Azərbaycanın sülh mövqeyi qəti və aydındır
20.07.2024 [10:10]
Danışıqlardan yayınmaq Ermənistanın iflasını reallaşdıra bilər
Regional təhlükəsizliyin təmini, eləcə də sülhün formalaşması uğrunda Azərbaycanın apardığı fəaliyyət qlobal miqyasda diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələri, eləcə də siyasi təşkilatları iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesinin konturlarını yaxından izləyir, Azərbaycanın səylərini yüksək qiymətləndirir. Bu faktı danışıqlar prosesinə olan maraq, eyni zamanda, ortaya qoyulan mövqelər də təsdiqləyir. Vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - istər ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, istər bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən, 4 kəndin qaytarılması sülhə olan inamı artırır. Xüsusilə, ikitərəfli müzakirələrin davam etdirilməsi ilə bağlı verilən qərar, Qazaxıstanda və ABŞ-da keçirilən ikitərəfli görüşlər bölgədə yeni siyasi situasiyanın yaranması ehtimalını gücləndirir.
Danışıqlar beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılır
Sülh ilə bağlı məsələ “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında Azərbaycan Prezidentinin ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərində də diqqət mərkəzində olub. Prezident İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüş zamanı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.
Bundan başqa, tədbir çərçivəsində qarşı tərəfin müraciətinə əsasən Finlandiya Prezidenti Aleksandr Stubb, Litva Prezidenti Gitanas Nauseda ilə keçirilən görüşlərdə də Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə bağlı məsələyə toxunulub.
Bəli, 2020-ci il Vətən müharibəsinin və 2023-cü il atiterror tədbirlərinin yekunları regionda yeni geosiyasi reallıqlar formalaşdırıb ki, bu reallıqlardan ən əsası da Cənubi Qafqazda davamlı sülhə nail olunması şərtidir. Ötən dövrdə isə Azərbaycan prosesin irəliyə daşınması üçün kifayət qədər mühüm addımları ilə seçilib. Belə bir zamanda, Azərbaycanın yaratdığı bu mənzərəyə dəstək vermək, təhlükəsizliyin təmini uğrunda səfərbər olmaq Ermənistan üçün ilkin vəzifə sayılmalıdır. Ermənistanın üzərinə mühüm bir iş düşür - rəsmi İrəvan özünün qeyri-adekvat, qeyri-konstruktiv mövqeyindən əl çəkərək sülh prosesinə daha ciddi və zaman etibarı ilə daha tez diqqət yetirməlidir. Çünki bölgənin gələcək inkişafında ən əsas şərtlərdən sayılan təhlükəsizlik seqmentinin bütün detallar üzrə oturuşması üçün Ermənistan ilə Azərbaycan arasında davamlı, sabitliyə xidmət edəcək və əbədi sülhün yaranması ən ümdə şərtdir. Bunun üçün isə rəsmi İrəvan Azərbaycanın 2022-ci ildən təklif etdiyi sülh təşəbbüslərini qəbul etməli, bölgənin azad və təhlükəsiz inkişafı prosesindən iştirakçı olmalıdır. Eyni zamanda, İrəvan bütün qeyri-konstruktiv davranışlardan geri çəkilməli, sülh üçün göstərilən səylər səmimi tərzdə inkişaf etməlidir.
Konstitusiya dəyişikliyi ilkin şərtdir
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Olaf Şolts ilə görüşü zamanı bildirdiyi kimi, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Bu, amil sülhün ilkin şərtidir. Paralel olaraq Azərbaycanın sülh təşəbbüslərinə səmimi qarşılıq vermək, manipulyasiyaya əl atmamaq Ermənistan üçün həm yeganə, həm də ən effektiv çıxış yoludur. 2 ildən artıqdır ki, müzakirə edilən və fundamental mövzuları dəyişməsə də üzərində iş aparılan sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır.
Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, Azərbaycana qarşı əsassız ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Ermənistanın əsas qanunlar toplusunda Azərbaycanın suverenliyinə qarşı təhdid yer alır. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. 2005-ci il noyabrın 27-də dəyişiklik olunub. 2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib.
Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.
Beləliklə, Azərbaycan haqlı olaraq Ermənistan Kosntitusiyasının dəyişikliyinə ehtiyac duyulduğunu önə çəkir. Rəsmi İrəvan isə bu məsələni də yenidən manipulyasiyaya uğratmaqla sülhü gecikdirir.
Danışıqlardan yayınma cəhdləri...
Eyni zamanda, son günlərdə bəzi məsələlərdən “ruhlanaraq” yenidən köhnə, revanşist və təhdid yaratmağa meylli mövqeyinə qayıtmış kimi görünən Ermənistanın danışıqlardan yayınma cəhdlərinə də rast gəlinir. Prezidenti İlham Əliyev Oksfordda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşdə Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasını təəssüflə vurğulayıb.
Göründüyü kimi, Ermənistan yenə də danışıqlar prosesini ləngitmək, uzatmaq, prosesdən bu və ya digər bəhanələrlə yayınmaq kimi addımlara cəhdlər göstərir. Bu isə İrəvan üçün müsbət heç bir şey vəd etmir. Əksinə, Azərbaycanla danışıqlar prosesini sabotaj edərək yenidən silahlanmaya meyllənmək Ermənistan üçün sonun başlanğıcı sayıla bilər. Bu isə bütövlükdə, regionun və daha çox Ermənistanın gələcək inkişafı üçün mənfi çalarlar vəd etməkdədir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

