MSK Parlament seçkilərinə yekun vurub
17.09.2024 [08:17]
Yekun Protokol Konstitusiya Məhkəməsinə təqdim edilib
Bölgədə yeni siyasi reallıqlar formalaşdırmış Azərbaycanda gedən daxili siyasi proseslər də bu yeni reallıqlara əsaslanır. Demokratik inkişaf ənənəsinə sadiqlik nümayiş etdirən, yeni siyasi konfiqurasiyanın və siyasi həmrəyliyin daha da möhkəmlənməsi üçün zəmin formalaşdıran dövlətimiz ölkədə insan hüquq və azadlıqlarının qorunması, azad seçki hüququnun təkmilləşdirilməsi istiqamətində addımlar atır. Bunun nəticəsidir ki, ölkəmizdə baş tutan seçki prosesləri beynəlxalq müstəvidə yüksək dəyərdəndirilir, mühüm demokratiya nümunəsi sayılır.
Bu il sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə növbədənkənar seçkilər də dünya birliyindən və ölkəmizdən olan minlərlə müşahidəçi tərəfindən izlənildi. Seçkilərlə bağlı rəylər bir daha onu göstərdi ki, Azərbaycan demokratik inkişaf yolu ilə qətiyyətli şəkildə irəliləyir.
Yeri gəlmişkən, dünən Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb
MSK üzvləri yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsini müzakirə ediblər. Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.
Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.
Rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub...
Vurğulandığı kimi, seçki prosesində müasir texnoloji imkanlardan da istifadə edilir. MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilər elan edildikdən sonra seçki günü də daxil olmaqla Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış qeydə alınıb. Yalnız səsvermə günü isə bu rəqəm 569 min 675 olub. O bildirib ki, səsvermə günü dünyanın müxtəlif ölkələrindən veb-kameralara 570 min 49 baxış olub.
Bəzi seçki məntəqələrinin nəticələri ləğv edilib...
İclasda seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb. Qeyd edilənlər nəzərə alınmaqla, seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işi başa çatıb.
Eyni zamanda, müxtəlif seçki dairələrində 20 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb. Seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.
Konstitusiya Məhkəməsi 10 gün ərzində yoxlayacaq...
İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

