Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bəzi ölkələrin COP saxtakarlığı ifşa edildi...

Bəzi ölkələrin COP saxtakarlığı ifşa edildi...

24.07.2024 [10:10]

Azərbaycan MDB-də ilk dəfə COP29-a ev sahibliyi etməklə qlobal “yaşıl enerji” həmrəyliyində yeni imkanlar yaradacaq

Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində media nümayəndələrinin suallarını cavablandırarkən iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycanın qarşısına qoyduğu məqsəd və vəzifələrdən bəhs edib. COP29-a ev sahibliyi edən ölkəmizin COP heyətinin çox səmərəli işlədiyini, gündəliyimizin proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş olduğunu xatırladıb. Dövlətimizin başçısı iqlim sammitinin Azərbaycana həvalə olunması ilə bağlı qərarın qəbul edilməsindən altı ay keçməsinə baxmayaraq ölkəmizə qarşı əsassız ittihamların və hücumların artdığına da diqqət çəkib. Bunun başlıca səbəbi isə Azərbaycanın neft və qaz ölkəsi olmasıdır. Guya yanacaq istehsal və emal edən ölkədə ətraf mühitlə bağlı irəliləyişlər əldə etmək qeyri-mümkündür.

Əlbəttə, bu cür iddiaların heç bir əsası yoxdur və tamamilə qərəzli xarakter daşıyır. Çünki hazırda dünyada ətraf  mühitə zərər verən, daha doğrusu, karbon dioksidi yayan əsas ölkələr yüksək inkişaf etmiş dövlətlərdir ki, iqlim dəyişikliklərində əsas məsuliyyət onların üzərinə düşür. Məsələn, enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların təkcə 25 faizi (5,8 milyard ton) ABŞ-ın payına düşür. Yaxud, Hindistan, Rusiya, Braziliya, Yaponiya və digər ölkələr karbon dioksid emissiyasnda ən çox paya sahibdir. Çünki bu ölkələrin sənaye sektoru ənənəvi yanacaq emissiya edərək qlobal ekoloji mühitə ən çox zərərləri törədir. Neft və qazla zəngin olan körfəz ölkələri, Xəzəryanı dövlətlərin isə istilik effekti yaradan qazların emissiyasında payı həmin dövlətlərdən 30-40 dəfə azdır. 

Azərbaycanın dövlət başçısı Şuşada məhz bu məsələyə diqqəti cəlb etməklə Azərbaycanı   riyakarcasına hədəfə almaq istəyən Avropa və ABŞ QHT-lərini, müxtəlif dairələrin saxtakarlığını ifşa etdi. Cənab İlham Əliyevin “ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Yaxud, COP-a Misir ev sahibliyi edibdir. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya ev sahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər. Onlar “yaşıl texnologiya”ya, “yaşıl keçid”ə sərmayə qoyur, töhfə verirlər”. 

Dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60 faizdən çox artıb ki, bu zərərli tendensiyanın böyüməsində, sənaye çirklənməsində neft-qaz ölkələri yox, dünyanın əsas sənaye dövlətləri vəsilə olubdur. Ona görə də, COP29-a ev sahibliyi edən Azərbaycanı neft-qaz bəhanəsi ilə ətraf mühitə laqeyd ölkə kimi ittiham etmək saxtakarlıq və açıq riyakarlıqdır. Azərbaycan son illərdə CO2 göstəricisi üzrə kifayət qədər böyük azalma nümayiş etdirib və Azərbaycanda karbon dioksid (CO2) emissiyasını 1990-cı ildəki 58 milyon tondan 2020-ci ildə 

30 milyon tona endirib. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüşdü və bu öhdəlikləri sistemli şəkildə yerinə yetirib. Azərbaycan artıq AVRO-5 standartlarına keçib və bu amil də nəqliyyatın ətraf mühitə buraxdığı qazların miqdarının azalmasında mühüm rol oynayacaq.. 

2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycan bu istiqamətdə iradəsini nümayiş etdirir. 

Azərbaycanda və MDB regionunda ilk dəfə keçiriləcək COP29 beynəlxalq və yerli şirkətlərin bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri təqdim etmək, günəş və külək enerjisi, yaşıl hidreogen və s. enerji mənbələrinin istehsalı və nəqli ilə bağlı niyyətlərini səfərbər etmək, qlobal “yaşıl enerji” həmrəyliyini inkişaf etdirmək baxımından yeni fürsətlər açacaq. Dövlətimizin başçısının vurğuladığı kimi bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq”. 

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyətini bəyan edib. Həmin məqsəd və hədəflərə uyğun olaraq bu bölgədə yaxın 20 ildə alternativ enerji bloklarının tam hərəkətə gətirilməsi nəzərdə tutulur. Azərbaycan COP-29-a sahiblik edən ölkə kimi iqlim sammitinin də formatına yeni keyfiyyət dəyişiklikləri gətirir, dünyanın bir çox ölkələri ilə “yaşıl enerji” imkanlarını vahid bir koalisiyada birləşdirməyə çalışır, Avropa, Asiya,Yaxın Şərq və körfəz ölkələrini “yaşıl enerji” layihələrində sərmayə ötürücülüyünə təşviq edir. 

Bunun nəticəsidir ki, cari ilin birinci yarısında böyükhəcmli yaşıl sərmayələrin ilk addımları atılıb, xüsusilə də körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyükhəcmli sərmayə layihəsinin əsası qoyulub və hər iki şirkət külək və günəş enerjisi stansiyalarının tikintisini davam etdirir. Bundan başqa, digər investorlar - “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlıq başlanıb.

OPEC-lə yanaşı, dünyanın digər böyük donor institutları, o cümlədən Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) da COP29 və “yaşıl hidrogen” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri, “yaşıl hidrogen” və sahələrə investisiyalara açıq olduğunu bəyan edib. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb.

Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda günəş və külək stansiyalarının potensialı Azərbaycanda 27 qiqavat həcm istehsal etməyə imkan verə bilər. Bu gücdə bərpaolunan enerji güclərinin (istismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası isə Azərbaycanın liderliyi ilə Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi ilə Avropaya kifayət qədər böyük “yaşıl enerji” ixracına imkan verəcək. Bu layihə isə Cənub Qaz Dəhlizindən də daha böyük olmaqla dünya ölkələri arasında əməkdaşlığın daha nəhəng bir formatına çevriləcək.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31