1 sentyabr seçkiləri - demokratik ənənələrin davamı...
03.09.2024 [10:34]
VII çağırış parlament seçkiləri ilə bağlı beynəlxalq rəy müsbət xarakter daşıyır
Sentyabrın 1-də keçirilən VII çağırış Azərbaycan Milli Məclisinə seçkilər bir sıra mühüm xüsusiyyətlərinə görə seçildi. İlk növbədə müstəqilliyimiz dövründə bütün Azərbaycan ərazilərində keçirilən ilk parlament seçkisi kimi tarixə düşən 1 sentyabr seçkiləri həm də demokratiyanın inkişafı yolunda mühüm addım kimi seçildi. Seçki prosesinin bütün mərhələlərində şəffaflıq, demokratiya və ədalət prinsipləri, qanunvericiliyin norma və tələbləri qorundu. Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq, seçki təşviqatı prosesində namizədlərə geniş və bərabər imkanlar yaradıldı. Bu, ölkədə demokratik dəyərlərin qorunmasına xidmət edən vacib amillərdən biri kimi önə çıxır - namizədlər KİV-lərə bərabər çıxış imkanı əldə edir, yerlərdə seçicilərlə görüşlərini təşkil edir, öz proqram və məramlarını onlara çatdıra bildilər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların seçki prosesində azad və aktiv iştirakı üçün bütün şərait formalaşdırıldı. Bunun nəticəsi idi ki, ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 26 siyasi partiyanın 25-i öz namizədləri ilə seçkidə iştirak etdi.
Seçicilər öz iradələrini azad şəkildə ifadə etdi
Azərbaycanda keçirilən seçki prosesində insan hüququ və azadlıqları prinsipinin, eyni zamanda qanunvericiliyin tələblərinin qorunması ilk sırada qərar tutur - bu seçki prosesində də namizədlərin seçicilərlə görüşlərində öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün bütün şərait formalaşdırımışdı. Yeni sosial innovativ yeniliklərdən, müasir texniki imkanlardan istifadə etməklə seçicilərlə aktiv ünsiyyət quruldu. Bu, seçicilərin məlumatlı şəkildə qərar vermələrini və öz seçimlərini etmələrini təmin edən əsas amillərdən biri kimi çıxış etdi - səsvermə prosesi şəffaf və demokratik prinsiplərə əsaslanaraq baş tutdu. Səsvermə günü bütün seçki məntəqələrində şəffaflıq və ədalət prinsipləri təmin olundu. Səsvermə zamanı heç bir seçiciyə təzyiq göstərilmədi və hər bir seçici öz iradəsini azad şəkildə ifadə edə bildi. Cünki seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri seçki prosesinin ən vacib aspektidir. Bu, demokratik prinsiplərin qorunmasını və seçkilərin legitimliyini təmin edən əsas amil kimi çıxış edir.
Beynəlxalq rəy...
Qeyd edək ki, tarixi əhəmiyyət daşıyan növbədənkənar parlament seçkilərinin səsvermə prosesini çoxsaylı yerli və beynəlxalq müşahidəçilər geniş şəkildə izlədilər. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək seçki prosesinin çoxsaylı standartlara uyğun keçməsini təmin edir. Səsvermə prosesinin şəffaflığını və ədalətliliyini təmin etmək üçün müşahidəçilər tərəfindən aparılan müşahidələr əsasında, seçkilərə rəy verilir - seçkini izləyən müşahidə missiyalarının üzvləri seçkilərin ədalətli, sakit və demokratik ab-havada keçdiyini bildirir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən seçki prosesini yaxından izləyən Türkiyə Böyük Millət Məclisinin, Pakistan Milli Assambleyasının eyni zamanda Pakistan Senatının, Mərakeş, Böyük Britaniya, İtaliya, Malayziya, Gürcüstan, Ukrayna, Moldova, Serbiya, Rumıniya, Efiopiya parlamentlərini təmsil edən müşahidəçilər, Rusiya Federasiyasını təmsil edən müstəqil müşahidəçilər, Rusiyanın Federasiya Şurasının nümayəndələri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, MDB PA, Asiya Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi, GUAM PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, TürkPA, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı, Şanxay Əməkdaşalıq Təşkilatını təmsil edən nümayəndə heyətləri hər biri ayrı ayrılıqda seçkinin demokratik standartlara uyğun keçirildiyini bildirib. Keçirilən mətbuat konfranslarında müşahidəçilər seçki məntəqələrində səsvermə üçün rahat şəraitin yaradıldığını, təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırdılar.
Tarixi əhəmiyyət...
Bəli, Azərbaycan tarixində mühüm bir mərhələ kimi yadda qalan VII çağırış növbədənkənar parlament seçkiləri baş tutdu. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi qələbədən və 2023-cü il antiterror tədbirlərindəki uğurdan sonra ilk dəfə olaraq, Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirildi. Bu mənada 1 sentyabr seçkiləri həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının simvolik ifadəsi olaraq qəbul edilir. Seçkilərin bütün ərazilərdə keçirilməsi, ölkənin vahidliyini və siyasi sabitliyini təsdiq edir və bu prosesin demokratik prinsiplərə uyğun şəkildə həyata keçirilməsi Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

