəhs olunuan prioritet üzrə istiqamətləndirildi. 2024-cü il dövlət büdcəsi layihəsinə dəyişikliklərdən sonra müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 6 milyard 421 milyon manatdan 7 milyard 126,3 milyon manata çatdırılıb.
Yaradılan komando birlikləri
Postmüharibə dönəmində Azərbaycan Ordusundakı dəyişiklərdən biri strukturun yenilənməsi ilə bağlıdır. O cümlədən peşəkar hərbi heyətlər - komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adını qazanmaq üçün hərbi qulluqçuların komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, suüstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun strukturunun yenilənməsinin önəmindən bəhs edərək vurğulayıb: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.”
Komando birliklərinin yaradılması Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesi çərçivəsində həyata keçirilir. İki qardaş ölkə Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olduqlarını rəsmi qaydada təsdiqləyiblər. O cümlədən dünyada ən qabaqcıllardan olan Türkiyə Ordusunun yeniliklərinin respublikamızda da tətbiq olunmasına “yaşıl işıq” yandırılır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Müasir silahların alınması
Azərbaycan Ordusunun müasir silahlarla təmin olunmasının bir mənbəyi daxili istehsaldır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra respublikamızda bu sahənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. Nazirliyin “İqlim” Elmi İstehsalat, “Telemexanika”, “Peyk”, “Azon”, “Alov”, Elektron Hesablayıcı Maşınlar və “Radioquraşdırma” , “Dalğa”, “Araz” , “Avia-Aqreqat”, “Sənayecihaz” kimi müəssisələrində Silahlı Qüvvələrimizin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin etmək məqsədilə bir sıra yeni istehsal sahələri yaradılıb. Hazırda daxili istehsala aid “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları, “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə öz seqmentləri üzrə bütün dünyada ən yaxşılardan sayılır.
Ordumuzun Hərbi texnika təchizatının digər mənbəyi isə, heç şübhəsiz ki, xaricdən silah tədarüküdür. Məlumdur ki, hazırda silahların alınması ayrı-ayrı ölkələr üçün ciddi problem olaraq qalır. Prezident İlham Əliyev beynəlxaql miqyasda qazandığı nüfuzu və şəxsi dostluq əlaqələri sayəsində Azərbaycanın bu problemdən yan keçməsinə nail olub. Hazırda respublikamızın ayrı-ayrı ölkələrlə və qabaqcıl istehsalçılarla müasir silahların tədarükü üzrə əməkdaşlıq əlaqələri mövcuddur və imzalanan müqaviələr dəqiqliklə icra edilir. Ölkəmiz fərqli hərbi sərgilərdə təmsil olunur, eyni zamanda dövlət başçısı mütəmadi olaraq fərqli ölkələrin müasir hərbi təchizatları ilə tanış olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Pakistana dövlət səfəri çərçivəsində iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda (NASTP) hərbi sərgi ilə tanış olub. Sərgidə Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

