Sülhə doğru daha bir addım...
26.07.2024 [10:00]
COP29 sülh sənədinin imzalanması üçün fürsət olacaqmı?
Qalib Azərbaycan bütün fürsətlərdən istifadə etməklə Ermənistanla münasibətlərin tənzimlənməsi prosesinə təkan verməyə çalışır. Ölkəmizin bir qədər bundan əvvəl rəsmi qaydada Ermənistana COP29-da iştirak etməklə bağlı müraciət ünvanlaması bunun daha bir təsdiqidir. Azərbaycanın bu müraciəti fonunda COP29-da iki ölkə arasında sülh sazişinin və yaxud çərçivə sənədinin imzalanması ilə bağlı müzakirələr intensivləşib. Fərqli baxışlar və yanaşmalar ifadə olunur.
Azərbaycanın xoş niyyəti
Azərbaycan postmüharibə dövründə yalnız sülh çağırışlarından çıxış edir. Dünya ölkələrinin təcrübəsi də təsdiqləyir ki, münaqişələr əbədi olaraq davam edə bilməz. Azərbaycanla Ermənistan da qonşu dövlətlər olaraq müharibə səhifəsini bağlamalı və gələcəyə baxmalıdırlar. Öz növbəsində Azərbaycan sülhyaratma prosesinə sadiqdir və bu prosesdə ədalət, beynəlxalq hüquq prinsiplərindən çıxış edilməsinin tərəfdarıdır. Respublikamızın İkinci Qarabağ müharibəsi başa çatandan sonra qarşı tərəfə ünvanladığı beş bənddən ibarət sülh paketi də məhz beynəlxalq miqyasda qəbul edilmiş prinsiplər əsas götürülməklə hazırlanıb.
Ev sahibi olan Azərbaycanın Ermənistana COP29-da iştirak etməklə bağlı rəsmi qaydada müraciət ünvanlaması ölkəmizin xoş niyyətinin daha bir ifadəsidir. Bu dəvət qarşılıqlı inam mühitinin yaranmasına xidmət edir. Ümumiyyətlə, bütün fürsətlərdən istifadə etməklə sülh üçün imkanları artırmaq lazımdır. Azərbaycan da məhz buna çalışır. Məlum olduğu kimi, indiyədək COP29-la bağlı həm Azərbaycandan, həm də Ermənistandan xoş niyyət ifadə olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş Nazirinin Aparatının ötən il dekabrın 7-də yaydığı bəyanatla əldə olunan əsas razılıq istiqamətlərindən biri məhz COP29-la bağlı idi. Həmin ərəfədə Ermənistan da COP29-a ev sahibi olmaq üçün Şərqi Avropa Qrupu üzrə namizədliyini irəli sürmüşdü. Sonradan bu ölkə namizədliyini geri götürdü və respublikamızın namizədliyini dəstəklədi. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə öz dəstəyini verdi. İndi Azərbaycanın Ermənistanı qlobal iqlim konfransına dəvət etməsi çox doğru olaraq ölkəmizin xoş ənənəyə sadiqliyi anlamında qəbul olunur.
Ermənistanda isə hələlik mücərrədlik hökm sürür. Belə ki, aradan günlər ötsə də bu ölkədən dəvətin qəbul, edilib-edilmədiyi və yaxud iştirakın hansı səviyyədə baş tutacağı ilə bağlı konkret cavab gəlməyib. “Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirakına dəvət məsələsinə toxunacaq”. Bu barədə “Hraparak” qəzetinə Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. “Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”, - deyə məlumatda bildirilib.
