Davamlı proses - demokratik inkişaf
28.08.2024 [10:12]
Bu gün qlobal miqyasda milli dövlətlərin inkişaf səviyyəsi həm də ölkələrdəki demokratik mühitə istinad edilməklə müəyyənləşdirilir. Bu baxımdan Azərbaycanın öz inkişafını demokratik islahatlar yolu ilə davam etdirməsi təqdirəlayiq haldır. Əlbəttə demokratiyanı mütləq bir anlayış kimi qəbul etmək mümkün deyil. Bu, davamlı bir prosesdir. Burada əsas məsələ dövlətlərin və liderlərin siyasi iradəsidir. Ölkəmizdə demokratik dəyişikliklər, siyasi sistemin təkmilləşdirilməsi, yeni çağırışlara və reallıqlara uyğun qərarların qəbul edilməsi, vətəndaş cəmiyyətinin fəallığının artırılması davamlı prosesə çevrilib. Bu gün tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Yeri gəmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) seçki platformasında demokratik inkişaf mühüm müddəalardan biri qismində təsbit olunub.
Heydər Əliyevin “hakimiyyətin mənbəyi xalqdır” prinsipi tam bərqərar olub
Ölkəmiz yüksək demokratik inkişaf səviyyəsinə hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti quruculuğu yolu ilə çatmağı özünün strateji kursu kimi müəyyənləşdirib. Müstəqil Azərbaycanın banisi Heydər Əliyev hələ 1993-cü ildə ölkəmizin strateji inkişaf xəttini bəyan edərək deyib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır”.
Azərbaycan ötən dövrdə bu strateji kursa daim sadiqlik nümayiş etdirib. Ölkədə aidiyyəti qurumların funksionallığının artırılması, onların praktiki müstəvidə effektiv fəaliyyətinin təmin olunması, həmçinin zəruri hüquqi bazanın möhkəmləndirilməsi yolu ilə hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti quruculuğunun dövlət siyasətində prioritetliyinin təmin olunması həmişə ölkəmizin əsas paradiqmaları sırasında yer alıb.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu və demokratiyanın inkişafı üçün fundamental baza rolunu oynayır. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Qeyd edək ki, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub.
Konstitusiyanın qəbul edilməsi ölkədə geniş hüquqi və demokratik islahatlar həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Böyük siyasətçi Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti nəticəsində ölkəmizdə “hakimiyyətin mənbəyi xalqdır” prinsipi tam bərqərar olub, demokratik institutlar və vətəndaş cəmiyyəti təsisatları yaradılıb. Genişmiqyaslı demokratik islahatlar nəticəsində vətəndaşların hüquq və azadlıqları təmin olunub, ictimai münasibətlər demokratik normalar əsasında inkişaf edib, siyasi qüvvələrin dinc şəraitdə və sivil qaydalar müstəvisində sağlam rəqabəti üçün əlverişli zəmin formalaşdırılıb. “Azərbaycan xalqının hakimiyyətin yeganə mənbəyi olması, seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ölkəmizin demokratik siyasi sisteminin əsaslarını təşkil edir”, - deyə YAP- ın seçki platformasında vurğulanıb.
Yeni siyasi konfiqurasiyanın formalaşması
Ölkəmizdə demokratikləşmə prosesi Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sürətli bir prosesə çevrilib. Son 20 ildə ölkədə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Respublikamızın demokratik inkişaf sahəsində qazandığı uğurları nəzərə çatdıran Prezident İlham Əliyev “Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir”, - deyə vurğulayıb.
Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda vətəndaş cəmiyyətinin fəallığı və siyasi palitranın rəngarəngliyi yüksək səviyyədə təmin edilib. Bu gün qürur hissi ilə vurğulaya bilərik ki, Azərbaycan söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Hazırda Azərbaycan dünya miqyasında mediaya dövlət dəstəyi göstərən azsaylı ölkələrdən biridir.
Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması Azərbaycanın demokratiya sahəsində qazandığı ən böyük uğurlardandır. Zaman ötdü?cə tələblər dəyişir və qarşıya yeni çağırışlar çıxır. Ölkəmizin demokratik inkişafla bağlı hədəfləri də məhz transformasiyalara uyğun müəyyənləşdirilir. 2022-ci ildə respublikamızda “Siyasi patiyalar haqqında” yeni qanun qəbul edildi. Yeni qanunun qəbul edilməsi tarixi zərurət idi. Çünki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunmuşdu. Ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını şərtləndirirdi. Beləliklə, parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Yeni qanun layihəsi hazırlandı və müzakirələrə çıxarıldı. Müzakirələr mərhələsində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu. Bütövlükdə, qəbul edilənədək qanun layihəsinə 110 düzəliş edilib. Dünyanın qabaqcıl ölkə?ərinin təcrübəsi və yeni qlobal çağırışlar nəzərə alınmaqla hazırlanaraq qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin artmasına geniş imkanlar açır. Deyə bilərik ki, respublikamızda siyasi konfiqurasiyanın dizaynında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu proses uğurla irəliləməkdədir.
