Azərbaycanın formalaşdırdığı sülh reallığı...
18.09.2024 [10:37]
Beynəlxalq aləm bu faktı təsdiqləyir
Blinkenin zəngi ölkəmizin regionun əsas güc mərkəzi kimi qəbul edilməsinin təsdiqidir
2020-ci il Vətən müharibəsindən sonrakı mərhələ Cənubi Qafqaz üçün yeni proqressiv inkişaf tendensiyası formalaşdırıb. Bu tendensiyada əsas amil kimi Azərbaycanın fəaliyyəti dəyərləndirilir - sülh prosesinin reallaşması üçün ortaya qoyulan qətiyyət, bölgədə yeni əməkdaşlıq münasibətlərinin formalaşması üçün nümayiş etdirilən iradə, beynəlxalq hüquqa və ədalətli mövqeyə əsaslanan regional lider statusunun layiqincə yerinə yetirilməsi ölkəmizin yeni dövr üçün əsas strateji yanaşmasıdır. Bu kimi mühüm geosiyasi vəzifənin həyata keçirilməsi isə təbii olaraq, ölkəmizin dünyadakı müsbət nüfuzunu daha da artırır. Müstəqil xarici siyasət kursu yürüdən Azərbaycan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır - onların qlobal atlasda oynadığı iqtisadi-siyasi rol bizim üçün həlledici deyil. Ölkəmiz qarşılıqlı hörmət, milli maraqlar çərçivəsində, ən əsası bərabərhüquqlu münasibətlərin formalaşmasında və inkişafında maraqlıdır.
Sülh prosesində irəliyə doğru addım...
Yeni dövr üçün ən aktual məsələ isə mübahisəsiz olaraq regional sülhün təminidir. Bu, həm region ölkələri, həm regionətrafı dövlətlər, eyni zamanda, qlobal proseslərə aktiv təsirləri olan böyük dövlətlər üçün də xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycanın 2022-ci ildən start verdiyi sülh prosesinin indiyə qədər qət etdiyi yolda qazanılan uğurlar da var - burada müəyyən ərazilərin delimitasiya və demarkasiya edilməsi üçün ortaya qoyulan qətiyyət xüsusilə diqqəti cəlb edir. Düzdür, müəyyən məsələlərlə bağlı hələ də müzakirələr aparılsa da, Ermənistanın tutduğu qeyri-adekvat mövqe müəyyən çətinliklər yaratsa da, ümumilikdə, sülh prosesinin aparılması təqdirəlayiq sayılır. Bu fakt dünya birliyinin nümayəndələri tərəfindən də təsdiqini tapır.
Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi zamanı da bu kimi məsələlərə toxunulub. Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
ABŞ dövlət katibinin vurğuladığı məsələlər birmənalı şəkildə Azərbaycanın sülh prosesinə töhfəsidir - qalib ölkə olsa da, Azərbaycan bütövlükdə, ədalətli sülhün tərəfdarı olduğunu hər zaman önə sürüb. Ölkəmiz bütün prinsiplərdə - paralel olaraq həm də delimitasiya prosesində hüquqi standartlara riayət edilməsini arzulayır. Bu kimi mövqe isə bizim humanizmimizi bir daha dünyaya nümayiş etdirir.
Dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə bəlli olduğu kimi, 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq hazırlanıb. Məhz aprel görüşü delimitasiya prosesində dönüş nöqtəsi sayılır - əldə olunan razılıqlar, Azərbaycanın anklav kəndələrinin boşaldılması ilə bağlı razılıqlar məhz həmin görüşdə əldə edilmişdi. Qeyd edək ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı proses uzunmüddətli proses sayılır və hazırda davam etdirilir.
ATƏT-in Minsk Qrupu ləğv edilməli, Ermənistan Konstitusiyası dəyişməlidir
Münasibələrin normallaşması üçün əsas vacib şərt sayılan sülh və sabitlik isə artıq bölgədə mövcuddur - 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri regionda yeni siyasi situasiya formalaşdırdı. 30 illik erməni işğalına son verən Azərbaycan gücü və qətiyyəti sayəsində yeni mərhələ yaratdı. Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev regionda artıq sülhün mövcud olduğunu deyib. Dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Bəli, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz danışıqlar prosesi davam etdirilir. Ötən 30 il ərzində artıq tarixə qovuşmuş “münaqişənin” həlli ilə bağlı vasitəçi qismində çıxış etdiyini irəli sürən ATƏT real fəaliyyəti ilə yadda qalmadı - bu dövr ərzində yalnız Azərbaycana qarşı fərqli standartlardan çıxış edən bu beynəlxalq təsisat ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etmədi. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar, Blinkenin də qeyd etdiyi Əsasnamənin imzalanması sübut etdi ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz.
Paralel olaraq, davamlı sülh üçün hüquqi əsas yaradılmalıdır. Bunun üçün isə ədalətli və dayanıqlı sülhə mane olan ən mühüm amil - Ermənistan Konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan məqamlar çıxarılmalıdır. Ermənistan həqiqətən də sülh istəyirsə, bu dəyişiklikləri həyata keçirməli, sülh üçün irəliyə doğru addımı atmalı və Azərbaycan torpaqlarına, eləcə də Türkiyəyə qarşı əsassız iddialarından geri durmalıdır.
Azərbaycanın təcrübəsi təqdir olunur...
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib. Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin ölkəmizdə keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın ən bariz göstəricisidir. Rəsmi Vaşinqtonun Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini xüsusi vurğulaması isə Azərbaycan təcrübəsinin diqqətlə izlənilməsi deməkdir. Ölkəmizin irəli sürdüyü təşəbbüslər, qlobal təhdidlərin aradan qaldırılması istiqamətində ortaya qoyduğumuz mövqe hər zaman təqdir olunur. Ekoloji tarazlığın yaradılması üçün ortaya qoyulan mövqe və səylər də bunun davamdır. Bu, həm də Azərbaycanın ABŞ tərəfindən regionun əsas güc mərkəzi kimi qəbul edilməsinin təsdiqidir.
Bəli, Azərbaycan bütün dünyada güvənilən, etibarlı və sözübütöv tərəfdaş kimi şöhrət qazanıb. Ölkəmiz hətta ən ağır günlərində belə beynəlxalq hüquqa, beynəlxalq ədalət prinsipinə əsaslanıb. Bu gün də həmin yolla irəliləyir. Ölkəmizin ortaya qoyduğu əməkdaşlıq və tərəfdaşlığa söykənən platforma hər kəs üçün açıqdır - burada əsas şərt səmimiyyət və dürüstlükdür...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

