/ / Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
09.11.2012 [02:05]
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimin iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib və bildirib ki, Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Olimpiya hərəkatı sahəsində böyük işlər görülüb, idmanın müxtəlif növlərinin inkişafı üçün uğurlu addımlar atılıb. Bu illər ərzində idman uğurlarımız artıb, eyni zamanda, beynəlxalq əlaqələrimiz genişlənib. Milli Olimpiya Komitəsinin yubiley mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana çoxsaylı qonaqların gəlişi də əlaqələrimizin nə qədər geniş olduğunu nümayiş etdirir.
Dövlətimizin başçısı bu gün ölkəmizdə beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə müxtəlif idman növləri üzrə çempionatların keçirildiyini söyləyib. Prezident İlham Əliyev vurğulayıb ki, qonaqpərvərliyimiz və yüksək səviyyədə təşkilatçılığımız bu idman yarışları üçün nadir şərait yaradır: “Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən qiymətləndirilir. İdmanın, Olimpiya hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir. Beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-Olimpiya idman növləri üzrə çempionatlar keçirilmişdir. Sentyabr-oktyabr aylarında ilk dəfə olaraq 17 yaşadək qadınlar arasında futbol üzrə dünya birinciliyi Bakıda, Azərbaycanda çox yüksək səviyyədə keçirilmişdir. Deyə bilərəm ki, bu təcrübə bizə imkan verəcəkdir ki, gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edək”.
Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır, kompleks tədbirlər görülür və ilk növbədə, bu istiqamətdə çox uğurlu dövlət siyasəti aparılır. Bütün idman qurumları vahid şəkildə fəaliyyət göstərir: “İdmanla məşğul olan, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar, bir daha qeyd etmək istəyirəm ki, vahid siyasət çərçivəsində fəaliyyət göstərirlər. Deyə bilərəm ki, Azərbaycan o nadir ölkələrdəndir ki, burada idman nazirliyi, Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri arasında heç bir anlaşılmazlıq yoxdur. Əksinə, maksimum dərəcədə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək vardır. Çünki bu, bizim ümumi işimizdir. İdman, demək olar ki, əksər ölkələrin ictimai həyatında önəmli bir amilə çevrilibdir. İdman yarışlarında, xüsusilə Olimpiya oyunlarında ölkələr bir-biri ilə yarışırlar. Təsadüfi deyildir ki, idman sahəsində əldə edilən uğurlar bilavasitə ölkələrin inkişaf göstəricilərinə də uyğundur. İnkişaf etmiş ölkələrdə, adətən idman da inkişaf edir. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir”.
Prezident İlham Əliyev bütün idman ictimaiyyəti və Azərbaycan xalqını Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə təbrik edib, idmançılara yeni uğurlar arzulayıb. Sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç çıxış edərək Avropa Olimpiya Komitəsinin prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin təbriklərini çatdırıb. “Təbrik edirəm, siz idman sahəsində böyük uğurlar, fantastik nailiyyətlər əldə edirsiniz”, - deyən qonaq London Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğurların bunu bir daha təsdiqlədiyini söyləyib.
Azərbaycanı gələcəyə nəzər salan idman ölkəsi adlandıran Janez Koçijançiç Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti rəhbərlik etdiyi qurumun Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığından danışıb və Azərbaycanda idmanın, xüsusilə də güləşin inkişafına verilən dəstəyə görə dünyanın bütün güləşçiləri adından minnətdarlığın bildirib.
Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