Hazırkı seçki marafonu ölkəmizdə demokratik mühitin yüksək səviyyədə bərqərar olmasının daha bir göstəricisidir. Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi statistikadan aydın şəkildə görünür ki, qarşıdan gələn seçkilərə Azərbaycan cəmiyyətində, o cümlədən də siyasi partiyalarda böyük maraq var və seçkilər ciddi rəqabət mühitində keçəcək. Bütövlükdə, 24 siyasi partiyanın namizədləri, o cümlədən də ayrı-ayrı partiyaların rəhbərləri seçki marafonuna qoşulublar və hazırda tam sərbəst şəkildə özlərinin təbliğat-təşviqat kampaniyalarını aparırlar. Namizədlər üçün yeganə tələb və şərt isə qanunvericiliyin tələblərini gözləməkdir. Seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyəcəklər.
Azərbaycanın sərbəst seçimi
Ölkənin demokratikləşməsi Azərbaycanın sərbəst seçimidir. Burada biz kənar diktələri qəbul etmirik. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müasir dövlət kimi inkişaf etdirilir. Demokratiyanın genişləndirilməsi də respublikamızın müasir dövlət quruculuğu hədəflərinin ön sıralarında yer alır.
Qeyd etmək yerinə düşər ki, bütövlükdə Azərbaycan cəmiyyəti dövlətin demokratikləşmə siyasətini dəstəkləyir. Məlumdur ki, xaricdəki bəzi dairələr demokratiya anlayışını milli dövlətlərə qarşı bir təzyiq vasitəsinə çevirməyə çalışırlar. Açıq deyək ki, biz də belə hallarla üzləşmişik, ayrı-ayrı illərdə demokratiya tələbi ilə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərilib. Ancaq respublikamızda bu ssenarilər baş tutmayıb və burada cəmiyyətin, bütün xalqın dövlətə dəstəyi həlledici olub. Ölkəmizdə demokratik dəyərlərə zidd olan neqativ hallara qarşı sistemli mübarizə aparılır və bu siyasət bundan sonra da davam etdiriləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Sentyabr 15:30
Elm
10 Sentyabr 15:27
YAP xəbərləri
10 Sentyabr 15:08
YAP xəbərləri
10 Sentyabr 14:52
YAP xəbərləri
10 Sentyabr 14:50
Hərbi
10 Sentyabr 14:47
Sosial
10 Sentyabr 14:46
Dünya
10 Sentyabr 14:16
Xəbər lenti
10 Sentyabr 14:15
İqtisadiyyat
10 Sentyabr 14:13
İdman
10 Sentyabr 14:12
Gündəm
10 Sentyabr 14:03
Elm
10 Sentyabr 12:57
Xəbər lenti
10 Sentyabr 12:42
Elm
10 Sentyabr 12:25
YAP xəbərləri
10 Sentyabr 12:23
YAP xəbərləri
10 Sentyabr 12:21
Dünya
10 Sentyabr 11:57
Elm
10 Sentyabr 11:55
İdman
10 Sentyabr 11:54
Dünya
10 Sentyabr 11:53
Elm
10 Sentyabr 11:53
Diaspor
10 Sentyabr 11:52
Sosial
10 Sentyabr 11:18
Sosial
10 Sentyabr 11:17
İdman
10 Sentyabr 11:15
Xəbər lenti
10 Sentyabr 11:14
Dünya
10 Sentyabr 11:13
Sosial
10 Sentyabr 11:02
Elm
10 Sentyabr 11:02
İdman
10 Sentyabr 09:54
Elm
10 Sentyabr 09:53
Gündəm
10 Sentyabr 09:41
Gündəm
10 Sentyabr 09:33
Siyasət
10 Sentyabr 09:22
Elm
10 Sentyabr 09:04
Siyasət
10 Sentyabr 09:00
İdman
10 Sentyabr 08:57
Siyasət
10 Sentyabr 08:54
Siyasət
10 Sentyabr 08:52
Siyasət
10 Sentyabr 08:42
Siyasət
10 Sentyabr 08:39
Siyasət
10 Sentyabr 08:36
Siyasət
10 Sentyabr 08:33
Siyasət
10 Sentyabr 08:28
Maraqlı
10 Sentyabr 08:25
MEDİA
10 Sentyabr 08:22
Dünya
09 Sentyabr 23:35
Dünya
09 Sentyabr 22:49
Siyasət
09 Sentyabr 22:17
Elm
09 Sentyabr 21:42
İdman
09 Sentyabr 21:37
Gündəm
09 Sentyabr 21:02
İqtisadiyyat
09 Sentyabr 20:57
Sosial
09 Sentyabr 20:31
Sosial
09 Sentyabr 20:26
Elm
09 Sentyabr 20:09
Mədəniyyət
09 Sentyabr 20:04
Mədəniyyət
09 Sentyabr 19:43
Xəbər lenti
09 Sentyabr 19:14
Elm
09 Sentyabr 18:34
İqtisadiyyat
09 Sentyabr 18:28
İqtisadiyyat
09 Sentyabr 18:27
Hərbi
09 Sentyabr 18:26
Sosial
09 Sentyabr 18:21
İqtisadiyyat
09 Sentyabr 18:21
Elm
09 Sentyabr 17:48
Dünya
09 Sentyabr 17:41
Sosial
09 Sentyabr 17:40
Sosial
09 Sentyabr 17:38