Qoşulmama Hərəkatından Azərbaycana növbəti dəstək
12.10.2024 [08:05]
Ölkəmizin COP29 ərəfəsində “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub
Azərbaycanın dünya miqyasında nüfuzunun və ətraf mühitin qorunmasına töhfələrinin nəticəsidir ki, mühüm beynəlxalq platforma olan COP29-un ölkəmizdə keçirilməsinə dair yekdil qərar qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi haqqında verilən qərarın siyasi əhəmiyyəti də böyükdür. Təsadüfi deyil ki, qarşılıqlı razılaşma əsasında Ermənistan da COP-29-un ölkəmizdə keçirilməsini dəstəkləyib. Azərbaycan da bu ölkənin Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə razılıq verib. Dünyanın bütün nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstək ifadə edirlər.
COP29 ərəfəsində sülh çağırışı
İqlim dəyişikliyi kimi aktual çağırışın müzakirə olunacağı tədbir zamanı müharibələrin dayandırılması da mümkün və tam realdır. Bu səbəbdəndir ki, Azərbaycan COP29-un keçirildiyi zaman bütün münaqişələrin dayandırılması və atəşkəsin elan olunması ilə bağlı çağırış edib. Ölkəmizin COP29 ərəfəsində sülh çağırışı etməsi heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini Azərbaycan qədər vacib sayan ölkələrin sayı çox azdır. Bu da onunla bağlıdır ki, ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində ölkəmiz böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız humanitar fəlakət yaşayıb.
Yay və Qış Olimpiya Oyunları zamanı bəzi müharibələrdə atəşkəs elan olunub
Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Ölkəmiz qardaş Türkiyə ilə birlikdə 3+3 platformasını irəli sürüb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionun məsələlərini həll etmək üçün kənar ölkələrin dəvət edilməsinə heç bir lüzum yoxdur, bu, reallıqda qarşıdurmaları daha da artırır.
Dünya tarixinə nəzər saldıqda da görürük ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb. Məsələn, Olimpiya hərəkatı ilə müharibə ideyaları bir-birinə tamam ziddir. Olimpiadalar zamanı hətta münaqişə şəraitində olan ölkələrin belə nümayəndələri idman yarışlarına çıxaraq qüvvələrini sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini sıxır. Bu, sağlam mübarizədir və bütün dünyada barışıq yaratmağa xidmət edir. Eyni zamanda, müxtəlif vaxtlarda baş tutan Yay və Qış Olimpiya Oyunları zamanı dünyanın ayrı-ayrı regionlarındakı müharibələrdə atəşkəs elan olunub.
Qoşulmama Hərəkatının dəstəyinin siyasi əhəmiyyəti böyükdür
Yeri gəlmişkən, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi edib. Həmin ərəfələrdə də Prezident İlham Əliyev bütün müharibələrin dayandırılmasına çağırış etmişdi. COP29 ərəfəsində də belə bir çağırışın edilməsi dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Belə ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub: “Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir”. “Birgə Atəşkəs Çağırışı” dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən də dəstəklənir.
Məlumdur ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır. Bu baxımdan, təşkilatın Azərbaycanın çağırışına dəstək verməsi təbii qanunauyğunluqdur. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində özünün sülhpərvər siyasətini bu müstəvidə geniş təbliğ edib, eləcə də bu təsisatın dünyada baş verən proseslərə çevik reaksiya verməsi üçün ciddi təşkilatlanma işləri aparıb.
Bu dəstək Fransa və ABŞ-a tutarlı cavabdır
Əlbəttə ki, Qoşulmama Hərəkatının, bütövlükdə, dünyanın 127 dövlətinin Azərbaycanın atəşkəslə bağlı təşəbbüsünə dəstəyi COP29 ərəfəsində ölkəmizə qarşı olan qərəzli beynəlxalq dairələrə tutarlı cavabdır. Çünki bu ərəfədə müəyyən Qərb dairələri, xüsusilə Fransa və ABŞ Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün qərəzli kampaniya aparırlar. Onlar COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsini həzm edə bilmir, prosesə əngəl olmağa çalışırlar. Qərbdə erməni diasporunun təsiri altında olan bəzi təşkilatlar da həmin kampaniyada fəal iştirak edirlər. Bütün bunlara rəğmən, Qoşulmama Hərəkatının timsalında demək olar ki, dünyanın sülhsevər, ədalətli cəmiyyətləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Həmin qüvvələrin məkrli planları isə hər zaman olduğu kimi iflasa məhkumdur.
Beləliklə, COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək. İqlim dəyişikliyi kimi aktual çağırışın müzakirə olunacağı tədbir zamanı müharibələrin dayandırılması da mümkün və tam realdır. Əsas məqsəd və birgə hədəflərimiz dünyanı hər cəhətdən daha təhlükəsiz etmək olmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

