Hər an hazırıq!
07.08.2024 [10:08]
Ordumuz döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlayır
2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrında başvermiş antiterror tədbirləri Ermənistanın 30 ildən çox davam etdirdiyi işğalına son verdi. İllərlə səbrlə işğalın beynəlxalq hüquq və sülh müstəvisində aparılan danışıqlarla tənzimlənəcəyini gözləyən Azərbaycan artıq son çıxış yolunu öz torpaqlarını güc yolu ilə azad etməkdə gördü - beynəlxalq hüquqa söykənərək ərazilərimizin işğaldan azad edilməsi prosesini özümüz öz gücümüzlə, Ordumuzun gücü ilə həyata keçirdik. Bu, bir tərəfdən Azərbaycanın uzun illərdən sonra haqqı və ədaləti bərpa etməsi, bir tərəfdən isə Silahlı Qüvvələrimizin gücünün nümayişi idi. Uzun illər boyunca aparılan ordu quruculuğu fəaliyyəti, yeni, müasir texniki təchizatla təmin edilmə, kadr potensialının gücləndirilməsi güclü və bütün əmrləri effektiv və tez bir zamanda həyata keçirməyə qadir Azərbaycan Ordusunun yaranmasını təmin etdi.
Post-müharibə dövründə münasibətlərin sülh yolu ilə təmin edilməsi gözlənilsə də, Ermənistanın artıq illərdir ki, prosesi buvə ya digər bəhanələrlə uzatdığını görürük.
Hazırkı situasiyada - regiona yaxın ərazilərdə yeni gərginliklərin meydana çıxdığı, hətta yeni eskalasiyanın gözlənildiyi bir dövrdə Ermənistanın yenidən sülh prosesini uzatması İrəvanın fərqli maraqlarından xəbər verir ki, bu da yaxşı heç nə vəd etmir. Min bir yolla təxribatlar axtarışında olan Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir...
Silahlandırma və müharibəyə təhrik
Vurğulandığı kimi, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan ötən dövr ərzində müəyyən “qaranlıq məsələlərə” ümid edir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Təbii ki, regionda marağı olan bəzi ölkələr, hətta region ölkələri Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışır. Ermənistanın davranışları həm də xarici təsirlərin proyeksiyası kimi dəyərləndirilir. Xüsusilə, Azərbaycanla vasitəçisiz görüşlərin keçirilməsi perspektivi dövründən başlayaraq əldə olunan razılaşmalara qarşı bu kimi etirazların formalaşdırılması prosesə açıq mane olmaq istəyindən doğur. Siyasi analitiklər daha çox Fransanı bu işin “təşkilatçısı” kimi vurğulayır.
Bariz nümunə isə Ermənistanın aktiv şəkildə silahlandırılmasıdır. Bu faktı Ermənistanın üzdə sülh prosesinə sadiq olduğunu bildirərək, arxa planda yeni müharibəyə hazırlaşması kimi dəyərləndirmək olar. Xüsusilə, Fransanın ötən dövr ərzində Ermənistanı real və ardıcıl şəkildə silahlandırması mühüm məqamlardan xəbər verir. Əgər dünənə qədər, dəyəri milyon dollarla ölçülən və “Arquus” qrupunun istehsalı olan“Bastion” tipli zirehli texnika, MISTRAL 3 zenit-raket kompleksləri, və başqa silahlar ötürülürdüsə, bu dəfə daha yenisilahlar verilir. Artıq Fransa Ermənistana yeni və daha öldürücü mahiyyətə malik silahlar ötürür. Məsələn, Ermənistanın başnaziri Suren Papikyanın Parisə son səfəri zamanı imzalanan müqaviləyə əsasən İrəvana verilmiş “Caesar” haubitsalarının göstəricisi tamam fərqdlidir - bu silah 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. “Caesar” zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Bu səbəbdən artileriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən “Caesar” artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsalına 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-cu ildə təhvil verilib. Özüyeriyənartileriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-liktopa malikdir. Beləliklə, Ermənistanın bu silahlar vasitəsilə Ermənistanı müharibəyə hazırlaşdırması faktı açıq şəkildəortadadır. Çünki bu silahların qarşılığında ödəməyə pulu olmayan İrəvan Fransanın cızdığı yol ilə getməyə məcburdur - düzdür, yayılan xəbərlərdə yeni “silahlandırma müqavilə”sinindəyəri haqqında məlumat verilməsə də, bəzi mənbələrdə “Caesar” artilleriya qurğusunun birinin 7 milyon dollar qiymətində dəyərləndirilməsinə rast gəlmək olar. Bu isə olduqca böyük rəqəmdir. Demək ki, Fransa bu silahlarınmqarşılığında Cənubi Qafqazda yeni eskalasiyalar yaratmaq, yeni təhdidlər formalaşdırmaq niyyətindədir. Bunun üçün isə ilk növbədə şərti sərhəd ərazilərində aranı qarpışdırmaq - atəşkəsi pozmaq gərəkir. Yəni Ermənistan sözdə “sülh” desə də, əməldə tam fərqli bir mövqe tutur...