Burada Ermənistan rəsmilərinin soyuqqanlılığına heyrət etməyə bilmirsən. COP29 qlobal tədbirdir. Burada çoxsaylı ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər. Bu mənada, iqlim konfransı ikitərəfli dialoqu inkişaf etdirmək üçün yaxşı fürsət ola bilər. Buna görə də Ermənistanın Azərbaycanın xoş niyyətinə cavabı növbəti dəfə gecikdirməsinin məntiqi başa düşülmür. Bu ölkənin rəhbərliyi eyni ssenari üzrə hərəkət edir. Məlumdur ki, Azərbaycanın hazırlayıb təqdim etdiyi beş bənddən ibarət sülh təklifinə də qarşı tərəfdən uzun müddət ötəndən sonra çox məsuliyyətsiz cavab verilmişdi. Belə görünür ki, N.Paşinyan və komandası bu dəfə də xaricdəki havadarlarından Bakıya gəlib-gəlməməklə bağlı tezislər gözləyir. Əgər Makron və digərləri “hə” desələr, Paşinyan Bakıya gələ bilər. Ermənistanın “Yox” cavabı da İrəvanda deyil, Parisdə və yaxud digər paytaxtlarda veriləcək. Bu günlərdə Avropa Birliyinin Londonda baş tutan tədbirində Paşinyanın Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi göstərdi ki, Ermənistanın lideri kimin göstərişləri əsasında iş cədvəlini qurur. London Sammitindən öncəki günlərdə Ermənistan mətbuatında iki liderin görüşünün razılaşdırldığı barədə məlumatlar tirajlanırdı. Paşinyan Sammit çərçivəsində Makronla görüşdükdən sonra isə onun planları tamam dəyişdi. Təkcə bu fakt nəticə çıxartmaq üçün kifayətdir.
Mümkün görüşdən gözləntilər
Əvvəlcə onu qeyd edək ki, Ermənistan cəmiyyətində N.Paşinyanın və yaxud iqtidarın digər yüksəksəviyyəli rəsmilərinin Bakıya ayaq açmasına münasibət birmənalı deyil. Bir çox erməni ekspertləri bunu təslimçilik anlamında təqdim edirlər. Halbuki belə yanaşmaların heç bir məntiqi əsası yoxdur. Xatırladaq ki, artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsi davam etdiyi illərdə Azərbaycanın və Ermənistanın rəsmiləri, idmançılar Bakıda və yaxud İrəvanda müxtəlif beynəlxalq tədbirlərə qatılıblar. Ancaq torpaq itkilərinə məruz qalan Azərbaycanda bu heç bir halda təslimçilik kimi dəyərləndirilməyib, cəmiyyətimiz buna tam dözümlü münasibət sərgiləyib.
Noyabrda mümkün görüşdə hansısa bir sənədin imzalana biləcəyi ehtimallarına gəldikdə isə uzunmüddətli sülh sazişinin imzalanmasından söhbət belə gedə bilməz. Doğrudur, son vaxtlarda verilən məlumatlara əsasən, sazişin mətni hər iki tərəfdən təxminən 80-90 faiz civarında razılaşdırılıb. Ancaq ortada razılaşdırılmamış fundamental məsələlər var. Söhbət ilk növbədə Azərbaycanın iki mühüm şərtinin yerinə yetirilməməsindən gedir. Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq”, - deyə Prezident İlham Əliyev İkinci Şuşa Qlobal Media Forumunda sualları çavablandırarkən bildirib.
Respublikamızın digər mühüm şərti isə Ermənistan konstitusiyasında zəruri dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar yer alır. Həmin müddəalar əsas qanunda qaldıqca sülh sazişinin imzalanması mümkün deyil. Buna görə də Ermənistan real olaraq sülh istəyirsə mütləq qaydada ölkəmizə qarşı ərazi iddialarına konstitusional əsasda son qoymalıdır. “Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
COP29 tədbirində çərçivə sənədinin imzalanması daha mümkün görünür. Bu sənəddə hər iki ölkə sülhə sadiqliyini bir daha bəyan edə bilər. Bakıda çərçivə sənədinin imzalanması baş tutarsa, orada Azərbaycanın yuxarıda xatırlatdığımız iki vazkeçilməz şərti mütləq qaydada qeyd olunmalıdır. Biz çox tez-tez Ermənistan rəsmilərinin verdikləri vədlərin arxasından geri çəkildiklərinin şahidi olmuşuq. Artıq onların sözlərinə, vədlərinə hər hansı bir inam qalmayıb. Buna görə də onlardan söz yox, imzalanmış, müddəaları konkret şəkildə göstərilmiş sənədlər almaq lazımdır. Beləliklə, gözləyək, görək, COP29 sülh sənədinin imzalanması üçün bir fürsət olacaqmı?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