Təsadüfi deyil ki, iyulun 18-də İngiltərədə Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsədə, Paşinyan dialoqda iştirakdan boyun qaçırdı - bu isə Ermənistanın yenidən Fransanın fitvası ilə sülh prosesindən yayınma cəhdi kimi dəyərləndirilir. Eyni zamanda, paralel olaraq danışıqlardan yayınması Ermənistanın revanşizm və yeni eskalasiya axtarışında olması ilə bağlı fikirləri təsdiqləyir...
Revanşizm havası
Azərbaycan isə artıq bütün problemlərini həll edib - Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz öz vəzifəmizi yerinə yetirmişik. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub, 30 ilə yaxın davam etmiş işğal prosesi sonlandırılıb, separatizm ləğv edilib.
Beləliklə, Azərbəycan dövləti üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. İndiki halda artıq aktuallıq daşıyası yeganə mövzu sülh və əməkdaşlıq olmalıdır. Amma görünən budur ki, Ermənistandakı bəzi qüvvələr sülh və əməkdaşlıqdan daha çox müharibə və revanşizm “havasındadır”. Amma onlar anlamırlar ki, prosesartıq yekunlaşıb - Azərbaycan səbrlə, təmkinlə bundan sonrakı proseslərin dinc və qarşılıqlı maraqlar çərçivəsində inkişaf etməsini arzulayır. Ermənistan tərəfinin hansısa fərqli davranışı və ya yanaşması Azərbaycanı yenidən hərəkətə gətirə bilər. Bu il mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var: “Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.
Dünyanın ən yaxşı ordularından biri...
Azərbaycanda müasir ordu quruculuğu siyasəti hər zamanən prioritet hədəflər arasında yer alır - milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi işi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Arxada qoyduğumuz illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verdi - 2020-ci il Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bunun əsas amilləri isə ondan ibarət idi ki,
- Ötən illər ərzində hərbi hissələrin komplektləşdirilməfaizi və keyfiyyəti yüksək səviyyədə həyata keçirilmişdi;
- Peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixolojicəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərinfəaliyyəti;
- Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılmışdı.
Ümumiyyətlə, həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə ortaya qoyur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, müasir Azərbaycan Ordusu bu gün regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli orduları sırasına daxildir.
Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir
Yeri gəlmişkən, avqustun 3-də Müdafiə Nazirliyində keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniştərkibli kollegiya iclasındakı çıxışında müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinad edərək bildirib ki, istənilən təxribatlara qarşı hər an hazır olmaq lazımdır, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır.
Eyni zamanda, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri bu günlərdə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. General-polkovnik K.Vəliyev hərbiaviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb. Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik K.Vəliyev tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

